Rafiq Bayramov: Tənəffüs infeksiyalarına yoluxanların az bir hissəsi xəstələnir
Bütün dünyanı cənginə alan koronavirus infeksiyası can almaqda davam edir. Həkim və mütəxəssislər hələlik müalicəsi tapılmayan bu virusdan qorunmağın yolları haqqında tövsiyələr paylaşırlar. Ümumilikdə isə tənəffüs infeksiyaları ilə mübarizə metodları barədə məlumatlı olmaq və mümkün qədər qorunmaq çox önəmlidir.
www.NiNa.Az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov AZƏRTAC-a bildirib ki, tənəffüs infeksiyaları, o, cümlədən respirator virus infeksiyaları, vərəm və s. ilə yoluxma və xəstələnmə halları havaların soyuq olduğu fəsillərdə daha çox müşahidə edilir. Tənəffüs infeksiyaları - COVID-19, vərəm və s. ilə yoluxma daha çox aerogen, yəni, hava-damcı - xəstə asqırdıqda, öskürdükdə və hava-toz yolu ilə, məsələn, xəstənin bəlğəmi ilə çirklənmiş torpaqdan, həm də xəstəlik törədicisi ilə çirklənmiş yerlərdən təmasla ola bilər.
Həkimin sözlərinə görə, koronavirus və digər tənəffüs infeksiyaları ilə mübarizə üç istiqamətdə aparılmalıdır. Birincisi, infeksiya mənbəyinə qarşı aparılan mübarizə tədbirlərini əhatə edir. Bunun üçün müvafiq tənəffüs infeksiyası olan xəstələrin izolyasiyası və hospitalizə edilərək müalicə edilməsi, infeksiya ocağının dezinfeksiyası lazımdır.
İkincisi, infeksiyanın ötürülmə yoluna qarşı görülən tədbirlərdir. Bu zaman yoluxmadan qorunmaq üçün şəxsi gigiyena qaydalarına ciddi əməl edilməsi, qoruyucu maskaların istifadə edilməsi və s. zəruridir.
Nəhayət üçüncü istiqamət yoluxmuş şəxslərin xəstələnməməsi üçün orqanizmin immun qabiliyyətinin artırılması məqsədilə görülən tədbirlərdir. R.Bayramov bildirir ki, bu, çox vacibdir. Çünki tənəffüs infeksiyalarına yoluxmaqdan qorunmaq o qədər də asan deyil: "Tənəffüs infeksiyalarına yoluxmuş şəxslərin az bir hissəsi xəstələnir. Bunlar xüsusilə immun sistemini zəiflədən yanaşı xəstəliyi olan insanlardır. Ona görə də bu zaman orqanizmin immun statusunun rolu böyükdür".
Həkim məsləhət görür ki, tənəffüs infeksiyaları ilə mübarizədə orqanizmin immun sisteminin normal olması üçün balanslaşdırılmış qidalanma, xüsusilə C vitamini ilə zəngin təbii qidaların qəbulu, normal gün rejimi, kifayət qədər yatmaq, idmanla məşğul olmaq, açıq havada olmaq, soyuqdan qorunmaq, stress və təşvişdən uzaq olmaq vacibdir.
Kateqoriya: Sağlamlıq | Baxışlar: 861
Mar 20, 2020 7:30 AM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Rafiq Bayramov Teneffus infeksiyalarina yoluxanlarin az bir hissesi xestelenir Butun dunyani cengine alan koronavirus infeksiyasi can almaqda davam edir Hekim ve mutexessisler helelik mualicesi tapilmayan bu virusdan qorunmagin yollari haqqinda tovsiyeler paylasirlar Umumilikde ise teneffus infeksiyalari ile mubarize metodlari barede melumatli olmaq ve mumkun qeder qorunmaq cox onemlidir b s b xeber verir ki Azerbaycan Tibb Universitetinin agciyer xestelikleri kafedrasinin mudiri dosent Rafiq Bayramov AZERTAC a bildirib ki teneffus infeksiyalari o cumleden respirator virus infeksiyalari verem ve s ile yoluxma ve xestelenme hallari havalarin soyuq oldugu fesillerde daha cox musahide edilir Teneffus infeksiyalari COVID 19 verem ve s ile yoluxma daha cox aerogen yeni hava damci xeste asqirdiqda oskurdukde ve hava toz yolu ile meselen xestenin belgemi ile cirklenmis torpaqdan hem de xestelik toredicisi ile cirklenmis yerlerden temasla ola biler Hekimin sozlerine gore koronavirus ve diger teneffus infeksiyalari ile mubarize uc istiqametde aparilmalidir Birincisi infeksiya menbeyine qarsi aparilan mubarize tedbirlerini ehate edir Bunun ucun muvafiq teneffus infeksiyasi olan xestelerin izolyasiyasi ve hospitalize edilerek mualice edilmesi infeksiya ocaginin dezinfeksiyasi lazimdir Ikincisi infeksiyanin oturulme yoluna qarsi gorulen tedbirlerdir Bu zaman yoluxmadan qorunmaq ucun sexsi gigiyena qaydalarina ciddi emel edilmesi qoruyucu maskalarin istifade edilmesi ve s zeruridir Nehayet ucuncu istiqamet yoluxmus sexslerin xestelenmemesi ucun orqanizmin immun qabiliyyetinin artirilmasi meqsedile gorulen tedbirlerdir R Bayramov bildirir ki bu cox vacibdir Cunki teneffus infeksiyalarina yoluxmaqdan qorunmaq o qeder de asan deyil Teneffus infeksiyalarina yoluxmus sexslerin az bir hissesi xestelenir Bunlar xususile immun sistemini zeifleden yanasi xesteliyi olan insanlardir Ona gore de bu zaman orqanizmin immun statusunun rolu boyukdur Hekim meslehet gorur ki teneffus infeksiyalari ile mubarizede orqanizmin immun sisteminin normal olmasi ucun balanslasdirilmis qidalanma xususile C vitamini ile zengin tebii qidalarin qebulu normal gun rejimi kifayet qeder yatmaq idmanla mesgul olmaq aciq havada olmaq soyuqdan qorunmaq stress ve tesvisden uzaq olmaq vacibdir