Koronavirusdan qorunmaq üçün gigiyena qaydalarına və qidalanmaya fikir vermək lazımdır
COVID-19 tənəffüs yollarının infeksiyasına səbəb olan virusdur. Xəstə insanın öskürməsi, asqırması zamanı ağzından sıçrayan tüpürcəyin ətrafdakıların ağız, burun və gözlərinə təması onları da bu virusa yoluxdura bilər. Ona görə də bu xəstəlik hava-damcı infeksiyası yolu ilə yayılan xəstəliklərə aid edilir.
İnfeksiya klinik olaraq başağrısı, asqırma, öskürək, təngnəfəslik, temperatur və s. kimi əlamətlərlə başlayır və ağırlaşmalara səbəb olur. Daha ağır hallarda tənəffüs və böyrək çatışmazlığı qeydə alınır. İnfeksiyaya yoluxmaq və simptomların özünü göstərməsi arasındakı inkubasion dövr 2-14 gün çəkir. Bu dövr 24 günə qədər uzana bilər.
www.NiNa.Az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Qəbul və təcili tibbi yardım şöbəsinin müdiri Cavanşir Məhərrəmov məlumat verib. Şöbə müdirinin sözlərinə görə, xəstəlik daha çox yaşlılar, xroniki xəstəliyi olanlar, immundefisitli xəstələr arasında qeydə alınır. Ev heyvanları koronavirus yayıcıları deyil.
"Xəstəliyə qarşı vaksin olmasa da, erkən diaqnoz və xəstələrin təcrid olunması infeksiyanın yayılmasının qarşısını alır və həmin virusa qarşı görülən tədbirləri daha effektiv edir. Xəstəliyin xüsusi dərman vasitəsilə müalicəsi yoxdur. Müalicə xəstənin ümumi vəziyyətinə görə dəstək xarakterlidir. Antibiotiklərin istifadəsi virusa təsir etmir", - deyə C.Məhərrəmov bildirib.
Mütəxəssis əhalini ajiotaj, təşviş yaradan və rəsmi mənbələrdən olmayan məlumatlara inanmamağa və qorxmamağa səsləyib. O bildirib ki, bunların əvəzində xəstəlikdən qorunmaq üçün gigiyena qaydalarına və qidalanmaya fikir vermək lazımdır: "Öskürmə, asqırma zamanı ağız və burun birdəfəlik istifadəyə yararlı salfetlə, dəsmalla tutulmalıdır. Həmin vasitələr yoxdursa, dirsəyin içinə asqırmaq və öskürmək olar. Əl ilə salamlaşmamaq və qucaqlaşmamaq, insanların çox olduğu yerlərdən uzaq durmaq, çirkli əllərlə ağız, burun və gözlərə toxunmamaq məqsədəuyğundur. Əllərin təmizliyinə fikir vermək, onları 20-30 saniyə ərzində sabunla axar suda yumaq məsləhət görülür. Su olmadıqda spirt tərkibli antiseptiklər istifadə edilməlidir. Bununla yanaşı, immuniteti gücləndirən qidaların, meyvə-tərəvəzlərin istifadəsi tövsiyə olunur".
Kateqoriya: Sağlamlıq | Baxışlar: 312
Mar 15, 2020 3:59 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Koronavirusdan qorunmaq ucun gigiyena qaydalarina ve qidalanmaya fikir vermek lazimdir COVID 19 teneffus yollarinin infeksiyasina sebeb olan virusdur Xeste insanin oskurmesi asqirmasi zamani agzindan sicrayan tupurceyin etrafdakilarin agiz burun ve gozlerine temasi onlari da bu virusa yoluxdura biler Ona gore de bu xestelik hava damci infeksiyasi yolu ile yayilan xesteliklere aid edilir Infeksiya klinik olaraq basagrisi asqirma oskurek tengnefeslik temperatur ve s kimi elametlerle baslayir ve agirlasmalara sebeb olur Daha agir hallarda teneffus ve boyrek catismazligi qeyde alinir Infeksiyaya yoluxmaq ve simptomlarin ozunu gostermesi arasindaki inkubasion dovr 2 14 gun cekir Bu dovr 24 gune qeder uzana biler b s b bildirir ki bu barede AZERTAC a Azerbaycan Tibb Universitetinin Tedris Terapevtik Klinikasinin Qebul ve tecili tibbi yardim sobesinin mudiri Cavansir Meherremov melumat verib Sobe mudirinin sozlerine gore xestelik daha cox yaslilar xroniki xesteliyi olanlar immundefisitli xesteler arasinda qeyde alinir Ev heyvanlari koronavirus yayicilari deyil Xesteliye qarsi vaksin olmasa da erken diaqnoz ve xestelerin tecrid olunmasi infeksiyanin yayilmasinin qarsisini alir ve hemin virusa qarsi gorulen tedbirleri daha effektiv edir Xesteliyin xususi derman vasitesile mualicesi yoxdur Mualice xestenin umumi veziyyetine gore destek xarakterlidir Antibiotiklerin istifadesi virusa tesir etmir deye C Meherremov bildirib Mutexessis ehalini ajiotaj tesvis yaradan ve resmi menbelerden olmayan melumatlara inanmamaga ve qorxmamaga sesleyib O bildirib ki bunlarin evezinde xestelikden qorunmaq ucun gigiyena qaydalarina ve qidalanmaya fikir vermek lazimdir Oskurme asqirma zamani agiz ve burun birdefelik istifadeye yararli salfetle desmalla tutulmalidir Hemin vasiteler yoxdursa dirseyin icine asqirmaq ve oskurmek olar El ile salamlasmamaq ve qucaqlasmamaq insanlarin cox oldugu yerlerden uzaq durmaq cirkli ellerle agiz burun ve gozlere toxunmamaq meqsedeuygundur Ellerin temizliyine fikir vermek onlari 20 30 saniye erzinde sabunla axar suda yumaq meslehet gorulur Su olmadiqda spirt terkibli antiseptikler istifade edilmelidir Bununla yanasi immuniteti guclendiren qidalarin meyve terevezlerin istifadesi tovsiye olunur