Azərbaycanda daha bir dərmanın istifadəsinə QADAĞA
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin "Qaynar xətti"nə vətəndaş tərəfindən depo apteklərində satılan "Azarga" adlanan göz damcısından şikayət daxil olub.
Mərkəzdən verilən məlumata görə, şikayət əsasında əczaçılıq subyektləri ilə iş şöbəsinin əməkdaşları həmin apteklərdə satılan bu göz damcılarını müvafiq laboratoriya analizlərinin aparılması üçün mərkəzin dərmanların keyfiyyətinə nəzarət laboratoriyasına təqdim ediblər.
Dərmanların keyfiyyətinə nəzarət laboratoriyasının apardığı müvafiq analizlərin nəticəsində təqdim edilən nümunənin dərman vasitələrinin dövlət reyestrində qeydiyyatdan keçmədiyi və qablaşmasının təsdiqlənməmiş olması, nümunənin tərkibində qablaşmasının üzərində istehsalçı tərəfindən mövcudluğu haqqında məlumat verilib, "Brinzolamid" və "Timolol maleate" adlı fəal təsiredici maddələrin aşkar edilməməsi, həmçinin nümunənin "pH göstəricisi"nin istinad edilən normativ sənədlərdə müəyyən edilmiş normaya uyğun olmadığı aşkar edilib.
Bunu nəzərə alaraq üzərində istehsalçısının Belçikanın "Alcon-Couvreur N.V" müəssisəsi göstərilən, seriyası 19F27AB, yararlıq müddəti 2021-ci ilin oktyabrınadək olan "Azarga 10mq/ml + 5mq/ml 5.0 ml göz damcısı"nın idxalı, topdan və pərakəndə satışının qadağan edilməsi haqqında Analitik Ekspertiza Mərkəzi "Dərman vasitələrinin geri çağırılması Qaydası"nı rəhbər tutaraq distribüterlər və apteklərdən geri çağırılması barədə onlara məlumat göndərilib.
Kateqoriya: Sağlamlıq | Baxışlar: 325
Mar 14, 2020 3:24 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Azerbaycanda daha bir dermanin istifadesine QADAGA Sehiyye Nazirliyinin Analitik Ekspertiza Merkezinin Qaynar xetti ne vetendas terefinden depo apteklerinde satilan Azarga adlanan goz damcisindan sikayet daxil olub Merkezden verilen melumata gore sikayet esasinda eczaciliq subyektleri ile is sobesinin emekdaslari hemin apteklerde satilan bu goz damcilarini muvafiq laboratoriya analizlerinin aparilmasi ucun merkezin dermanlarin keyfiyyetine nezaret laboratoriyasina teqdim edibler Dermanlarin keyfiyyetine nezaret laboratoriyasinin apardigi muvafiq analizlerin neticesinde teqdim edilen numunenin derman vasitelerinin dovlet reyestrinde qeydiyyatdan kecmediyi ve qablasmasinin tesdiqlenmemis olmasi numunenin terkibinde qablasmasinin uzerinde istehsalci terefinden movcudlugu haqqinda melumat verilib Brinzolamid ve Timolol maleate adli feal tesiredici maddelerin askar edilmemesi hemcinin numunenin pH gostericisi nin istinad edilen normativ senedlerde mueyyen edilmis normaya uygun olmadigi askar edilib Bunu nezere alaraq uzerinde istehsalcisinin Belcikanin Alcon Couvreur N V muessisesi gosterilen seriyasi 19F27AB yararliq muddeti 2021 ci ilin oktyabrinadek olan Azarga 10mq ml 5mq ml 5 0 ml goz damcisi nin idxali topdan ve perakende satisinin qadagan edilmesi haqqinda Analitik Ekspertiza Merkezi Derman vasitelerinin geri cagirilmasi Qaydasi ni rehber tutaraq distributerler ve apteklerden geri cagirilmasi barede onlara melumat gonderilib