Beyin törəmələri beyin hüceyrələrinin anormal və nəzarətsiz böyüməsi nəticəsində meydana gəlir. Belə ki, bütün orqanlarda olduğu kimi beyində də hüceyrələr inkişaf edir, böyüyür, yaşlanır, parçalanır və yerini yeni hüceyrələrə verir. Lakin anormal hallarda hüceyrə parçalanmır və davam edən hüceyrə artımı nəticəsində həcmli kütlə əmələ gəlir ki, buna da törəmə deyilir. Beyin şişləri əsasən xoşxassəli və bədxassəli olaraq iki növə ayrılır.
www.NiNa.Az bildirir ki, bu barədə AZƏRTAC-a Milli Onkologiya Mərkəzinin neyrocərrahiyyə şöbəsinin müdiri Rasim Babayev məlumat verib.
Şöbə müdirinin sözlərinə görə, ümumiyyətlə, beyin şişlərinin yaranma səbəbi tam olaraq bilinməsə də, genetik və bəzi risk amillərinin həmin törəmələrin əmələ gəlməsində rol oynadığını demək olar. Belə ki yaş artdıqca beyin şişləri daha çox qeydə alınır, lakin azyaşlılarda - əsasən 10 yaşa qədər uşaqlarda da rast gəlinir. Ailədə bir nəfərdə beyin şişi olduğu halda ailənin digər üzvlərində də törəmənin olma ehtimalı bir qədər yüksəlir. Aparılan tədqiqatların nəticələrinə əsasən, həmçinin texnoloji inkişaf, radiasiya, havanın çirkliliyi, viruslar, kimyəvi maddələr və genetikası dəyişdirilmiş qidalar da beyin şişlərinin əmələ gəlməsində rol oynayır.
Mütəxəssisin sözlərinə görə, xəstəliyə aid şikayətlər əsasən törəmənin yerləşdiyi yerə görə dəyişir. Keçməyən baş ağrıları, mədə bulantısı, qusma, görmə pozulmaları, başgicəllənmə, yerimədə nizamsızlıq, bədənin bir hissəsində zəiflik və keyləşmə, unutqanlılıq, davranış pozulmaları və s. kimi şikayətlər daha çox qeydə alınır. Həmin əlamətlər olduğu təqdirdə vaxt itirmədən həkimə müraciət etmək çox vacibdir. Diaqnoz zamanı nevroloji müayinə ilə yanaşı, baş-beynin maqnit rezonans tomoqrafiyası da daha çox istifadə edilir. Müalicədə törəmənin cinsinə görə steroidlər, cərrahiyyə, radioterapiya və kimyaterapiya kimi üsullar tətbiq olunur. Bütün bu beyin şişlərinin müalicə üsulları son protokollara uyğun olaraq Milli Onkologiya Mərkəzində təşkil olunub.
"Beyin şişlərindən qorunma yollarını və səbəblərini araşdıran bir çox elmi tədqiqatlar var. Həmin məlumatlara əsaslanaraq bəzi tədbirlərin alınması faydalı ola bilər. Keçməyən və uzunmüddətli baş ağrıları olduğu təqdirdə vaxt itirilmədən həkimə müraciət etmək vacibdir. Stressdən uzaq durmaq və yuxu rejiminə əməl etmək lazımdır. Belə ki, gün ərzində beyin hüceyrələrində yorğunluq və stress nəticəsində toksik maddələrin yığılması olur. Aparılan son tədqiqatlara əsasən, sağlıqlı yuxu zamanı həmin toksik maddələr sürətlə təmizlənir. Araşdırmalarda radiasiya mühiti, mobil telefonlar, mobil rabitə operatorlarının baza stansiyaları, Wi-Fi kimi qaynaqlardan, xüsusilə uşaqları uzaq tutmağın vacibliyi bildirilir. Belə ki, şüa müalicəsi hər nə qədər şiş xəstəliklərində istifadə edilsə də, kiçik yaşlı uşaqlarda şüa müalicəsi aparılmır. Mobil telefonlardan istifadə qaydalarına riayət etmək məsləhətdir - qulaqlıqlardan gün ərzində 30 dəqiqədən çox istifadə edilməməli, gecə yatarkən mobil telefonlar söndürülməli və ya uzaq tutulmalıdır və s.
Qidalanmaya diqqət yetirmək, immuniteti artıran qida və meyvələrdən istifadə etmək, genetikası dəyişdirilmiş qidalardan uzaq durmaq tövsiyə olunur. Paketlənmiş və saxlanma müddəti uzun olan qidaların zərərləri haqqında bir çox araşdırma nəticələri və məlumatlar var.
Siqaret çəkmək, alkoqollu içkilər qəbul etmək kimi zərərli vərdişlərdən uzaq durmaq, təmiz havada kifayət qədər vaxt keçirmək və idmanla məşğul olmaq məsləhət görülür. Keyfiyyətsiz və mənbəyi bilinməyən təmizlik və kosmetik məhsulları almamaq tövsiyə olunur. Allergiyası olan insanlar allergenlərdən mümkün olduğu qədər uzaq durmalıdırlar, çünki immunitet zəifləyə bilər. Viruslu və mikroblu xəstəliklərdən maksimum qorunmaq məsləhət görülür.
Radiasiya yayan müəssisələrdə işləmək tövsiyə olunmur. Həmçinin şəhərlərdə tıxaclarla əlaqədar yaranan hava çirkliliyi, kəndlərdə kimyəvi gübrələr və həşəratlara qarşı kimyəvi maddələr və s. kimi bir çox risk amillərindən mümkün qədər qorunmaq lazımdır", - deyə R.Babayev diqqətə çatdırıb.
Kateqoriya: Sağlamlıq | Baxışlar: 342
Mar 13, 2020 6:25 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Basiniz agriyirsa Beyin toremeleri beyin huceyrelerinin anormal ve nezaretsiz boyumesi neticesinde meydana gelir Bele ki butun orqanlarda oldugu kimi beyinde de huceyreler inkisaf edir boyuyur yaslanir parcalanir ve yerini yeni huceyrelere verir Lakin anormal hallarda huceyre parcalanmir ve davam eden huceyre artimi neticesinde hecmli kutle emele gelir ki buna da toreme deyilir Beyin sisleri esasen xosxasseli ve bedxasseli olaraq iki nove ayrilir b s b bildirir ki bu barede AZERTAC a Milli Onkologiya Merkezinin neyrocerrahiyye sobesinin mudiri Rasim Babayev melumat verib Sobe mudirinin sozlerine gore umumiyyetle beyin sislerinin yaranma sebebi tam olaraq bilinmese de genetik ve bezi risk amillerinin hemin toremelerin emele gelmesinde rol oynadigini demek olar Bele ki yas artdiqca beyin sisleri daha cox qeyde alinir lakin azyaslilarda esasen 10 yasa qeder usaqlarda da rast gelinir Ailede bir neferde beyin sisi oldugu halda ailenin diger uzvlerinde de toremenin olma ehtimali bir qeder yukselir Aparilan tedqiqatlarin neticelerine esasen hemcinin texnoloji inkisaf radiasiya havanin cirkliliyi viruslar kimyevi maddeler ve genetikasi deyisdirilmis qidalar da beyin sislerinin emele gelmesinde rol oynayir Mutexessisin sozlerine gore xesteliye aid sikayetler esasen toremenin yerlesdiyi yere gore deyisir Kecmeyen bas agrilari mede bulantisi qusma gorme pozulmalari basgicellenme yerimede nizamsizliq bedenin bir hissesinde zeiflik ve keylesme unutqanliliq davranis pozulmalari ve s kimi sikayetler daha cox qeyde alinir Hemin elametler oldugu teqdirde vaxt itirmeden hekime muraciet etmek cox vacibdir Diaqnoz zamani nevroloji muayine ile yanasi bas beynin maqnit rezonans tomoqrafiyasi da daha cox istifade edilir Mualicede toremenin cinsine gore steroidler cerrahiyye radioterapiya ve kimyaterapiya kimi usullar tetbiq olunur Butun bu beyin sislerinin mualice usullari son protokollara uygun olaraq Milli Onkologiya Merkezinde teskil olunub Beyin sislerinden qorunma yollarini ve sebeblerini arasdiran bir cox elmi tedqiqatlar var Hemin melumatlara esaslanaraq bezi tedbirlerin alinmasi faydali ola biler Kecmeyen ve uzunmuddetli bas agrilari oldugu teqdirde vaxt itirilmeden hekime muraciet etmek vacibdir Stressden uzaq durmaq ve yuxu rejimine emel etmek lazimdir Bele ki gun erzinde beyin huceyrelerinde yorgunluq ve stress neticesinde toksik maddelerin yigilmasi olur Aparilan son tedqiqatlara esasen sagliqli yuxu zamani hemin toksik maddeler suretle temizlenir Arasdirmalarda radiasiya muhiti mobil telefonlar mobil rabite operatorlarinin baza stansiyalari Wi Fi kimi qaynaqlardan xususile usaqlari uzaq tutmagin vacibliyi bildirilir Bele ki sua mualicesi her ne qeder sis xesteliklerinde istifade edilse de kicik yasli usaqlarda sua mualicesi aparilmir Mobil telefonlardan istifade qaydalarina riayet etmek meslehetdir qulaqliqlardan gun erzinde 30 deqiqeden cox istifade edilmemeli gece yatarken mobil telefonlar sondurulmeli ve ya uzaq tutulmalidir ve s Qidalanmaya diqqet yetirmek immuniteti artiran qida ve meyvelerden istifade etmek genetikasi deyisdirilmis qidalardan uzaq durmaq tovsiye olunur Paketlenmis ve saxlanma muddeti uzun olan qidalarin zererleri haqqinda bir cox arasdirma neticeleri ve melumatlar var Siqaret cekmek alkoqollu ickiler qebul etmek kimi zererli verdislerden uzaq durmaq temiz havada kifayet qeder vaxt kecirmek ve idmanla mesgul olmaq meslehet gorulur Keyfiyyetsiz ve menbeyi bilinmeyen temizlik ve kosmetik mehsullari almamaq tovsiye olunur Allergiyasi olan insanlar allergenlerden mumkun oldugu qeder uzaq durmalidirlar cunki immunitet zeifleye biler Viruslu ve mikroblu xesteliklerden maksimum qorunmaq meslehet gorulur Radiasiya yayan muessiselerde islemek tovsiye olunmur Hemcinin seherlerde tixaclarla elaqedar yaranan hava cirkliliyi kendlerde kimyevi gubreler ve heseratlara qarsi kimyevi maddeler ve s kimi bir cox risk amillerinden mumkun qeder qorunmaq lazimdir deye R Babayev diqqete catdirib