Alman alimləri qaynadılmış su ilə bağlı araşdırma apararaq birmənalı mövqe ortaya qoyublar.
www.NiNa.Az e-tibb.az-a istinadən bildirir ki, Almaniyadakı Fresenius İnstitutunda araşdırma aparan alimlər qaynadılan suyun ziyanlı olması haqda deyilənləri təkzib ediblər.
Təkrar qaynadılmış suyu içməyin sağlamlıq üçün ziyanlı, təhlükəli olduğunu iddia edənlərə, qaynadılmış sudan imtina edənlərə cavab verən alimlər bunun doğru olmadığını vurğulayıblar.
Alimlər hesab edir ki, qaynadılmış suyu heç tərəddüd etmədən istifadə etmək olar. Qeyd olunur ki, belə suyun özündə bədən üçün təhlükəli mikroorqanizmlərin toplaması haqda fikirlər də əsassızdır. Bildirilir ki, çaynikdə qaynadılan suda olan bakteriyaların sayı arta bilər, amma təkrar qaynatma onları məhv edir. Bundan başqa, insanların bir çoxu yeni qaynadılmış suyun dadının dəyişdiyinə dair fikirlər səslənirsələr də, bu, fərziyyə hesab olunur və həqiqətə yaxın olmadığı bildirilir. Çünki elmin hazırda bununla bağlı heç bir sübutu yoxdur.
Bəzi insanlar isə hesab edir ki, qaynama prosesində çaydanda olan suya qabın zərərli hissəciklərinin daxil olması riski də var. Tədqiqatçıların fikrincə, belə bir risk yoxdur. Ancaq bunun qarşısını almaq üçün daha keyfiyyətli çaydanlardan istifadə etmək olar.
Qeyd edək ki, bir qədər əvvəl İsveçrədən olan alimlər qaynadılmış suyun bəzi hallarda adi, süzülmüş sulardan daha təhlükəli ola biləcəyini açıqlaylblar. Alimlər qeyd edirlər ki, qaynayan zaman suyun tərkibində olan xlor çökərək digər kimyəvi maddələrlə reaksiyaya girir. Nəticədə xəstəliklərin yaranmasına səbəb olan zəhərli birləşmələr meydana gəlir. Elə viruslar, ağır metallar və digər birləşmələr var ki, qaynadıqdan sonra da məhv olmur. Yığılan çöküntü nəticədə insan bədəninə daxil olur və bu toksinlər müxtəlif orqanlarda fəsadlar yaradır. Qaynadılmış suyun daimi içilməsi həm də müxtəlif faydalı mineralların bədəndən xaric olmasına səbəb olur.
Onlar hesab edir ki, suyu bir dəfədən çox qaynatmaq lazım deyil. Həmçinin çaydanda ərp əmələ gəlməməlidir.
Kateqoriya: Sağlamlıq | Baxışlar: 820
Mar 7, 2020 7:58 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Qaynadilmis su ziyanli deyil Alman alimleri qaynadilmis su ile bagli arasdirma apararaq birmenali movqe ortaya qoyublar b s b e tibb az a istinaden bildirir ki Almaniyadaki Fresenius Institutunda arasdirma aparan alimler qaynadilan suyun ziyanli olmasi haqda deyilenleri tekzib edibler Tekrar qaynadilmis suyu icmeyin saglamliq ucun ziyanli tehlukeli oldugunu iddia edenlere qaynadilmis sudan imtina edenlere cavab veren alimler bunun dogru olmadigini vurgulayiblar Alimler hesab edir ki qaynadilmis suyu hec tereddud etmeden istifade etmek olar Qeyd olunur ki bele suyun ozunde beden ucun tehlukeli mikroorqanizmlerin toplamasi haqda fikirler de esassizdir Bildirilir ki caynikde qaynadilan suda olan bakteriyalarin sayi arta biler amma tekrar qaynatma onlari mehv edir Bundan basqa insanlarin bir coxu yeni qaynadilmis suyun dadinin deyisdiyine dair fikirler seslenirseler de bu ferziyye hesab olunur ve heqiqete yaxin olmadigi bildirilir Cunki elmin hazirda bununla bagli hec bir subutu yoxdur Bezi insanlar ise hesab edir ki qaynama prosesinde caydanda olan suya qabin zererli hisseciklerinin daxil olmasi riski de var Tedqiqatcilarin fikrince bele bir risk yoxdur Ancaq bunun qarsisini almaq ucun daha keyfiyyetli caydanlardan istifade etmek olar Qeyd edek ki bir qeder evvel Isvecreden olan alimler qaynadilmis suyun bezi hallarda adi suzulmus sulardan daha tehlukeli ola bileceyini aciqlaylblar Alimler qeyd edirler ki qaynayan zaman suyun terkibinde olan xlor cokerek diger kimyevi maddelerle reaksiyaya girir Neticede xesteliklerin yaranmasina sebeb olan zeherli birlesmeler meydana gelir Ele viruslar agir metallar ve diger birlesmeler var ki qaynadiqdan sonra da mehv olmur Yigilan cokuntu neticede insan bedenine daxil olur ve bu toksinler muxtelif orqanlarda fesadlar yaradir Qaynadilmis suyun daimi icilmesi hem de muxtelif faydali minerallarin bedenden xaric olmasina sebeb olur Onlar hesab edir ki suyu bir defeden cox qaynatmaq lazim deyil Hemcinin caydanda erp emele gelmemelidir