Uşaq onkologiyasının statistikası böyüklərin onkoloji xəstəliklərinin statistikasından fərqlənir. Böyüklərdə epitelilal şişlərə, yəni klassik xərçəng növlərinə - yəni ağciyər, prostat vəzi, süd vəzi, mədə xərçənginə rast gəlinir. Uşaqlarda klassik törəmələr çox nadir hallarda qeydə alınır. Uşaqlarda ən çox rast gəlinən onkoloji xəstəlik leykoz, yəni ağ qan xərçəngidir.
Bunu AZƏRTAC-A Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasının şöbə rəhbəri, tibb elmləri doktoru Reyman İsmayılzadə deyib.
Onun sözlərinə görə, leykoz uşaqlarda ən çox təsadüf edilən bütün bədxassəli şişlərin təxminən 28-30 faizini təşkil edir. Təqribən hər 3-4 onkoloji xəstəlikdən əziyyət çəkən uşaqdan birində leykoz xəstəliyinə rast gəlinir. Böyüklərdə leykoz 2,5 faiz hallarda qeydə alınır. İkinci yerdə mərkəzi sinir sisteminin şişləri dayanır. Mərkəzi sinir sistemi şişləri 18-20 faiz hallarda müşahidə olunur. Uşaqlarda limfomalar da daha tez-tez rast gəlinən onkoloji xəstəliklər sırasındadır. Belə ki, onun rastgəlmə tezliyi 10-12, bəzi məlumatlarda 15 faizdir. Balacalar arasında qeydə alınan onkoloji xəstəliklər arasında embrional solid şişlər üstünlük təşkil edir.
R. İsmayılzadə qeyd edib ki, leykoz sümük iliyinin xəstəliyidir. Bu zaman sümük iliyində blast transformasiyası olur, trombositlərin və eritrositlərin sayı düşür, leykositlərin sayı kəskin artır. Onların 80 faizi limfoblast leykoz, 15-20 faizi isə mioblast leykozdur. Leykoz zamanı dəri solğunluğu, qanaxmaya meyillilik, dəridə petexiyalar, göyərmələr, damaqlardan, burundan səbəbsiz qanaxma, iki həftədən çox davam edən səbəbsiz yüksək hərarət, təkrar və ya davamlı infeksiyalar, halsızlıq, iştahasızlıq və çəki itkisi, sümüklərdə, oynaqlarda ağrı hissi, axsama, limfoadenopatiya, nevroloji simptomlar, hepatosplenomeqaliya və s. müşahidə olunur. Bu zaman qanın ümumi analizi və sümük iliyinin punksiyasının təhlilindən sonra dəqiq diaqnoz qoymaq mümkündür. Onun sözlərinə görə, leykoz sağalan xəstəlikdir. Limfoblast leykozu 80-90 faiz halda müalicə etmək olar. Mioloblast leykozun müalicə nəticəsi limfoblast leykozdan aşağıdır, yəni 70 faizə yaxındır. Lakin ümumi nəticə qənaətbəxşdir. Çünki uşaqlarda mioloblast leykozun rastgəlmə tezliyi təqribən 15-20 faizə bərabərdir.
Onkoloq deyib ki, mərkəzi sinir sistemi şişlərindən olan beyin şişləri baş ağrıları, başgicəllənmə, səndələmə, səbəbsiz qusma, ikigörmə simptomları ilə xarakterizə olunur. Uşaqlarda beyin sümükləri möhkəmlənmədiyindən törəmələr böyüsə də əvvəlcə simptomsuz keçir. Yalnız kəllədaxili təzyiq yuxarı olduqdan sonra əlamətlər özünü büruzə verir. Nevropatoloqun, okulistin müayinəsi, kompüter tomoqrafiya, maqnit-rezonans tomoqrafiya vasitəsilə xəstəliyə diaqnoz qoymaq olar. Bu zaman xəstə əvvəlcə neyrocərrahın konsultasiyasından keçir. Daha yaxşı olar ki, cərrahi əməliyyat vasitəsilə şiş tamamilə çıxarılsın. Uşaq neyrocərrahları əməliyyatdan sonra müalicəni davam etdirilməsi üçün onkoloqlara yönləndirməlidirlər. Onkoloqun apardığı histoloji müayinədən asılı olaraq şüa terapiya tətbiq olunmalı və ya şüa və kimyaterapiya bərabər alınmalıdır. Mərkəzi sinir sistemi şişləri yüksəkdərəcəli bədxassəli törəmələr, aşağıdərəcəli bədxassəli törəmələr olmaqla iki yerə bölünür. Uşaqlarda daha çox arxa kəllə çuxurunda törəmələrə rast gəlinir və sağalma şansı 70-75 faizə bərabərdir. Ümumiyyətlə, uşaqlar böyüklərdən fərqli olaraq onkoloji xəstəliklərin müalicəsinə daha yaxşı reaksiya verirlər.
Onun sözlərinə görə, uşaqlarda qeydə alınan digər şişlər embrional törəmələr embrional hüceyrələrdən əmələ gəlir və əsası ana bətnində qoyulur. Embrional törəmələr şüa və kimya terapiyasına daha həssasdır. Ona görə də nəticə daha yaxşıdır.
Klinikanın şöbə rəhbəri qeyd edib ki, uşaq xərçəng xəstəliklərinin yaranmasında irsi amillər birinci yerdədir: "Ümumiyyətlə, valideynlərin qeyri-sağlam həyat tərzi, onların hormonal preparatlar qəbul etməsi, düzgün olmayan qidalanması uşaqlarda törəmələrin əmələ gəlməsinə təsir göstərə bilər. Bəzən uşaqlarda ana bətnində olarkən şişlər yaranır. Bunu ultrasəs müayinəsi zamanı görmək mümkündür. Buna antineonatal diaqnoz deyilir. Bəzi onkoloji xəstəliklər ana bətnində olsa da körpə dünyaya gələndən sonra öz-özünə spontan olaraq reqressiya edə, yəni geriyə inkişaf edə bilər. Ana bətnində uşağa diaqnoz qoyulursa, yalnız körpə doğulandan sonra tədbirlər görülür, yəni ana bətnində şişlər götürülmür. Körpə doğulan kimi müayinə olunur, kimya terapiya və cərrahi müalicə tətbiq olunur. Lakin şüa terapiya tətbiq edilmir".
Mütəxəssis, həmçinin bildirib ki, valideynlər uşaqlarına qarşı çox diqqətli olmalıdırlar: "Düşünürəm ki, xərçəngdən ölüm hallarının qarşısını almaq üçün maarifləndirmənin böyük rolu var. Çünki hər hansı bir əlamət müşahidə edilərsə, vaxtında edilən müraciət balacaların həyatını qurtara bilər. Azərbaycanda xərçəngin müasir müalicə və müayinəsi üçün hər bir şərait var. Milli Onkologiya Mərkəzinin nəzdində 2012-ci ildə açılan Uşaq Onkoloji Klinikasında müasir diaqnostika və müalicə üsulları tətbiq olunur və əldə edilən nəticələr qənaətbəxşdir. Uşaq onkoloji mərkəzinin yaradılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Milli Onkologiya Mərkəzinin direktoru akademik Cəmil Əliyevin böyük əməyi var. Hazırda Uşaq Onkologiya Mərkəzi regionda flaqmandır".
Kateqoriya: Sağlamlıq | Baxışlar: 519
Mar 7, 2020 6:46 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Usaqlarda xerseng en cox bu sebeblerden yaranir Usaq onkologiyasinin statistikasi boyuklerin onkoloji xesteliklerinin statistikasindan ferqlenir Boyuklerde epitelilal sislere yeni klassik xerceng novlerine yeni agciyer prostat vezi sud vezi mede xercengine rast gelinir Usaqlarda klassik toremeler cox nadir hallarda qeyde alinir Usaqlarda en cox rast gelinen onkoloji xestelik leykoz yeni ag qan xercengidir Bunu AZERTAC A Milli Onkologiya Merkezinin Usaq Onkoloji Klinikasinin sobe rehberi tibb elmleri doktoru Reyman Ismayilzade deyib Onun sozlerine gore leykoz usaqlarda en cox tesaduf edilen butun bedxasseli sislerin texminen 28 30 faizini teskil edir Teqriben her 3 4 onkoloji xestelikden eziyyet ceken usaqdan birinde leykoz xesteliyine rast gelinir Boyuklerde leykoz 2 5 faiz hallarda qeyde alinir Ikinci yerde merkezi sinir sisteminin sisleri dayanir Merkezi sinir sistemi sisleri 18 20 faiz hallarda musahide olunur Usaqlarda limfomalar da daha tez tez rast gelinen onkoloji xestelikler sirasindadir Bele ki onun rastgelme tezliyi 10 12 bezi melumatlarda 15 faizdir Balacalar arasinda qeyde alinan onkoloji xestelikler arasinda embrional solid sisler ustunluk teskil edir R Ismayilzade qeyd edib ki leykoz sumuk iliyinin xesteliyidir Bu zaman sumuk iliyinde blast transformasiyasi olur trombositlerin ve eritrositlerin sayi dusur leykositlerin sayi keskin artir Onlarin 80 faizi limfoblast leykoz 15 20 faizi ise mioblast leykozdur Leykoz zamani deri solgunlugu qanaxmaya meyillilik deride petexiyalar goyermeler damaqlardan burundan sebebsiz qanaxma iki hefteden cox davam eden sebebsiz yuksek heraret tekrar ve ya davamli infeksiyalar halsizliq istahasizliq ve ceki itkisi sumuklerde oynaqlarda agri hissi axsama limfoadenopatiya nevroloji simptomlar hepatosplenomeqaliya ve s musahide olunur Bu zaman qanin umumi analizi ve sumuk iliyinin punksiyasinin tehlilinden sonra deqiq diaqnoz qoymaq mumkundur Onun sozlerine gore leykoz sagalan xestelikdir Limfoblast leykozu 80 90 faiz halda mualice etmek olar Mioloblast leykozun mualice neticesi limfoblast leykozdan asagidir yeni 70 faize yaxindir Lakin umumi netice qenaetbexsdir Cunki usaqlarda mioloblast leykozun rastgelme tezliyi teqriben 15 20 faize beraberdir Onkoloq deyib ki merkezi sinir sistemi sislerinden olan beyin sisleri bas agrilari basgicellenme sendeleme sebebsiz qusma ikigorme simptomlari ile xarakterize olunur Usaqlarda beyin sumukleri mohkemlenmediyinden toremeler boyuse de evvelce simptomsuz kecir Yalniz kelledaxili tezyiq yuxari olduqdan sonra elametler ozunu buruze verir Nevropatoloqun okulistin muayinesi komputer tomoqrafiya maqnit rezonans tomoqrafiya vasitesile xesteliye diaqnoz qoymaq olar Bu zaman xeste evvelce neyrocerrahin konsultasiyasindan kecir Daha yaxsi olar ki cerrahi emeliyyat vasitesile sis tamamile cixarilsin Usaq neyrocerrahlari emeliyyatdan sonra mualiceni davam etdirilmesi ucun onkoloqlara yonlendirmelidirler Onkoloqun apardigi histoloji muayineden asili olaraq sua terapiya tetbiq olunmali ve ya sua ve kimyaterapiya beraber alinmalidir Merkezi sinir sistemi sisleri yuksekdereceli bedxasseli toremeler asagidereceli bedxasseli toremeler olmaqla iki yere bolunur Usaqlarda daha cox arxa kelle cuxurunda toremelere rast gelinir ve sagalma sansi 70 75 faize beraberdir Umumiyyetle usaqlar boyuklerden ferqli olaraq onkoloji xesteliklerin mualicesine daha yaxsi reaksiya verirler Onun sozlerine gore usaqlarda qeyde alinan diger sisler embrional toremeler embrional huceyrelerden emele gelir ve esasi ana betninde qoyulur Embrional toremeler sua ve kimya terapiyasina daha hessasdir Ona gore de netice daha yaxsidir Klinikanin sobe rehberi qeyd edib ki usaq xerceng xesteliklerinin yaranmasinda irsi amiller birinci yerdedir Umumiyyetle valideynlerin qeyri saglam heyat terzi onlarin hormonal preparatlar qebul etmesi duzgun olmayan qidalanmasi usaqlarda toremelerin emele gelmesine tesir gostere biler Bezen usaqlarda ana betninde olarken sisler yaranir Bunu ultrases muayinesi zamani gormek mumkundur Buna antineonatal diaqnoz deyilir Bezi onkoloji xestelikler ana betninde olsa da korpe dunyaya gelenden sonra oz ozune spontan olaraq reqressiya ede yeni geriye inkisaf ede biler Ana betninde usaga diaqnoz qoyulursa yalniz korpe dogulandan sonra tedbirler gorulur yeni ana betninde sisler goturulmur Korpe dogulan kimi muayine olunur kimya terapiya ve cerrahi mualice tetbiq olunur Lakin sua terapiya tetbiq edilmir Mutexessis hemcinin bildirib ki valideynler usaqlarina qarsi cox diqqetli olmalidirlar Dusunurem ki xercengden olum hallarinin qarsisini almaq ucun maariflendirmenin boyuk rolu var Cunki her hansi bir elamet musahide edilerse vaxtinda edilen muraciet balacalarin heyatini qurtara biler Azerbaycanda xercengin muasir mualice ve muayinesi ucun her bir serait var Milli Onkologiya Merkezinin nezdinde 2012 ci ilde acilan Usaq Onkoloji Klinikasinda muasir diaqnostika ve mualice usullari tetbiq olunur ve elde edilen neticeler qenaetbexsdir Usaq onkoloji merkezinin yaradilmasinda Azerbaycan Respublikasinin Birinci vitse prezidenti Mehriban xanim Eliyevanin ve Milli Onkologiya Merkezinin direktoru akademik Cemil Eliyevin boyuk emeyi var Hazirda Usaq Onkologiya Merkezi regionda flaqmandir