Ölümə, əlilliyə səbəb olan xəstəliklər arasında insultlar ilk sıralarda gəlir. İnsult yaradan amillər haqda vaxtaşırı məlumatlar açıqlanır. Mütəmadi olaraq bununla bağlı risk faktorlarını açıqlayan mütəxəssislər, insult riskinin azaldılması üçün gündəlik həyat tərzi, qidalanma amilinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayırlar. Britaniyadan olan alimlərin apardığı araşdırma da bu baxımdan maraqlıdır.
www.NiNa.Az e-tibb.az-a istinadən bildirir ki, Oksford Universitetinin alimləri 9 Avropa ölkəsindən olan 418 min nəfər haqda məlumatları insult riski ilə bağlı təhlil ediblər. Onların qidalanma və həyat tərzləri, həmçinin sağlamlıq problemləri təxminən 12 il boyunca izlənilib.
Nəticələri "European Heart Journal"da dərc olunan araşdırmaya görə, gündə içilən bir stəkandan artıq süd beyin damarlarında tromb adlandırılan işemik insult riskini 5 faiz, bir kasa qatıq 9 faiz, gündə 200 qram meyvə-tərəvəz 13 faiz azaldır. Bunların hərəsinin 10 qram artıq qəbulu isə bu rikski 23 faizə qədər azalda bilir.
Amma gündə 20 qram artıq yeyilən yumurta beyin damarlarının deşilməsi ilə nəticələnən hemorragik insult riskini 25 faiz artırır. Meyvə-tərəvəz, süd məhsullarının yeyilməsi ilə hemmorragik insult arasında hər hansı bağlılıq aşkarlanmayıb.
Araşdırma müddətində 4281 işemik, 1430 hemorragik insult hadisəsinə rast gəlinib.
Qeyd edək ki, insultlar işemik və hemmorragik olmaqla iki qrupa ayrılır. Statistikaya görə, insultların 80-85%-i işemik, 15-20%-i isə hemorragik insultların payına düşür.
Kateqoriya: Sağlamlıq | Baxışlar: 280
Mar 7, 2020 5:52 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Bunlar insult riskini azaldirmis Olume elilliye sebeb olan xestelikler arasinda insultlar ilk siralarda gelir Insult yaradan amiller haqda vaxtasiri melumatlar aciqlanir Mutemadi olaraq bununla bagli risk faktorlarini aciqlayan mutexessisler insult riskinin azaldilmasi ucun gundelik heyat terzi qidalanma amilinin muhum ehemiyyet kesb etdiyini vurgulayirlar Britaniyadan olan alimlerin apardigi arasdirma da bu baximdan maraqlidir b s b e tibb az a istinaden bildirir ki Oksford Universitetinin alimleri 9 Avropa olkesinden olan 418 min nefer haqda melumatlari insult riski ile bagli tehlil edibler Onlarin qidalanma ve heyat terzleri hemcinin saglamliq problemleri texminen 12 il boyunca izlenilib Neticeleri European Heart Journal da derc olunan arasdirmaya gore gunde icilen bir stekandan artiq sud beyin damarlarinda tromb adlandirilan isemik insult riskini 5 faiz bir kasa qatiq 9 faiz gunde 200 qram meyve terevez 13 faiz azaldir Bunlarin heresinin 10 qram artiq qebulu ise bu rikski 23 faize qeder azalda bilir Amma gunde 20 qram artiq yeyilen yumurta beyin damarlarinin desilmesi ile neticelenen hemorragik insult riskini 25 faiz artirir Meyve terevez sud mehsullarinin yeyilmesi ile hemmorragik insult arasinda her hansi bagliliq askarlanmayib Arasdirma muddetinde 4281 isemik 1430 hemorragik insult hadisesine rast gelinib Qeyd edek ki insultlar isemik ve hemmorragik olmaqla iki qrupa ayrilir Statistikaya gore insultlarin 80 85 i isemik 15 20 i ise hemorragik insultlarin payina dusur