Yoluxucu xəstəliklərdən qorunmaq üçün zəruri tövsiyələr
Xəstəliyin törətdiyi virusun heyvan mənşəli məhsullar vasitəsi ilə yayılma ehtimalını nəzərə alaraq, vətəndaşların qida məhsulları ilə davranışı, bişirmə (56 °C və ya daha yuxarı temperaturda bişirmək, yaxud termik emaldan keçirmək) və saxlanma zamanı qida təhlükəsizliyi tələblərinə ciddi şəkildə əməl etmələri vacibdir.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yoluxucu xəstəliklərlərdən qorunmaqla bağlı açıqladığı zəruri tövsiyələrdə bildirilir.
Qidalanma zamanı nələrə diqqət etmək lazımdır?
Orqanizmin sağlam fəaliyyəti və xəstəliklərə qarşı müqavimətini artırmaq üçün immunitetin güclü olması çox vacibdir. İmmunitetin güclü olması üçün müxtəlif vitamin və mikroelementlərə ehtiyac var. Bura A, C, D, E və B qrup vitaminləri (B2, B6, B12), fol turşusu, dəmir və sink daxildir. A vitamini: treska balığı, yumurta, sarı və narıncı meyvə - tərəvəzlərdə, brokoli, ispanaq, tünd yaşıl və lifli tərəvəzlərdə, C vitamini: sitrus meyvələrdə, yaşıl və qırmızı bibər, qara qarağat, kivi, çiyələk, brokoli, cəfəri, ananas, brüssel kələmi, gül kələm, manqo, noxud və pomidorda, D vitamini: tuna və qızıl balıq kimi yağlı balıqlarda, mal qaraciyəri, pendir, yumurta sarısı, bəzi göbələklərdə, E vitamini: bitki yağları (günəbaxan, zəfəran, qarğıdalı və soya yağlarında), badam, fıstıq, günəbaxan toxumları, ispanaq və brokoli kimi yaşıl yarpaqlı tərəvəzlərdə, B qrup vitaminlərindən B6 vitamini: tuna balığı, qızıl balıq, banan, paxlalılar, mal əti, gərzəkli meyvələr, quş əti, taxıl və noxudda, B12 vitamini: qaraciyər, az yağlı süd, toyuğun döş əti, yumurta, mal əti, tuna balığı, qızıl balıq, ala balıqda mövcuddur.
Sadalanan bu qida məhsullarının qəbulu ilə yanaşı, gündəlik qidalanma və həyat tərzi vərdişlərində immun sistemini zəiflədən bir sıra amillərdən qaçınmaqla da orqanizmimizi təhlükələrdən qoruya bilərik. Həmin amillər: xroniki xəstəliklər, yuxusuzluq, şəkərdən həddindən artıq istifadə, xroniki stress, balanslaşdırılmamış qidalanma, iltihabi xəstəliklər, az hərəkətli həyat tərzi, artıq çəki, siqaret, spirtli içki faktorlarıdır.
Qida yolu ilə yoluxan xəstəliklərin qarşısını necə almalı?
İstehlak etdiyimiz qida ilə davranma, bişirmə və saxlanma zamanı qida təhlükəsizliyi tələblərinə əməl olunması çox vacibdir. Xəstəliyə səbəb ola biləcək zərərli bakteriyaları biz görə bilmirik. Unutmaq olmaz ki, istənilən qida məhsulu özü ilə mikroorqanizmləri daşıya bilir. Qidaları hazırlayarkən, bişirərkən xüsusilə çiy əti hazırlayarkən əllər, istifadə olunan qablar və qida hazırlanan səthlər tez-tez yuyulmalıdr. Meyvə və tərəvəzlər xüsusi həssaslıqla təmizlənməlidir. Qidalar lazımi temperaturda bişirilməli və saxlanmalıdır. Bişirildikdən sonra isə otaq şəraitində saxlanmamalı, dərhal soyudulmalıdır. Çarpaz çirklənməyə yol verilməməlidir. Məsələn, ət və göyərti yanaşı qoyulmamalıdır. Mətbəx mütəmadi olaraq təmizlənməli və dezinfeksiya edilməlidir.
Alış-veriş zamanı nələrə diqqət etməli?
1. Qida məhsullarının alış-verişi zamanı qida təhlükəsizliyi tələblərinə əməl olunması üçün əvvəlcə tez xarab olmayan məhsulları seçmək və onları yerləşdirdikdən sonra soyudulmuş və ya dondurulmuş qida məhsullarını almaq lazımdır.
2. Qablaşdırılması pozulmuş ət və ya quş əti məhsullarını seçmək tövsiyə olunmur.
3. İstifadə müddəti bitmiş qida məhsullarını almaq və ya istehlak etmək yolverilməzdir.
Qida məhsullarını necə saxlamalı?
Tez xarab olan qida məhsulları 2 saat ərzində, temperatur 32 ºC-dən yuxarı olduqda isə 1 saat ərzində soyudulmalıdır. Soyuducu 4.4 ºC-də və ya daha aşağı, dondurucu isə -17.7 ºC-də və ya daha aşağı temperaturda olmalıdır.
Təzə quş əti, balıq, çəkilmiş ət 2 gün ərzində bişirilməli və ya dondurmalı, dana, quzu əti isə 3-5 gün ərzində bişirilməli və ya dondurmalıdır. Tez xarab olan qida məhsullarının, məsələn, ət və quş ətinin keyfiyyətinı qorumaq, həm də onların şirələrinin digər qida məhsullarına keçməməsi üçün onlar etibarlı şəkildə qablaşdırılmalıdır.
Konservləşdirilmiş qidalar donma temperaturuna və ya yüksək temperaturlara məruz qalmamalıdır. Bükülmüş, paslanmış və ya şişmiş konserv qabları dərhal atılmalıdır.
AQTA yoluxucu xəstəliklərdən qorunmaq və onların yayılmasının qarşısını almaq üçün vətəndaşları qida təhlükəsizliyi tələblərinə ciddi şəkildə əməl etməyə, eyni zamanda bu cür xəstəliklərlə bağlı yalnız rəsmi orqanların məlumatlarına etibar etməyə çağırır.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, son zamanlar Çin Xalq Respublikasının ərazisində meydana gələn COVID-19 virusu dünyanın bir sıra ölkələrinə yayılmaqdadır. İlk yoluxan insanlara xəstəliyin birbaşa heyvan mənşəli qidalardan keçdiyi müəyyən olunub.
Kateqoriya: Sağlamlıq | Baxışlar: 998
Mar 7, 2020 5:16 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Yoluxucu xesteliklerden qorunmaq ucun zeruri tovsiyeler Xesteliyin toretdiyi virusun heyvan menseli mehsullar vasitesi ile yayilma ehtimalini nezere alaraq vetendaslarin qida mehsullari ile davranisi bisirme 56 C ve ya daha yuxari temperaturda bisirmek yaxud termik emaldan kecirmek ve saxlanma zamani qida tehlukesizliyi teleblerine ciddi sekilde emel etmeleri vacibdir Bu barede Azerbaycan Qida Tehlukesizliyi Agentliyinin yoluxucu xesteliklerlerden qorunmaqla bagli aciqladigi zeruri tovsiyelerde bildirilir Qidalanma zamani nelere diqqet etmek lazimdir Orqanizmin saglam fealiyyeti ve xesteliklere qarsi muqavimetini artirmaq ucun immunitetin guclu olmasi cox vacibdir Immunitetin guclu olmasi ucun muxtelif vitamin ve mikroelementlere ehtiyac var Bura A C D E ve B qrup vitaminleri B2 B6 B12 fol tursusu demir ve sink daxildir A vitamini treska baligi yumurta sari ve narinci meyve terevezlerde brokoli ispanaq tund yasil ve lifli terevezlerde C vitamini sitrus meyvelerde yasil ve qirmizi biber qara qaragat kivi ciyelek brokoli ceferi ananas brussel kelemi gul kelem manqo noxud ve pomidorda D vitamini tuna ve qizil baliq kimi yagli baliqlarda mal qaraciyeri pendir yumurta sarisi bezi gobeleklerde E vitamini bitki yaglari gunebaxan zeferan qargidali ve soya yaglarinda badam fistiq gunebaxan toxumlari ispanaq ve brokoli kimi yasil yarpaqli terevezlerde B qrup vitaminlerinden B6 vitamini tuna baligi qizil baliq banan paxlalilar mal eti gerzekli meyveler qus eti taxil ve noxudda B12 vitamini qaraciyer az yagli sud toyugun dos eti yumurta mal eti tuna baligi qizil baliq ala baliqda movcuddur Sadalanan bu qida mehsullarinin qebulu ile yanasi gundelik qidalanma ve heyat terzi verdislerinde immun sistemini zeifleden bir sira amillerden qacinmaqla da orqanizmimizi tehlukelerden qoruya bilerik Hemin amiller xroniki xestelikler yuxusuzluq sekerden heddinden artiq istifade xroniki stress balanslasdirilmamis qidalanma iltihabi xestelikler az hereketli heyat terzi artiq ceki siqaret spirtli icki faktorlaridir Qida yolu ile yoluxan xesteliklerin qarsisini nece almali Istehlak etdiyimiz qida ile davranma bisirme ve saxlanma zamani qida tehlukesizliyi teleblerine emel olunmasi cox vacibdir Xesteliye sebeb ola bilecek zererli bakteriyalari biz gore bilmirik Unutmaq olmaz ki istenilen qida mehsulu ozu ile mikroorqanizmleri dasiya bilir Qidalari hazirlayarken bisirerken xususile ciy eti hazirlayarken eller istifade olunan qablar ve qida hazirlanan sethler tez tez yuyulmalidr Meyve ve terevezler xususi hessasliqla temizlenmelidir Qidalar lazimi temperaturda bisirilmeli ve saxlanmalidir Bisirildikden sonra ise otaq seraitinde saxlanmamali derhal soyudulmalidir Carpaz cirklenmeye yol verilmemelidir Meselen et ve goyerti yanasi qoyulmamalidir Metbex mutemadi olaraq temizlenmeli ve dezinfeksiya edilmelidir Alis veris zamani nelere diqqet etmeli 1 Qida mehsullarinin alis verisi zamani qida tehlukesizliyi teleblerine emel olunmasi ucun evvelce tez xarab olmayan mehsullari secmek ve onlari yerlesdirdikden sonra soyudulmus ve ya dondurulmus qida mehsullarini almaq lazimdir 2 Qablasdirilmasi pozulmus et ve ya qus eti mehsullarini secmek tovsiye olunmur 3 Istifade muddeti bitmis qida mehsullarini almaq ve ya istehlak etmek yolverilmezdir Qida mehsullarini nece saxlamali Tez xarab olan qida mehsullari 2 saat erzinde temperatur 32 ºC den yuxari olduqda ise 1 saat erzinde soyudulmalidir Soyuducu 4 4 ºC de ve ya daha asagi dondurucu ise 17 7 ºC de ve ya daha asagi temperaturda olmalidir Teze qus eti baliq cekilmis et 2 gun erzinde bisirilmeli ve ya dondurmali dana quzu eti ise 3 5 gun erzinde bisirilmeli ve ya dondurmalidir Tez xarab olan qida mehsullarinin meselen et ve qus etinin keyfiyyetini qorumaq hem de onlarin sirelerinin diger qida mehsullarina kecmemesi ucun onlar etibarli sekilde qablasdirilmalidir Konservlesdirilmis qidalar donma temperaturuna ve ya yuksek temperaturlara meruz qalmamalidir Bukulmus paslanmis ve ya sismis konserv qablari derhal atilmalidir AQTA yoluxucu xesteliklerden qorunmaq ve onlarin yayilmasinin qarsisini almaq ucun vetendaslari qida tehlukesizliyi teleblerine ciddi sekilde emel etmeye eyni zamanda bu cur xesteliklerle bagli yalniz resmi orqanlarin melumatlarina etibar etmeye cagirir Qeyd edek ki Umumdunya Sehiyye Teskilatinin UST melumatlarina esasen son zamanlar Cin Xalq Respublikasinin erazisinde meydana gelen COVID 19 virusu dunyanin bir sira olkelerine yayilmaqdadir Ilk yoluxan insanlara xesteliyin birbasa heyvan menseli qidalardan kecdiyi mueyyen olunub