Virusdan qorunmaq üçün buruna perekis tökmək, yoxsa sabunla yumaq lazımdır? - AÇIQLAMA
Koronavirus təhlükəsi ilə bağlı insanlar virusdan qorunmağın müxtəlif yollarını axtarırlar. Neçə gündür sosial şəbəkələrdə bunun üçün çox sadə üsul - buruna perekis (Hidrogen peroksid) tökməklə virusa yoluxmanın qarşısının alınmasına dair məsləhətlər yayılıb.
www.NiNa.Az e-tibb.az-a istinadən bildirir ki, Azərbaycan Tibb Universitetinin mətbuat xidməti bununla bağlı Səhiyyə Nazirliyinin baş epidemioloqu, ATU-nun Epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayevin bununla bağlı fikirlərini, tövsiyələrini açıqlayıb.
Baş epidemioloq bildirib ki, bu metoddan özbaşına istifadə etmək məsləhət deyil: "Əvvəlcə, həkimlə məsləhətləşmək lazımdır. Çünki bildiyiniz kimi perekis qıcıqlanma yarada bilən bir məhluldur. Hazırda bütün xəstəxanalarımız gücləndirilmiş rejimdə işləyirlər.Ona görə də insan özündə nəsə hiss edərsə, həkimə müraciət etməsi məsləhətdir".
Baş epidemioloqun sözlərinə görə, gün ərzində əlləri və üzü sabunla yumaq daha effektiv metoddur: "Sabun məhlulu ilə burun dəliklərini də yumaq olar. Alternativ variant kimi "Oksalin" məlhəmini də qorunmaq üçün burun dəliklərinə sürtmək olar".
Qoruyucu maska taxılmasına gəlincə, mütəxəssis bunun ətrafında ajiotaj yaradılmasını düzgün saymır. Çünki xəstələnməyən insanın maska taxması məntiqli deyil: "Əgər bu virus ölkədə varsa, maska taxılsa da insana keçəcək. Əgər mən xəstələnməmişəmsə, niyə qoruyucu maska taxım? Bu gün insanları narahat edəcək hal yoxdur. Əminliklə deyə bilərəm ki, Azərbaycanda koronavirus yoxdur. Bir daha qeyd edirəm ki, virusdan qorunmaq üçün gigiyenik normalara əməl etmək daha yaxşı olar".
İ.Ağayev onu da bildirib ki, hazırda ölkədə epidemioloji həddi aşan heç bir yoluxucu xəstəlik qeydə alınmayıb. O, ölkədə koronavirus epidemiyasının olması ilə bağlı iddiaların əsassız olduğunu bildirib. Yalan informasiyalarla əhali arasında panika yaratmağın düzgün olmadığını bir daha vurğulayıb. İ.Ağayev qeyd edib ki, ölkədə koronavirusa yoluxma faktı aşkarlansa, bu haqda dərhal ictimiayyətə məlumat veriləcək: "Təşviş üçün heç bir əsas yoxdur. Olmayan bir halın mövcudluğunu necə təsdiqləyə bilərik?! Əgər belə bir təhlükə olsa, onu gizlədən deyilik".
Qeyd edək ki, Azərbaycanda koronavirusla bağlı Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq infeksion xəstəxanasında xüsusi palatalar ayrılıb.
Kateqoriya: Sağlamlıq | Baxışlar: 1137
Mar 7, 2020 3:28 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Virusdan qorunmaq ucun buruna perekis tokmek yoxsa sabunla yumaq lazimdir ACIQLAMA Koronavirus tehlukesi ile bagli insanlar virusdan qorunmagin muxtelif yollarini axtarirlar Nece gundur sosial sebekelerde bunun ucun cox sade usul buruna perekis Hidrogen peroksid tokmekle virusa yoluxmanin qarsisinin alinmasina dair meslehetler yayilib b s b e tibb az a istinaden bildirir ki Azerbaycan Tibb Universitetinin metbuat xidmeti bununla bagli Sehiyye Nazirliyinin bas epidemioloqu ATU nun Epidemiologiya kafedrasinin mudiri professor Ibadulla Agayevin bununla bagli fikirlerini tovsiyelerini aciqlayib Bas epidemioloq bildirib ki bu metoddan ozbasina istifade etmek meslehet deyil Evvelce hekimle meslehetlesmek lazimdir Cunki bildiyiniz kimi perekis qiciqlanma yarada bilen bir mehluldur Hazirda butun xestexanalarimiz guclendirilmis rejimde isleyirler Ona gore de insan ozunde nese hiss ederse hekime muraciet etmesi meslehetdir Bas epidemioloqun sozlerine gore gun erzinde elleri ve uzu sabunla yumaq daha effektiv metoddur Sabun mehlulu ile burun deliklerini de yumaq olar Alternativ variant kimi Oksalin melhemini de qorunmaq ucun burun deliklerine surtmek olar Qoruyucu maska taxilmasina gelince mutexessis bunun etrafinda ajiotaj yaradilmasini duzgun saymir Cunki xestelenmeyen insanin maska taxmasi mentiqli deyil Eger bu virus olkede varsa maska taxilsa da insana kececek Eger men xestelenmemisemse niye qoruyucu maska taxim Bu gun insanlari narahat edecek hal yoxdur Eminlikle deye bilerem ki Azerbaycanda koronavirus yoxdur Bir daha qeyd edirem ki virusdan qorunmaq ucun gigiyenik normalara emel etmek daha yaxsi olar I Agayev onu da bildirib ki hazirda olkede epidemioloji heddi asan hec bir yoluxucu xestelik qeyde alinmayib O olkede koronavirus epidemiyasinin olmasi ile bagli iddialarin esassiz oldugunu bildirib Yalan informasiyalarla ehali arasinda panika yaratmagin duzgun olmadigini bir daha vurgulayib I Agayev qeyd edib ki olkede koronavirusa yoluxma fakti askarlansa bu haqda derhal ictimiayyete melumat verilecek Tesvis ucun hec bir esas yoxdur Olmayan bir halin movcudlugunu nece tesdiqleye bilerik Eger bele bir tehluke olsa onu gizleden deyilik Qeyd edek ki Azerbaycanda koronavirusla bagli Elmi Tedqiqat Agciyer Xestelikleri Institutu 1 sayli Kliniki Tibbi Merkez ve 7 sayli Usaq infeksion xestexanasinda xususi palatalar ayrilib