Pnevmoniyanın əlamətləri onun törədicisindən asılı olaraq müxtəlifdir
Pnevmoniya, yəni sətəlcəm ağciyər toxumasının iltihabi xəstəliyidir. Adətən pnevmoniya sürətlə inkişaf edərək qısa müddətdə sinədə ağrı, temperaturun yüksəlməsi, bəlğəmli öskürək və təngnəfəsliklə xarakterizə olunur. Bəzi hallarda isə pnevmoniya soyuqdəymə və kəskin respirator virus infeksiyalarından, yəni qripdən sonra inkişaf edir. Pnevmoniya ilə xəstələnməyə görə risk qrupuna kiçik yaşlı uşaqlar və yaşı 65-dən çox olan şəxslər, şəkərli diabet, QİÇS, xronik ağciyər-ürək və mədə bağırsaq xəstəliyi olanlar, orqanizmin immun sistemini zəiflədən preparatları qəbul edənlər, ağır cərrahi əməliyyat keçirənlər, zərərli vərdişləri olanlar - siqaret çəkənlər, alkoqol qəbul edənlər daxildir.
www.NiNa.Az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov məlumat verib.
"Pnevmoniyanın əlamətləri onun törədicisindən asılı olaraq müxtəlifdir. Bakteriyaların bir çox növləri pnevmoniyaya səbəb ola bilər. Bakterial pnevmoniyalar həm ilkin olaraq, həm də yuxarı tənəffüs yollarının virus infeksiyalarından sonra da inkişaf edə bilər. Bakterial pnevmoniyanın əlamətləri titrətmə, yüksək temperatur, tərləmə, döş qəfəsində ağrı, təngnəfəslik, öskürək, yaşıl və ya sarı bəlğəm ifrazıdır. Qeyd etmək lazımdır ki, pnevmoniya ilə xəstələnməyə görə yüksək risk qrupuna daxil olan uşaqlar, yaşlı və immun sistemi zəif xəstələrdə əlamətlər fərqli ola bilər. Hətta bəzi hallarda temperatur yüksəlmə əvəzinə aşağı düşə bilər. Bakterial pnevmoniyalar zamanı adətən ağciyərin ancaq bir payı zədələnir ki, buna da lobar pnevmoniya deyilir. Antibiotiklərlə bakterial pnevmoniyaların müalicə edilməsinə baxmayaraq, bəzi antibiotiklərə davamlı bakterial pnevmoniyalar müalicədə problem yaradır.
Pnevmoniyaların təxminən yarısı viruslar tərəfindən törədilir. Viral pnevmoniyalar soyuqdəyməyə bənzər simptomlarla - adətən quru öskürəklə başlayır, başağrısı, qızdırma, əzələ ağrısı, üzülmə kimi əlamətlərə rast gəlinir. Xəstəlik inkişaf etdikcə təngnəfəslik əmələ gəlir, az həcmdə olan ağ və ya rəngsiz bəlğəm ifrazı ilə xarakterizə olunur. Virus mənşəli pnevmoniyalarda antibiotiklərlə müalicə effektsizdir. Virus mənşəli pnevmoniyalar zamanı ikincili olaraq bakterial pnevmoniyalar da qoşula bilər.
Mikoplazmaların törətdikləri pnevmoniyalar həm bakterial, həm də virus mənşəli pnevmoniyaların əlamətlərini birləşdirir. Lakin bu əlamətlər daha mülayim olur və daha gec inkişaf edir. Mikoplazma pnevmoniyaları məktəb yaşlı uşaqlar və gənclər arasında daha çox rast gəlinir, antibiotiklərlə müalicəyə həssasdırlar. Lakin quru öskürək və zəiflik bir müddət davam edə bilər", - deyə mütəxəssis bildirib.
Kafedra müdirinin sözlərinə görə, bir sıra göbələk növləri pnevmoniyaya səbəb ola bilər: "Bəzi insanlar bunu kəskin pnevmoniya şəklində keçirir, bəzilərində isə simptomlar çox zəif nəzərə çarpır və xronik pnevmoniyaya keçərək aylarla davam edir. Pnevmosist pnevmoniyaları QİÇS olan xəstələrdə daha çox rast gəlinir. İmmun sistemi zəif olan, orqan transplantasiyası, kimyəvi terapiya, kortikosteroidlərlə və ya digər immun zəiflədici dərmanlarla müalicə alan xəstələr də pnevmosist pnevmoniyaları ilə xəstələnməyə görə risk qrupuna aiddirlər. Pnevmosist pnevmoniyaları zamanı ən çox müşahidə edilən əlamətlər uzun sürən öskürək, qızdırma və təngnəfəslikdir.
R.Bayramov qeyd edib ki, kimdəsə öskürək, təngnəfəslik, sinədə ağrı, qızdırma olarsa, mütləq həkimə müraciət etməsi tövsiyə olunur. Pnevmoniyaya vaxtında diaqnoz qoyulub, düzgün müalicə aparılmazsa, ağırlaşmalar inkişaf edə bilər ki, bu da həyati təhlükəli ola bilər. Pnevmoniyanın müalicəsi ixtisaslı mütəxəssis tərəfindən, törədicinin növünə və ona qarşı dərmanlara həssaslığa müvafiq, kompleks olaraq aparılmalıdır.
Kateqoriya: Sağlamlıq | Baxışlar: 965
Mar 4, 2020 4:23 AM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Pnevmoniyanin elametleri onun toredicisinden asili olaraq muxtelifdir Pnevmoniya yeni setelcem agciyer toxumasinin iltihabi xesteliyidir Adeten pnevmoniya suretle inkisaf ederek qisa muddetde sinede agri temperaturun yukselmesi belgemli oskurek ve tengnefeslikle xarakterize olunur Bezi hallarda ise pnevmoniya soyuqdeyme ve keskin respirator virus infeksiyalarindan yeni qripden sonra inkisaf edir Pnevmoniya ile xestelenmeye gore risk qrupuna kicik yasli usaqlar ve yasi 65 den cox olan sexsler sekerli diabet QICS xronik agciyer urek ve mede bagirsaq xesteliyi olanlar orqanizmin immun sistemini zeifleden preparatlari qebul edenler agir cerrahi emeliyyat kecirenler zererli verdisleri olanlar siqaret cekenler alkoqol qebul edenler daxildir b s b bildirir ki bu barede AZERTAC a Azerbaycan Tibb Universitetinin agciyer xestelikleri kafedrasinin mudiri dosent Rafiq Bayramov melumat verib Pnevmoniyanin elametleri onun toredicisinden asili olaraq muxtelifdir Bakteriyalarin bir cox novleri pnevmoniyaya sebeb ola biler Bakterial pnevmoniyalar hem ilkin olaraq hem de yuxari teneffus yollarinin virus infeksiyalarindan sonra da inkisaf ede biler Bakterial pnevmoniyanin elametleri titretme yuksek temperatur terleme dos qefesinde agri tengnefeslik oskurek yasil ve ya sari belgem ifrazidir Qeyd etmek lazimdir ki pnevmoniya ile xestelenmeye gore yuksek risk qrupuna daxil olan usaqlar yasli ve immun sistemi zeif xestelerde elametler ferqli ola biler Hetta bezi hallarda temperatur yukselme evezine asagi duse biler Bakterial pnevmoniyalar zamani adeten agciyerin ancaq bir payi zedelenir ki buna da lobar pnevmoniya deyilir Antibiotiklerle bakterial pnevmoniyalarin mualice edilmesine baxmayaraq bezi antibiotiklere davamli bakterial pnevmoniyalar mualicede problem yaradir Pnevmoniyalarin texminen yarisi viruslar terefinden toredilir Viral pnevmoniyalar soyuqdeymeye benzer simptomlarla adeten quru oskurekle baslayir basagrisi qizdirma ezele agrisi uzulme kimi elametlere rast gelinir Xestelik inkisaf etdikce tengnefeslik emele gelir az hecmde olan ag ve ya rengsiz belgem ifrazi ile xarakterize olunur Virus menseli pnevmoniyalarda antibiotiklerle mualice effektsizdir Virus menseli pnevmoniyalar zamani ikincili olaraq bakterial pnevmoniyalar da qosula biler Mikoplazmalarin toretdikleri pnevmoniyalar hem bakterial hem de virus menseli pnevmoniyalarin elametlerini birlesdirir Lakin bu elametler daha mulayim olur ve daha gec inkisaf edir Mikoplazma pnevmoniyalari mekteb yasli usaqlar ve gencler arasinda daha cox rast gelinir antibiotiklerle mualiceye hessasdirlar Lakin quru oskurek ve zeiflik bir muddet davam ede biler deye mutexessis bildirib Kafedra mudirinin sozlerine gore bir sira gobelek novleri pnevmoniyaya sebeb ola biler Bezi insanlar bunu keskin pnevmoniya seklinde kecirir bezilerinde ise simptomlar cox zeif nezere carpir ve xronik pnevmoniyaya kecerek aylarla davam edir Pnevmosist pnevmoniyalari QICS olan xestelerde daha cox rast gelinir Immun sistemi zeif olan orqan transplantasiyasi kimyevi terapiya kortikosteroidlerle ve ya diger immun zeifledici dermanlarla mualice alan xesteler de pnevmosist pnevmoniyalari ile xestelenmeye gore risk qrupuna aiddirler Pnevmosist pnevmoniyalari zamani en cox musahide edilen elametler uzun suren oskurek qizdirma ve tengnefeslikdir R Bayramov qeyd edib ki kimdese oskurek tengnefeslik sinede agri qizdirma olarsa mutleq hekime muraciet etmesi tovsiye olunur Pnevmoniyaya vaxtinda diaqnoz qoyulub duzgun mualice aparilmazsa agirlasmalar inkisaf ede biler ki bu da heyati tehlukeli ola biler Pnevmoniyanin mualicesi ixtisasli mutexessis terefinden toredicinin novune ve ona qarsi dermanlara hessasliga muvafiq kompleks olaraq aparilmalidir