Şəkidə evində meyiti tapılan şəxs ürək-ağciyər çatışmazlığından ölüb
Şəki şəhər prokurorluğu evdə tapılan meyitlə bağlı məlumat yayıb.
www.NiNa.Az xəbər verir ki, Prokurorluqdan Trend-ə verilən məlumatda bildirilir ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Şəki şəhərində meyiti tapılan Y.Əliyevin üzərində zorakılıq əlamətlərinin aşkar olunması ilə bağlı əsassız məlumatlar yayılıb.
Həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.
Belə ki, yanvarın 25-də saat 02 radələrində Şəki şəhər sakini 1982-ci il təvəllüdlü Əliyev Yusif Yaşar oğlunun yaşadığı evdə vəfat etməsi barədə daxil olan məlumat əsasında məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib.
Yusif Əliyevin meyiti müayinə edilərkən üzərində hər hansı zorakılıq əlamətləri və ya xəsarət aşkar edilməyib.
Araşdırmalarla Y.Əliyevin yaşadığı evdə ürək-ağciyər çatışmazlığından vəfat etməsi müəyyən edilib.
Kateqoriya: Cəmiyyət | Baxışlar: 279
Feb 28, 2020 3:11 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Sekide evinde meyiti tapilan sexs urek agciyer catismazligindan olub Seki seher prokurorlugu evde tapilan meyitle bagli melumat yayib b s b xeber verir ki Prokurorluqdan Trend e verilen melumatda bildirilir ki bezi kutlevi informasiya vasiteleri ve sosial sebekelerde Seki seherinde meyiti tapilan Y Eliyevin uzerinde zorakiliq elametlerinin askar olunmasi ile bagli esassiz melumatlar yayilib Hemin melumatlar heqiqeti eks etdirmediyinden tekzib olunur Bele ki yanvarin 25 de saat 02 radelerinde Seki seher sakini 1982 ci il tevelludlu Eliyev Yusif Yasar oglunun yasadigi evde vefat etmesi barede daxil olan melumat esasinda mehkeme tibb ekspertinin istiraki ile meyite baxis kecirilib Yusif Eliyevin meyiti muayine edilerken uzerinde her hansi zorakiliq elametleri ve ya xesaret askar edilmeyib Arasdirmalarla Y Eliyevin yasadigi evde urek agciyer catismazligindan vefat etmesi mueyyen edilib