[b]www.NiNa.Az Medeniyyet.infoya istinadən Samirə Behbudqızının yazısını təqdim edir.[/b]
"dOM" teatrı yeni səhnə təzahürünü təqdim etdi. Teatrın yaradıcısı və baş rejissoru Tərlan Rəsulov gənc nasir-dramaturq İsmayıl İmanın "Грязная маленькая тварь" adlı klassik üslubda qələmə aldığı pyesinə "İclas" adı altında və süjetdən fərqli yozumda interaktiv tamaşa kimi təqdim etdi. Süjetə görə, bir orta məktəbin gənc ingilis dili müəlliməsi (Dəniz Tacəddin) valideynlərin və müəllimlərin iştirakilə iclasın keçirilməsinin təşəbbüskarı kimi çıxış edir ki, şagirdlərdən biri Aysel Əmirovanı bullinq məngənəsindən çıxarmağın bir yolunu bulsunlar. Amma iclas boyunca məktəbin müəllim heyətinin arasında şəxsi və işgüzar zəmində olan ehtiraslar ən arzuolunmaz dərəcəyə çatır və təbii ki, belə bir vəziyyətdə onlar nə bir-birini, nə də zaldan səslənən fikirləri doğru-düzgün dinləyib dəyərləndirmək, nəticə çıxarıb məsələnin çözümünü tapmaq halında olmurlar; yalnız ötəri nəzakət xatirinə qulaq asırlar. Direktor (əməkdar artist Yaqut Paşayeva) ingilis dili müəlliməsini özü də boşanmış xanım olduğu üçün valideynləri boşanmış Aysel Əmirovanın tərəfkeşi olaraq çıxış etməkdə kimi bayağı məişət arqumenti ilə çıxış edib gənc müəllimənin məktəbdə təlim-tərbiyə və təhsil prosesinin dürüst qurulmamasının səbəbinin rəhbərliyin riyakar olması ilə izah edən cəsarətli çıxışlarının qarşısını almağa çalışır. Sonda Ayselin intiharı üstün tutması xəbəri gəlib çatır. Nə onu dünyaya gətirib böyüdən valideynləri, nə də ikinci valideyn sayılan müəllimləri həyata küskünlüyünün əlacını tapa bilmirlər.
Tamaşa sırf improvizə üzərində qurulub. Və hətta Aysel qiyabi iştirakçıdan əyani obraza çevrilib. Ən pisi isə pyesdə yeniyetmə qızın xilası baş versə də, tamaşa bədbin əhvala köklənib. Daha öncə adları qeyd olunan aktyorlardan başqa iştirakçı aktyorların hamısı - əməkdar artist Qasım Nağı, Ərtoğrul Kamalov, Leyla Babayeva, Əminə Məmmədova obrazlarının dəqiq cizgilərini tapıb tamaşaçıya tanıtmaqda gənclər çətinlik çəkmədilər, təcrübəli sənətkarlar isə barələrindəki təəssürata xilaf çıxmadılar.
Son dövrün bəlli gerçək hadisəsindən qaynaqlanan pyesin qoyduğu suallar çoxdur: boşanmış valideynlərin bir çox hallarda bu arzuolunmaz faktın övladlarının tərbiyəsinə mümkün qədər az təsir etməsinin qeydinə qalmamaları, məktəblərimizdə təhsil, təlim-tərbiyə prosesindəki boşluqlar, müəllimlərin də, valideynlərin də gələcək nəslin inkişafındakı məsuliyyət yüklərini düzgün görüb dərk etməmələri, valideynlərin övladlarının yanında artıq-əskik danışmalı olmadıqlarını unutmaları (söz yox ki, Aysel kimi mənəvi təzyiqə məruz qalan yeniyetmələrə bu mənəvi təzyiqin mənbəyi yoldaşlarının valideynləridir; valideynlərinin müvafiq söhbətlərinin inikasıdır). Və şübhə yoxdur ki, bütün bu bəlaların özəyində müasir dövrün həyatımızı asanlaşdırmaq üçün icad edilmiş texniki özəlliklərindən aşırı dərəcədə istifadə də dayanır. Bilgisayarın, smartfonun, planşetin monitorunu ətrafındakı insanların, hətta ən yaxın, ən doğmalarının simasından, sözündən-söhbətindən üstün tutmaq, virtuala qapılmanı (ünsiyyət adlandırmağa dilim gəlmir) canlı əlaqədən, ünsiyyətdən, münasibətdən önə çəkmək və...nəticədə düşüncələrinlə təpə-tənha qalmaq. Bəli, ola bilər ki, virtualda konkret bir şəxs sizin ağrl-acılarınızı da, yüksək əhval ruhiyyənizi də eyni dərəcədə istisnasız dinləsin, hətta mənəvi dayaq olsun, istisna edilmir. Amma razılaşın ki, bu canlı nəfəslə, nəbzi vuran əlin əlinizdən tutması ilə müqayisə edilə bilməz.
Kateqoriya: Mədəniyyət | Baxışlar: 460
Nov 12, 2019 3:58 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . dOM da Iclas oldu b b s b Medeniyyet infoya istinaden Samire Behbudqizinin yazisini teqdim edir b dOM teatri yeni sehne tezahurunu teqdim etdi Teatrin yaradicisi ve bas rejissoru Terlan Resulov genc nasir dramaturq Ismayil Imanin Gryaznaya malenkaya tvar adli klassik uslubda qeleme aldigi pyesine Iclas adi altinda ve sujetden ferqli yozumda interaktiv tamasa kimi teqdim etdi Sujete gore bir orta mektebin genc ingilis dili muellimesi Deniz Taceddin valideynlerin ve muellimlerin istirakile iclasin kecirilmesinin tesebbuskari kimi cixis edir ki sagirdlerden biri Aysel Emirovani bullinq mengenesinden cixarmagin bir yolunu bulsunlar Amma iclas boyunca mektebin muellim heyetinin arasinda sexsi ve isguzar zeminde olan ehtiraslar en arzuolunmaz dereceye catir ve tebii ki bele bir veziyyetde onlar ne bir birini ne de zaldan seslenen fikirleri dogru duzgun dinleyib deyerlendirmek netice cixarib meselenin cozumunu tapmaq halinda olmurlar yalniz oteri nezaket xatirine qulaq asirlar Direktor emekdar artist Yaqut Pasayeva ingilis dili muellimesini ozu de bosanmis xanim oldugu ucun valideynleri bosanmis Aysel Emirovanin terefkesi olaraq cixis etmekde kimi bayagi meiset arqumenti ile cixis edib genc muellimenin mektebde telim terbiye ve tehsil prosesinin durust qurulmamasinin sebebinin rehberliyin riyakar olmasi ile izah eden cesaretli cixislarinin qarsisini almaga calisir Sonda Ayselin intihari ustun tutmasi xeberi gelib catir Ne onu dunyaya getirib boyuden valideynleri ne de ikinci valideyn sayilan muellimleri heyata kuskunluyunun elacini tapa bilmirler Tamasa sirf improvize uzerinde qurulub Ve hetta Aysel qiyabi istirakcidan eyani obraza cevrilib En pisi ise pyesde yeniyetme qizin xilasi bas verse de tamasa bedbin ehvala koklenib Daha once adlari qeyd olunan aktyorlardan basqa istirakci aktyorlarin hamisi emekdar artist Qasim Nagi Ertogrul Kamalov Leyla Babayeva Emine Memmedova obrazlarinin deqiq cizgilerini tapib tamasaciya tanitmaqda gencler cetinlik cekmediler tecrubeli senetkarlar ise barelerindeki teessurata xilaf cixmadilar Son dovrun belli gercek hadisesinden qaynaqlanan pyesin qoydugu suallar coxdur bosanmis valideynlerin bir cox hallarda bu arzuolunmaz faktin ovladlarinin terbiyesine mumkun qeder az tesir etmesinin qeydine qalmamalari mekteblerimizde tehsil telim terbiye prosesindeki bosluqlar muellimlerin de valideynlerin de gelecek neslin inkisafindaki mesuliyyet yuklerini duzgun gorub derk etmemeleri valideynlerin ovladlarinin yaninda artiq eskik danismali olmadiqlarini unutmalari soz yox ki Aysel kimi menevi tezyiqe meruz qalan yeniyetmelere bu menevi tezyiqin menbeyi yoldaslarinin valideynleridir valideynlerinin muvafiq sohbetlerinin inikasidir Ve subhe yoxdur ki butun bu belalarin ozeyinde muasir dovrun heyatimizi asanlasdirmaq ucun icad edilmis texniki ozelliklerinden asiri derecede istifade de dayanir Bilgisayarin smartfonun plansetin monitorunu etrafindaki insanlarin hetta en yaxin en dogmalarinin simasindan sozunden sohbetinden ustun tutmaq virtuala qapilmani unsiyyet adlandirmaga dilim gelmir canli elaqeden unsiyyetden munasibetden one cekmek ve neticede dusuncelerinle tepe tenha qalmaq Beli ola biler ki virtualda konkret bir sexs sizin agrl acilarinizi da yuksek ehval ruhiyyenizi de eyni derecede istisnasiz dinlesin hetta menevi dayaq olsun istisna edilmir Amma razilasin ki bu canli nefesle nebzi vuran elin elinizden tutmasi ile muqayise edile bilmez