Göyçay rayonunda xırda buynuzlu heyvanlar arasında tələfat baş verib.
APA-nın xəbərinə görə, hadisə bu gün rayonun Şəkər kənd sakinlərinə məxsus mal-qaranın otlaq sahəsində qeydə alınıb.
Kənd sakinlərindən Baloğlan Əsgərov, Ağaisa Mirəliyev, Xəyyam Nuriyev, Sirac Haqverdiyev, Azad Bəşirov, Rasim Mircəfərov, Elvin Mirəliyev və başqalarına məxsus 320 baş qoyundan 80-i otlaq sahəsinin ortasında yeni qazılan dərin suvarma arxına düşüb. Hadisə nəticəsində 17 baş qoyun tələf olub, 50-dən çox qoyun suda boğulub, xəsarət alıb.
Kənd sakinləri bildiriblər ki, Şəkər kənd icra nümayəndəliyi əhalinin otlaq sahəsini iki yerə bölüb, su arxının bir tərəfində yonca sahəsi və tut bağı salıb, digər tərəf isə otaq sahəsi kimi qalıb.
Dünən kənd icra nümayəndəliyinin sifarişi ilə “Hyundai” markalı ekskavator bu otlaq sahəsinin ortasında dərinliyi iki metrdən çox olan arx qazıb. Kənd sakinləri bu arxın qazılmasından xəbərsiz olduqlarını bildiriblər.
Bu gün otlaq sahəsinə gələn qoyun sürüsü arxdan keçmək istəyərkən qəflətən suya düşərək, boğulublar. Çoban sahədə tək olduğu üçün qoyunların dərin su arxına yaxınlaşmasının və suya düşməsinin qarşısının ala bilməyib.
Yerli sakinlər bu məsələ ilə bağlı kənd icra nümayəndəliyinə və bələdiyyə sədrinə müraciət etdiklərini, lakin onların hadisə yerinə gəlmədiklərini bildiriblər.
Kənd sakinləri hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” Məlumat Mərkəzinə müraciət ediblər. Hazırda polis əməkdaşları hadisə yerindədir. Vətəndaşlar onlara dəyən maddi ziyanın ödənilməsi üçün şikayət ediblər.
Kateqoriya: Cəmiyyət | Baxışlar: 734
Nov 15, 2020 12:41 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv rayon irayon rayonu rayonun rayonunda rayonlu rayondan rayona rayonda rayonlular rayonlar rayonli rayonlı. Goycayda 80 bas qoyun suda batdi Goycay rayonunda xirda buynuzlu heyvanlar arasinda telefat bas verib APA nin xeberine gore hadise bu gun rayonun Seker kend sakinlerine mexsus mal qaranin otlaq sahesinde qeyde alinib Kend sakinlerinden Baloglan Esgerov Agaisa Mireliyev Xeyyam Nuriyev Sirac Haqverdiyev Azad Besirov Rasim Mirceferov Elvin Mireliyev ve basqalarina mexsus 320 bas qoyundan 80 i otlaq sahesinin ortasinda yeni qazilan derin suvarma arxina dusub Hadise neticesinde 17 bas qoyun telef olub 50 den cox qoyun suda bogulub xesaret alib Kend sakinleri bildiribler ki Seker kend icra numayendeliyi ehalinin otlaq sahesini iki yere bolub su arxinin bir terefinde yonca sahesi ve tut bagi salib diger teref ise otaq sahesi kimi qalib Dunen kend icra numayendeliyinin sifarisi ile Hyundai markali ekskavator bu otlaq sahesinin ortasinda derinliyi iki metrden cox olan arx qazib Kend sakinleri bu arxin qazilmasindan xebersiz olduqlarini bildiribler Bu gun otlaq sahesine gelen qoyun surusu arxdan kecmek isteyerken qefleten suya duserek bogulublar Coban sahede tek oldugu ucun qoyunlarin derin su arxina yaxinlasmasinin ve suya dusmesinin qarsisinin ala bilmeyib Yerli sakinler bu mesele ile bagli kend icra numayendeliyine ve belediyye sedrine muraciet etdiklerini lakin onlarin hadise yerine gelmediklerini bildiribler Kend sakinleri hadise ile bagli Daxili Isler Nazirliyinin 102 Melumat Merkezine muraciet edibler Hazirda polis emekdaslari hadise yerindedir Vetendaslar onlara deyen maddi ziyanin odenilmesi ucun sikayet edibler