Kəlbəcər sakini: “Uşaqlığımız mənfur düşmənlərimiz işğalçılıq siyasəti nəticəsində məhv olub”
Bu gün Kəlbəcərin 27 illik işğalına son qoyulur.
Bununla da Kəlbəcərdən olan on minlərlə məcburi köçkünün yurd həsrəti, yurd nisgili başa çatır. Kəlbəcər sakinləri öz yurdlarına dönəcəkləri günü səbirsizliklə gözləyirlər.
1993-cü ilin aprelində Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü ilə üzləşmiş dinc sakinlər ata-baba yurdlarını tərk etməyə məcbur olsalar da, 27 il sonra Azərbaycan Ordusunun keçirdiyi uğurlu hərbi əməliyyatlar, ikinci Qarabağ müharibəsindəki zəfərlə Ermənistan rəhbərliyini noyabrın 10-da sülz sazişinə məcburən imza atması, işğalçı qoşunlarını Kəlbəcərdən çıxarması onları yenidən Kəlbəcərə qovuşdurdu.
Report-un Qərb Mərkəzinin çəkiliş qrupu 27 il sonra öz ata-baba yurdlarına dönməyə hazırlaşan, Gəncə şəhərində məskunlaşmış kəlbəcərli ailələrdən biri ilə həmsöhbət olub.
Ailə başçısı Polad Salahov onilliklərdir yurd həsrəti ilə yaşadıqlarını vurğulayıb:
“Biz 1993-cü ildə Kəlbəcəri ermənilərin təcavüzkar hərəkətləri ucbatından məcburi surətdə tərk etmişik. Şükür Allaha, dövlət bizə hər şəraiti təşkil edib. Ancaq bu vaxta qədər torpaq həsrəti, yurd həsrəti bizi rahat buraxmayıb, sızladıb. Artıq biz məcburi köçkün deyilik, tezliklə torpaqlarımıza qayıdacağıq”.
Kəlbəcər sakini Xaləddin Tağıyev də səbirsizliklə tezliklə öz kəndinə qayıdacağı günü gözləyir:
“Kəlbəcərin Başlıbel kəndində anadan olmuşam. Təəssüf ki, uşaqlığımız mənfur düşmənlərimiz işğalçılıq siyasəti nəticəsində məhv olub. Kəlbəcəri hələ 10 yaşımda tərk etmişəm, amma ora bu günə kimi yaddaşımdadır. Şükür ki, başda Ali Baş Komandan olmaqla müzəffər Azərbaycan ordusu torpaqlarımızı yağı düşməndən azad etdi”.
1993-cü ilin aprelində ermənilərin hərbi təcavüzü nəticəsində Kəlbəcəri tərk etməyə məcbur olmuş Səkinə Salahovanın da sevincinin həddi, hüdudu yoxdur:
“O qədər sevincliyik ki...Kəlbəcərdə gözəl günlərimiz çox olub. Mənzərəli yaylaqlarımız, laləli, güllü-çiçəkli bostanlarımız, bağlarımız vardı. Bakıdan, digər şəhər və rayonlardan Kəlbəcərə istirahətə gəlirdilər. Allah Prezidentimizi, ordumuzu qorusun. Şükür ki, illər sonra bu sevinci Allah bizə yaşatdı”.
Xatırladaq ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində 53 min 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 sakin qətlə yetirilib, 321 nəfər isə əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.
Kəlbəcərin 71 000-dən çox əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşıb.
Azərbaycan Ordusunun sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başladığı müharibədəki uğurlu hərbi əməliyyatlar nəticəsində, ölkə Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanatın 6-cı bəndinə əsasən Ermənistan işğal etdiyi Kəlbəcər rayonunu bu gün Azərbaycana qaytarır.
Kateqoriya: Müharibə | Baxışlar: 525
Nov 15, 2020 9:43 AM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Kelbecer sakini Usaqligimiz menfur dusmenlerimiz isgalciliq siyaseti neticesinde mehv olub Bu gun Kelbecerin 27 illik isgalina son qoyulur Bununla da Kelbecerden olan on minlerle mecburi kockunun yurd hesreti yurd nisgili basa catir Kelbecer sakinleri oz yurdlarina donecekleri gunu sebirsizlikle gozleyirler 1993 cu ilin aprelinde Ermenistan silahli quvvelerinin herbi tecavuzu ile uzlesmis dinc sakinler ata baba yurdlarini terk etmeye mecbur olsalar da 27 il sonra Azerbaycan Ordusunun kecirdiyi ugurlu herbi emeliyyatlar ikinci Qarabag muharibesindeki zeferle Ermenistan rehberliyini noyabrin 10 da sulz sazisine mecburen imza atmasi isgalci qosunlarini Kelbecerden cixarmasi onlari yeniden Kelbecere qovusdurdu Report un Qerb Merkezinin cekilis qrupu 27 il sonra oz ata baba yurdlarina donmeye hazirlasan Gence seherinde meskunlasmis kelbecerli ailelerden biri ile hemsohbet olub Aile bascisi Polad Salahov onilliklerdir yurd hesreti ile yasadiqlarini vurgulayib Biz 1993 cu ilde Kelbeceri ermenilerin tecavuzkar hereketleri ucbatindan mecburi suretde terk etmisik Sukur Allaha dovlet bize her seraiti teskil edib Ancaq bu vaxta qeder torpaq hesreti yurd hesreti bizi rahat buraxmayib sizladib Artiq biz mecburi kockun deyilik tezlikle torpaqlarimiza qayidacagiq Kelbecer sakini Xaleddin Tagiyev de sebirsizlikle tezlikle oz kendine qayidacagi gunu gozleyir Kelbecerin Baslibel kendinde anadan olmusam Teessuf ki usaqligimiz menfur dusmenlerimiz isgalciliq siyaseti neticesinde mehv olub Kelbeceri hele 10 yasimda terk etmisem amma ora bu gune kimi yaddasimdadir Sukur ki basda Ali Bas Komandan olmaqla muzeffer Azerbaycan ordusu torpaqlarimizi yagi dusmenden azad etdi 1993 cu ilin aprelinde ermenilerin herbi tecavuzu neticesinde Kelbeceri terk etmeye mecbur olmus Sekine Salahovanin da sevincinin heddi hududu yoxdur O qeder sevincliyik ki Kelbecerde gozel gunlerimiz cox olub Menzereli yaylaqlarimiz laleli gullu cicekli bostanlarimiz baglarimiz vardi Bakidan diger seher ve rayonlardan Kelbecere istirahete gelirdiler Allah Prezidentimizi ordumuzu qorusun Sukur ki iller sonra bu sevinci Allah bize yasatdi Xatirladaq ki Kelbecer rayonu 1993 cu il aprelin 2 de Ermenistan silahli quvveleri terefinden isgal olunub Isgal neticesinde 53 min 340 nefer oz yurdundan didergin dusub 55 herbci 511 sakin qetle yetirilib 321 nefer ise esir goturulub ve itkin dusub minlerle sakin yaralanib Kelbecerin 71 000 den cox ehalisi mecburi kockun kimi Azerbaycanin diger yasayis menteqelerinde meskunlasib Azerbaycan Ordusunun sentyabrin 27 de eks hucum emeliyyati ile basladigi muharibedeki ugurlu herbi emeliyyatlar neticesinde olke Prezidenti Ilham Eliyevin Ermenistanin bas naziri Nikol Pasinyanin ve Rusiya Federasiyasinin Prezidenti Vladimir Putinin noyabrin 10 da imzaladiqlari beyanatin 6 ci bendine esasen Ermenistan isgal etdiyi Kelbecer rayonunu bu gun Azerbaycana qaytarir