Kəlbəcəri tərk edən ermənilərin azərbaycanlılara məxsus evləri yandırması dünya mediasında
Qarabağı tərk edən ermənilər həmin ərazilərdəki evləri yandırırlar.
AZƏRTAC xəbər verir ki, bu barədə Avstraliyanın nüfuzlu “SBS news” portalı məlumat yayıb.
Bildirilir ki, ermənilər 30 ilə yaxın bir müddətdə işğal altında saxladıqları ərazilərdə yerləşən evlərə od vururlar.
Qeyd edilir ki, tərəflər arasında əldə edilən sülh razılaşmasına əsasən ermənilər istirahət günlərinədək həmin əraziləri Azərbaycana təhvil verməlidirlər.
Xüsusən Kəlbəcər rayonunda yerləşən və separatçılar tərəfindən uzun müddət işğal altında saxlanan kəndlərdə yaşamış ermənilərin Ermənistana qaçmazdan əvvəl evlərə və sosial obyektlərə məhz azərbaycanlılara qalmaması üçün od vurduqları vurğulanır.
Bildirilir ki, bu evlərin əksəriyyəti ötən əsrin 90-cı illərində bu ərazilərdən qovulan azərbaycanlılara məxsus olub. Azərbaycan Prezidenti İlham Əliyevin azad edilmiş ərazilərin 99 faizinin, evlərlə yanaşı, xəstəxanaların, məktəblərin, tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığını bildirdiyi və buna görə Ermənistanın kompensasiya ödəyəcəyini vurğuladığı qeyd edilir.
Ermənistan-Azərbaycan münaqişəsinin tarixinə toxunularaq, Ermənistan ordusu ilə Azərbaycan Silahlı Qüvvələri arasında döyüşlərin sentyabrın 27-də qızışdığı və altı həftə davam etdiyi qeyd edilir.
Ermənistan rəsmi mənbələrinin noyabrın 14-də bildirdiyinə görə müharibə zamanı 2317 nəfərin həlak olduğu və bu rəqəmin əvvəlki rəsmi məlumatdan təqribən iki dəfə çox olduğu vurğulanır. Rusiya Prezidenti Vladimir Putinə istinadla isə bu rəqəmin 4 mindən artıq olduğu bildirilir.
Yazıda tərəflər arasında razılaşmadan sonra Ermənistanda baş verən etirazlar, baş nazir Nikol Paşinyanın istefasını tələb edən mitinqlərin keçirilməsi barədə də məlumat verilir. Noyabrın 14-də Ermənistanın keçmiş Milli Təhlükəsizlik naziri Artur Tanesyanın və digərlərinin N.Paşinyana qarşı sui-qəsd hazırlamaq cəhdi ilə əlaqədar həbs olunduğu da bildirilir.
Kateqoriya: Müharibə | Baxışlar: 435
Nov 15, 2020 7:34 AM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Kelbeceri terk eden ermenilerin azerbaycanlilara mexsus evleri yandirmasi dunya mediasinda Qarabagi terk eden ermeniler hemin erazilerdeki evleri yandirirlar AZERTAC xeber verir ki bu barede Avstraliyanin nufuzlu SBS news portali melumat yayib Bildirilir ki ermeniler 30 ile yaxin bir muddetde isgal altinda saxladiqlari erazilerde yerlesen evlere od vururlar Qeyd edilir ki terefler arasinda elde edilen sulh razilasmasina esasen ermeniler istirahet gunlerinedek hemin erazileri Azerbaycana tehvil vermelidirler Xususen Kelbecer rayonunda yerlesen ve separatcilar terefinden uzun muddet isgal altinda saxlanan kendlerde yasamis ermenilerin Ermenistana qacmazdan evvel evlere ve sosial obyektlere mehz azerbaycanlilara qalmamasi ucun od vurduqlari vurgulanir Bildirilir ki bu evlerin ekseriyyeti oten esrin 90 ci illerinde bu erazilerden qovulan azerbaycanlilara mexsus olub Azerbaycan Prezidenti Ilham Eliyevin azad edilmis erazilerin 99 faizinin evlerle yanasi xestexanalarin mekteblerin tarixi abidelerin ermeniler terefinden dagidildigini bildirdiyi ve buna gore Ermenistanin kompensasiya odeyeceyini vurguladigi qeyd edilir Ermenistan Azerbaycan munaqisesinin tarixine toxunularaq Ermenistan ordusu ile Azerbaycan Silahli Quvveleri arasinda doyuslerin sentyabrin 27 de qizisdigi ve alti hefte davam etdiyi qeyd edilir Ermenistan resmi menbelerinin noyabrin 14 de bildirdiyine gore muharibe zamani 2317 neferin helak oldugu ve bu reqemin evvelki resmi melumatdan teqriben iki defe cox oldugu vurgulanir Rusiya Prezidenti Vladimir Putine istinadla ise bu reqemin 4 minden artiq oldugu bildirilir Yazida terefler arasinda razilasmadan sonra Ermenistanda bas veren etirazlar bas nazir Nikol Pasinyanin istefasini teleb eden mitinqlerin kecirilmesi barede de melumat verilir Noyabrin 14 de Ermenistanin kecmis Milli Tehlukesizlik naziri Artur Tanesyanin ve digerlerinin N Pasinyana qarsi sui qesd hazirlamaq cehdi ile elaqedar hebs olundugu da bildirilir