Düşmən hidrotexniki qurğuları tamamilə sıradan çıxarıb
Düşmən torpaqlarımızda olan hidrotexniki qurğuları tamamilə sıradan çıxarıb, talan edib.
Bunu işğaldan azad olunan ərazilərimizdə suvarma sistemlərinin bərpasına həsr edilmiş görüşdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov deyib.
Onun sözlərinə görə, bu baxımdan komissiya üzvlərinin qarşısında çox məsuliyyətli vəzifə durur və tezliklə hidrotexniki qurğuların inventarlaşdırılması həyata keçirilməli, təkliflər hazırlanmalıdır.
Qeyd edilib ki, bu işlərə “Azdövsutəslayihə” İnstitutunun əməkdaşları da cəlb olunublar. Meliratorlar artıq həmin ərazilərdə suvarmanın təşkili ilə bağlı işlərə başlayıblar və bu iş maksimum qısa müddətdə başa çatdırılmalıdır.
Sədr müavini işğaldan azad olunan ərazilərimizdə irriqasiya və meliorasiya sistemlərinə dəymiş zərərin dəqiqləşdirilməsi istiqamətində görüləcək işlərdən danışıb. Diqqətə çatdırıb ki, azad edilən ərazilərdəki su təsərrüfatı və meliorasiya obyektlərinin sayının daha dəqiq müəyyən edilməsi üçün yaradılan komissiya tərəfindən aparılacaq araşdırma nəticəsində istifadəyə yararlı olan su təsərrüfatı və meliorasiya obyektləri müəyyən ediləcək.
Qələbədən sonra həmin obyektlərin işə düşməsi su təminatı çətin olan ərazilərə suyun davamlı verilməsinə, əkin sahələrinin genişləndirilməsinə, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpasına təminat yaranacaq. Bütün bunlar isə son nəticədə ölkədə bol məhsuldarlığın yaranmasına imkan verəcək.
Kateqoriya: Cəmiyyət | Baxışlar: 350
Nov 14, 2020 3:49 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Dusmen hidrotexniki qurgulari tamamile siradan cixarib Dusmen torpaqlarimizda olan hidrotexniki qurgulari tamamile siradan cixarib talan edib Bunu isgaldan azad olunan erazilerimizde suvarma sistemlerinin berpasina hesr edilmis gorusde Azerbaycan Meliorasiya ve Su Teserrufati ASC nin sedr muavini Rafiq Aslanov deyib Onun sozlerine gore bu baximdan komissiya uzvlerinin qarsisinda cox mesuliyyetli vezife durur ve tezlikle hidrotexniki qurgularin inventarlasdirilmasi heyata kecirilmeli teklifler hazirlanmalidir Qeyd edilib ki bu islere Azdovsuteslayihe Institutunun emekdaslari da celb olunublar Meliratorlar artiq hemin erazilerde suvarmanin teskili ile bagli islere baslayiblar ve bu is maksimum qisa muddetde basa catdirilmalidir Sedr muavini isgaldan azad olunan erazilerimizde irriqasiya ve meliorasiya sistemlerine deymis zererin deqiqlesdirilmesi istiqametinde gorulecek islerden danisib Diqqete catdirib ki azad edilen erazilerdeki su teserrufati ve meliorasiya obyektlerinin sayinin daha deqiq mueyyen edilmesi ucun yaradilan komissiya terefinden aparilacaq arasdirma neticesinde istifadeye yararli olan su teserrufati ve meliorasiya obyektleri mueyyen edilecek Qelebeden sonra hemin obyektlerin ise dusmesi su teminati cetin olan erazilere suyun davamli verilmesine ekin sahelerinin genislendirilmesine su qitliginin aradan qaldirilmasina kend teserrufatinda yuksek mehsuldarligin elde edilmesine ve ekoloji tarazligin berpasina teminat yaranacaq Butun bunlar ise son neticede olkede bol mehsuldarligin yaranmasina imkan verecek