XİN: Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə görüş keçirilib
Bu il noyabrın 12-13-də virtual şəkildə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) birgə təşkilatçılığı ilə Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Paktın icrası xüsusunda regional dəyərləndirmə görüşü keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşün məqsədi Qlobal Paktın UNECE regionunda icrasına nəzarəti təmin etməkdən ibarət olub. İki günlük tədbir çərçivəsində Qlobal Paktın icrasında əldə edilmiş tərəqqi nəzərdən keçirilib, müsbət təcrübələr barədə məlumatlar bölüşülüb, icraat üçün maneələr vəonların aradan qaldırılması yolları ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə həmçinin Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Fariz Rzayev çıxış edib. Çıxış zamanı Qlobal Paktın icrasında ölkəmiz tərəfindən əldə edilmiş tərəqqi barədə məlumat verilib. Miqrasiya və miqrantlar üçün ağır nəticələr doğurmuş COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş əhəmiyyətli beynəlxalq təşəbbüslər diqqətə çatdırılıb.
Miqrasiya sahəsində götürülmüş birgə öhdəliklərin icrası üçün bütün ölkələrin həmrəyliyinə ehtiyac olduğuna diqqət çəkilərək, Ermənistanın siyasi məqsədlər naminə qeyri-qanuni miqrasiyanı illər boyu təşviq etməsinin məyusedici olduğuqeyd edilib, bu ölkənin qanunsuz fəaliyyətləri barədə ətraflı məlumat verilib. Çıxışın sonunda Ermənistanın təxribatlarına cavab olaraq görülmüş tədbirlər nəticəsində onun atəşkəsi qəbul etməyə və qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən çıxarmağa məcbur olduğu, bununla da məcburi köçkün soydaşlarımızın öz doğma torpaqlarına qayıtmaları üçün imkan yarandığı diqqətə çatdırılıb.
BMT Baş Assambleyası tərəfindən 2018-ci ilin dekabr ayında dünyanın 152 ölkəsi, o cümlədən Azərbaycanın dəstəyi ilə təsdiq edilmiş Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt hüquqi öhdəlik doğurmayan, beynəlxalq miqrasiyanın bütün aspektlərini hərtərəfli və müfəssəl şəkildə əhatə edən və beynəlxalq miqrasiya problemlərini həll etmək üçün bütün müvafiq tərəflərin (dövlət və qeyri-dövlət aktorların) beynəlxalq tərəfdaşlığı üçün çərçivə təşkil edən mühüm beynəlxalq sənəddir.
Kateqoriya: Siyasət | Baxışlar: 641
Nov 13, 2020 6:52 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . XIN Tehlukesiz nizamli ve qanuni miqrasiya uzre gorus kecirilib Bu il noyabrin 12 13 de virtual sekilde Beynelxalq Miqrasiya Teskilati BMqT ve BMT nin Avropa Iqtisadi Komissiyasinin UNECE birge teskilatciligi ile Tehlukesiz nizamli ve qanuni miqrasiya uzre Qlobal Paktin icrasi xususunda regional deyerlendirme gorusu kecirilib Azerbaycan Xarici Isler Nazirliyinden verilen melumata gore gorusun meqsedi Qlobal Paktin UNECE regionunda icrasina nezareti temin etmekden ibaret olub Iki gunluk tedbir cercivesinde Qlobal Paktin icrasinda elde edilmis tereqqi nezerden kecirilib musbet tecrubeler barede melumatlar bolusulub icraat ucun maneeler veonlarin aradan qaldirilmasi yollari etrafinda fikir mubadilesi aparilib Tedbirde hemcinin Azerbaycan Respublikasi Xarici Isler nazirinin muavini Fariz Rzayev cixis edib Cixis zamani Qlobal Paktin icrasinda olkemiz terefinden elde edilmis tereqqi barede melumat verilib Miqrasiya ve miqrantlar ucun agir neticeler dogurmus COVID 19 infeksiyasinin yayilmasinin qarsisini almaq meqsedile Azerbaycan Respublikasinin Prezidenti Ilham Eliyev terefinden ireli surulmus ehemiyyetli beynelxalq tesebbusler diqqete catdirilib Miqrasiya sahesinde goturulmus birge ohdeliklerin icrasi ucun butun olkelerin hemreyliyine ehtiyac olduguna diqqet cekilerek Ermenistanin siyasi meqsedler namine qeyri qanuni miqrasiyani iller boyu tesviq etmesinin meyusedici olduguqeyd edilib bu olkenin qanunsuz fealiyyetleri barede etrafli melumat verilib Cixisin sonunda Ermenistanin texribatlarina cavab olaraq gorulmus tedbirler neticesinde onun ateskesi qebul etmeye ve qosunlarini isgal etdiyi Azerbaycan erazilerinden cixarmaga mecbur oldugu bununla da mecburi kockun soydaslarimizin oz dogma torpaqlarina qayitmalari ucun imkan yarandigi diqqete catdirilib BMT Bas Assambleyasi terefinden 2018 ci ilin dekabr ayinda dunyanin 152 olkesi o cumleden Azerbaycanin desteyi ile tesdiq edilmis Tehlukesiz nizamli ve qanuni miqrasiya uzre Qlobal Pakt huquqi ohdelik dogurmayan beynelxalq miqrasiyanin butun aspektlerini herterefli ve mufessel sekilde ehate eden ve beynelxalq miqrasiya problemlerini hell etmek ucun butun muvafiq tereflerin dovlet ve qeyri dovlet aktorlarin beynelxalq terefdasligi ucun cercive teskil eden muhum beynelxalq seneddir