Prezident Vladimir Putin Rusiya XİN-ə Dağlıq Qarabağdakı vəziyyətlə bağlı BMT strukturları, Beynəlxalq Qırmızı Xaç Komitəsi, ATƏT və UNESCO-nu məlumatlandırmağa davam etməyi tapşırıb.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Rusiya Prezidenti həmçinin XİN rəhbəri Sergey Lavrova Rusiyanın ATƏT-in Minsk Qrupundakı tərəfdaşlarına və beynəlxalq təşkilatlara Dağlıq Qarabağdakı vəziyyətlə bağlı məlumat verməyi tapşırıb.
Öz növbəsində Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov çıxış edərək bildirib ki, Moskva Dağlıq Qarabağla bağlı əldə edilmiş razılaşmalarla bağlı ABŞ və Fransanı məlumatlandırıb.
“Biz həmkarlarımızı, ilk növbədə bizimlə birlikdə ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ və Fransanı ətraflı məlumatlandırdıq. Mən Fransanın Xarici İşlər naziri ilə danışdım, vəziyyəti və göstərdiyimiz səyləri ətraflı açıqladım. Biz həmçinin amerikalı həmkarlarımızla da danışmışıq. Nyu-Yorkda BMT Təhlükəsizlik Şurası Rusiya tərəfindən göstərilən və noyabrın 9-da razılaşmanın imzalanmasına imkan verən bütün səylər barədə tamamilə məlumatlandırılıb”, - deyə S.Lavrov bildirib .
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin Dağlıq Qarabağda humanitar problemlərin həlli üzrə keçirdiyi iclasda Müdafiə Naziri Sergey Şoyqu, XİN rəhbəri Sergey Lavrov, FTX rəhbəri Aleksandr Bortnikov, FHN rəhbəri Yevgeni Ziniçev iştirak ediblər.
Kateqoriya: Siyasət | Baxışlar: 291
Nov 13, 2020 4:26 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Putin Qarabagla bagli Rusiya XIN e tasiriq verdi Prezident Vladimir Putin Rusiya XIN e Dagliq Qarabagdaki veziyyetle bagli BMT strukturlari Beynelxalq Qirmizi Xac Komitesi ATET ve UNESCO nu melumatlandirmaga davam etmeyi tapsirib Bu barede RIA Novosti melumat yayib Rusiya Prezidenti hemcinin XIN rehberi Sergey Lavrova Rusiyanin ATET in Minsk Qrupundaki terefdaslarina ve beynelxalq teskilatlara Dagliq Qarabagdaki veziyyetle bagli melumat vermeyi tapsirib Oz novbesinde Rusiyanin Xarici Isler naziri Sergey Lavrov cixis ederek bildirib ki Moskva Dagliq Qarabagla bagli elde edilmis razilasmalarla bagli ABS ve Fransani melumatlandirib Biz hemkarlarimizi ilk novbede bizimle birlikde ATET in Minsk Qrupunun hemsedri olan ABS ve Fransani etrafli melumatlandirdiq Men Fransanin Xarici Isler naziri ile danisdim veziyyeti ve gosterdiyimiz seyleri etrafli aciqladim Biz hemcinin amerikali hemkarlarimizla da danismisiq Nyu Yorkda BMT Tehlukesizlik Surasi Rusiya terefinden gosterilen ve noyabrin 9 da razilasmanin imzalanmasina imkan veren butun seyler barede tamamile melumatlandirilib deye S Lavrov bildirib Qeyd edek ki Rusiya Prezidenti Vladimir Putinin Dagliq Qarabagda humanitar problemlerin helli uzre kecirdiyi iclasda Mudafie Naziri Sergey Soyqu XIN rehberi Sergey Lavrov FTX rehberi Aleksandr Bortnikov FHN rehberi Yevgeni Zinicev istirak edibler