Ukraynadan iki cinayətkar Azərbaycana ekstradisiya olundu
Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Ukrayna Respublikasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü Ukraynadan ekstradisiya edilmələri barədə sorğular edilib.
Baş Prokurorluqdan verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cahangirov Vüsal Tahir oğlunun – 18.07.2018-ci il tarixdə Sumqayıt şəhərində aralarında baş vermiş münaqişə zamanı Kərimov Renat Kərəm oğluna qəsdən bıçaqla ağır dərəcəli bədən xəsarəti yetirməsinə; Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Həmidov Namiq Ramiz oğlunun – 2012-2016-cı illər ərzində vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib “AĞ Bank” ASC-nin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla əməlləri ağır nəticələrə səbəb olmasına, tamah niyyəti ilə informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsinə, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talamasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən şəxslər barəsində beynəlxalq axtarış elan olunub.
Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Ukrayna Respublikasının Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Vüsal Cahangirov və Namiq Həmidov Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin vasitəçiliyi və Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya olunublar.
Kateqoriya: Kriminal | Baxışlar: 716
Nov 13, 2020 8:04 AM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv azeri aze azerbaycanli azərbaycanlı azərbaycan azəri azərilərin azerilerin azerbaycanlilarin azərbaycanlıların azeride azəridə. Ukraynadan iki cinayetkar Azerbaycana ekstradisiya olundu Azerbaycan Respublikasi Bas Prokurorlugu terefinden milli qanunvericiliyin ve terefdar cixdigimiz beynelxalq muqavilelerin o cumleden Mulki aile ve cinayet isleri uzre huquqi yardim ve huquqi munasibetler haqqinda Minsk Konvensiyasinin teleblerine esasen Ukrayna Respublikasinin Bas Prokurorlugu ile ikiterefli munasibetler cercivesinde Azerbaycan Respublikasinin erazisinde cinayet toretmis sexslerin cinayet mesuliyyetine celb edilmesinden otru Ukraynadan ekstradisiya edilmeleri barede sorgular edilib Bas Prokurorluqdan verilen melumata gore Sumqayit Seher Polis Idaresinin Istintaq Sobesinde istintaq edilen cinayet isi uzre teqsirlendirilen sexs qisminde celb edilmis Cahangirov Vusal Tahir oglunun 18 07 2018 ci il tarixde Sumqayit seherinde aralarinda bas vermis munaqise zamani Kerimov Renat Kerem ogluna qesden bicaqla agir dereceli beden xesareti yetirmesine Azerbaycan Respublikasinin Bas prokuroru yaninda Korrupsiyaya qarsi Mubarize Bas Idaresinin Istintaq idaresinde istintaq edilen cinayet isi uzre teqsirlendirilen sexs qisminde celb edilmis Hemidov Namiq Ramiz oglunun 2012 2016 ci iller erzinde vezifeli sexs kimi xidmeti vezifelerinin icrasi ile elaqedar ozu ve ucuncu sexsler ucun qanunsuz ustunluk elde etmek meqsedi ile oz qulluq selahiyyetlerinden qulluq menafeyine qesden zidd olaraq istifade edib AG Bank ASC nin huquqlarina ve qanuni menafelerine muhum zerer vurmaqla emelleri agir neticelere sebeb olmasina tamah niyyeti ile informasiya resurslarina bile bile yalan melumatlari daxil ederek vezife saxtakarligi toretmesine oz qulluq movqeyinden istifade etmekle ona etibar edilmis kulli miqdarda ozge emlakini menimseme yolu ile talamasina esasli subheler mueyyen edilib Qeyd edilen sexsler baresinde beynelxalq axtaris elan olunub Axtarisda olan sexslerin yerlerinin mueyyen edilmesi esasi ile Azerbaycan Respublikasinin Bas Prokurorlugunun Ukrayna Respublikasinin Bas Prokurorluguna etdiyi sorgular temin edilmekle Vusal Cahangirov ve Namiq Hemidov Edliyye Nazirliyinin Beynelxalq Emekdasliq Idaresinin vasiteciliyi ve Penitensiar Xidmetinin xususi konvoyunun musayieti ile olkemize ekstradisiya olunublar