Ovannisyan istefa verdi və ya “taktiki olaraq geri çəkildi”
Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan istefa verdiyini açıqlayıb.
Bu barədə A.Ovannisyan “Facebook” hesabında yazıb.
Noyabrın 9-da bu vəzifədən uzaqlaşdığını açıqlayan A.Ovannisyan, bundan sonra elmi fəaliyyət və gənclərin tərbiyəsi ilə məşğul olacağını qeyd edib.
A.Ovannisyan Ermənistan tərəfinin Azərbaycana qarşı apardığı informasiya müharibəsində çoxsaylı saxta informasiyaların mənbəyi kimi ön plana çıxıb. Ermənistan MN rəsmisi sentyabrın 27-dən başlayan döyüşlər zamanı mütəmadi olaraq Ermənistan ordusunun “uğurları”nı erməni xalqına çatdırıb. O, həmçinin Azərbaycan ordusunun cəbhədəki hər irəliləyişindən sonra “taktiki olaraq geri çəkilmə” ifadəsini işlətməsi ilə azərbaycanlı sosial şəbəkə istifadəçilərinin gülüş obyektinə çevrilib.
Hər çıxışında işğalçı ordunun mövqelərini gücləndirdiyini bildirən A.Ovannisyan həmçinin əvvəlcə Hadrut, daha sonra isə Şuşa şəhərinin azad edilməsini uzun müddət təkzib edib. Ermənistan MN-in sözçüsünün noyabrın 9-da vəzifədən uzaqlaşdığını açıqlaması da təsadüfi deyil. Görünür, A.Ovannisyan artıq erməni xalqına deyəcək yalanının qalmadığına əmin olub və ya yeni yalanlar uydurmaqda çətinlik çəkib.
Azərbaycanda gülüş obyektinə çevrilən, erməni ictimaiyyətində isə verdiyi saxta xəbərlərin üzə çıxması ilə qəzəb doğurmuş A.Ovannisyanın erməni gəncliyini hansı xüsusiyyətləri ilə tərbiyə edəcəyi də sual doğurur.
Kateqoriya: Dünya | Baxışlar: 330
Nov 12, 2020 4:57 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Ovannisyan istefa verdi ve ya taktiki olaraq geri cekildi Ermenistan Mudafie Nazirliyinin resmi numayendesi Artsrun Ovannisyan istefa verdiyini aciqlayib Bu barede A Ovannisyan Facebook hesabinda yazib Noyabrin 9 da bu vezifeden uzaqlasdigini aciqlayan A Ovannisyan bundan sonra elmi fealiyyet ve genclerin terbiyesi ile mesgul olacagini qeyd edib A Ovannisyan Ermenistan terefinin Azerbaycana qarsi apardigi informasiya muharibesinde coxsayli saxta informasiyalarin menbeyi kimi on plana cixib Ermenistan MN resmisi sentyabrin 27 den baslayan doyusler zamani mutemadi olaraq Ermenistan ordusunun ugurlari ni ermeni xalqina catdirib O hemcinin Azerbaycan ordusunun cebhedeki her irelileyisinden sonra taktiki olaraq geri cekilme ifadesini isletmesi ile azerbaycanli sosial sebeke istifadecilerinin gulus obyektine cevrilib Her cixisinda isgalci ordunun movqelerini guclendirdiyini bildiren A Ovannisyan hemcinin evvelce Hadrut daha sonra ise Susa seherinin azad edilmesini uzun muddet tekzib edib Ermenistan MN in sozcusunun noyabrin 9 da vezifeden uzaqlasdigini aciqlamasi da tesadufi deyil Gorunur A Ovannisyan artiq ermeni xalqina deyecek yalaninin qalmadigina emin olub ve ya yeni yalanlar uydurmaqda cetinlik cekib Azerbaycanda gulus obyektine cevrilen ermeni ictimaiyyetinde ise verdiyi saxta xeberlerin uze cixmasi ile qezeb dogurmus A Ovannisyanin ermeni gencliyini hansi xususiyyetleri ile terbiye edeceyi de sual dogurur