Azərbaycan ərazisində xristian dini mirasının qorunmasını daim diqqətdə saxlayacaq
Multikultural və çoxkonfessiyalı ölkə olan Azərbaycanda bütün xalqlar və dinlərin nümayəndələri əsrlərdir dinc, yanaşı yaşayır, qurub-yaradırlar. Ölkəmizdə olan çoxsaylı xristian icması cəmiyyətimizin ayrılmaz, fəal hissəsidir və onların abidələri, ibadət yerləri, kilsələr Azərbaycan dövləti tərəfindən tam mühafizə edilir, mütəmadi olaraq bərpa edilir. Təsadüfi deyil ki, Roma Papası Fransisk 2016-ci ilin oktyabr ayında Azərbaycana səfəri zamanı Azərbaycanı dini tolerantlıq üzrə dünyada model ölkə kimi qiymətləndirib.
Bu barədə Azərbaycanın Mədəniyyət Nazirliyinin açıqlamasında bildirilib.
Qeyd edilib ki, maddi-mədəni irsə dəyər verilməsi, tarixi-dini abidələrimizin, o cümlədən kilsə, sinaqoqların bərpası və yenidən qurulması Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətin tərkib hissəsidir.
Qeyd edilib ki, son 20 ildə Rus Pravoslav Baş Kafedral Kilsəsi (“Jen Mironosits” pravoslav kafedral kilsəsi), “Xilaskar” Yevangelik-lüteran kilsəsi, Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsi dövlət tərəfindən təmir edilib, Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzi inşa edilib.
Belə ki, Qəbələdəki Çotari alban-udi və Bakıdakı Pravoslav kilsələrinin təmiri, Bakıdakı Müqəddəs Məryəm kilsəsi inşası Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində reallaşdırılıb. 2020-ci ildə layihə çərçivəsində Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilib. Bakı şəhərinin mərkəzində Azərbaycan dövləti tərəfindən Erməni Kilsəsi bərpa edilmiş və insanların sərbəst istifadəsinə verilib.
Azərbaycan təkcə ölkə daxilində deyil dünya miqyasında xristian irsinin qorunmasına töhfələr vermişdir. Ölkəmizin dəstəyilə Vatikanda yerləşən Müqəddəs Sebastian katakombaları, Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında imzalanmış “Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş” çərçivəsində Roma şəhərində Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Rusiyada xristianlığın qəbul edilməsinin 1025 illiyinə və Həştərxanın təməlinin qoyulmasının 455 illiyinə həsr edilən Müqəddəs Vladimir kilsəsinin qarşısındakı meydanda Knyaz Vladimirin abidəsinin ucaldılması bu faktların sırasındadır.
Bununla yanaşı Fransanın Orn departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım edilib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bildirir ki, işğaldan azad edilmiş ərazilərdəki müsəlman abidələri ilə yanaşı, xristian mirası da mənşəyindən asılı olmayaraq yüksək səviyyədə qorunacaq, bərpa ediləcək və istifadəyə veriləcəkdir.
Kateqoriya: Mədəniyyət | Baxışlar: 1074
Nov 12, 2020 2:31 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv azeri aze azerbaycanli azərbaycanlı azərbaycan azəri azərilərin azerilerin azerbaycanlilarin azərbaycanlıların azeride azəridə. Azerbaycan erazisinde xristian dini mirasinin qorunmasini daim diqqetde saxlayacaq Multikultural ve coxkonfessiyali olke olan Azerbaycanda butun xalqlar ve dinlerin numayendeleri esrlerdir dinc yanasi yasayir qurub yaradirlar Olkemizde olan coxsayli xristian icmasi cemiyyetimizin ayrilmaz feal hissesidir ve onlarin abideleri ibadet yerleri kilseler Azerbaycan dovleti terefinden tam muhafize edilir mutemadi olaraq berpa edilir Tesadufi deyil ki Roma Papasi Fransisk 2016 ci ilin oktyabr ayinda Azerbaycana seferi zamani Azerbaycani dini tolerantliq uzre dunyada model olke kimi qiymetlendirib Bu barede Azerbaycanin Medeniyyet Nazirliyinin aciqlamasinda bildirilib Qeyd edilib ki maddi medeni irse deyer verilmesi tarixi dini abidelerimizin o cumleden kilse sinaqoqlarin berpasi ve yeniden qurulmasi Azerbaycan dovletinin bu sahede heyata kecirdiyi siyasetin terkib hissesidir Qeyd edilib ki son 20 ilde Rus Pravoslav Bas Kafedral Kilsesi Jen Mironosits pravoslav kafedral kilsesi Xilaskar Yevangelik luteran kilsesi Gencedeki Aleksandr Nevski Rus Pravoslav Kilsesi dovlet terefinden temir edilib Baki ve Azerbaycan Yeparxiyasinin Pravoslav Dini Medeniyyet Merkezi insa edilib Bele ki Qebeledeki Cotari alban udi ve Bakidaki Pravoslav kilselerinin temiri Bakidaki Muqeddes Meryem kilsesi insasi Heyder Eliyev Fondunun Tolerantligin unvani Azerbaycan layihesi cercivesinde reallasdirilib 2020 ci ilde layihe cercivesinde Qebelenin Nic qesebesindeki Muqeddes Meryem Ana Alban kilsesi Heyder Eliyev Fondu terefinden esasli sekilde berpa edilib Baki seherinin merkezinde Azerbaycan dovleti terefinden Ermeni Kilsesi berpa edilmis ve insanlarin serbest istifadesine verilib Azerbaycan tekce olke daxilinde deyil dunya miqyasinda xristian irsinin qorunmasina tohfeler vermisdir Olkemizin desteyile Vatikanda yerlesen Muqeddes Sebastian katakombalari Heyder Eliyev Fondu ile Muqeddes Taxt Tac arasinda imzalanmis Roma katakombalarinin berpasina dair ikiterefli Sazis cercivesinde Roma seherinde Muqeddes Marcellinio ve Pietro katakombalarinin berpasi Azerbaycan Respublikasinin Prezidenti Ilham Eliyevin tesebbusu ve Heyder Eliyev Fondunun desteyi ile Rusiyada xristianligin qebul edilmesinin 1025 illiyine ve Hesterxanin temelinin qoyulmasinin 455 illiyine hesr edilen Muqeddes Vladimir kilsesinin qarsisindaki meydanda Knyaz Vladimirin abidesinin ucaldilmasi bu faktlarin sirasindadir Bununla yanasi Fransanin Orn departamentinin Santiyi Fresnay o Sovaj San Iler la Jerar Tanvil Kurjust Revoyon ve Mal yasayis qesebelerinde X XII esrlere aid 7 kilsenin berpasina yardim edilib Azerbaycan Respublikasinin Medeniyyet Nazirliyi bildirir ki isgaldan azad edilmis erazilerdeki muselman abideleri ile yanasi xristian mirasi da menseyinden asili olmayaraq yuksek seviyyede qorunacaq berpa edilecek ve istifadeye verilecekdir