KBR və SOCAR “Azəri-Mərkəzi-Şərqi” layihəsinin mühəndis dizayn mərhələsini yekunlaşdırır
Amerikanın “Kellogg Brown & Root Services” (KBR) kampaniyası SOCAR-la birgə icra etdiyi “Azəri-Mərkəzi-Şərqi” platformasının bütün fazalar üzrə mühəndis dizayn mərhələsinin başa çatmaq üzrə olduğunu açıqlayıb.
www.NiNa.Az-ın KBR-in rəsmi saytından əldə etdiyi məlumata əsasən, bu, bütün fazaları KBR-in “Digital Twin” texnologiyalarından istifadə edilməklə detallı şəkildə diyazn edilmiş ilk platformadır. Bu texnologiyanın üstünlüyü ondan ibarətdir ki, platformada həyata keçirilən istehsalat və istismar prosesi bütün müştərilər tərəfindən izlənilə biləcək.
“SOCAR-KBR” üçün təsis edilən rəqəmsal platforma əsasında müştərilər və tərəfdaşlar dünyanın hər yerindən layihənin bütün icra mərhələləri ilə bağlı məlumatları əldə etmək imkanı qazanacaq.
Xəzər bölgəsindəki enerji layihələrinin rəqəmsallaşdırılması yolunda liderlik etməkdən qürur duyduqlarını bildirən SOCAR-ın Yataqların işlənməsi üzrə vitse-prezident və “SOCAR-KBR”in sədri Yaşar Lətifov əlavə edib ki, bu layihə müasirləşmə və transformasiya təşəbbüslərində əhəmiyyətli bir addımdır.
Layihə “SOCAR-KBR” tərəfindən Bakıda yerli mühəndislər və Londondakı KBR-in data mühəndisləri qrupu tərəfindən birgə həyata keçirilib.
Xatırladaq ki, 6 milyard dollarlıq “Azəri-Mərkəzi-Şərq” layihəsinə yeni dəniz platforması və gündəlik 100 min barrel neft hasilatını təmin edəcək qurğular daxildir. Platformanın istismar müddəti ərzində 300 milyon barrel neftin hasil oluması proqnozlaşdırılır. İlk hasilatın başlaması 2023-cü ildə gözlənilir.
Bu, 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənilməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin 2049-cu ilə qədər uzadılmasından sonra ilk böyük investisiya qərarıdır.
Layihə üzrə tikinti işlərinə 2019-cu ilin iyulunda başlanılıb və 2022-ci ilin ortalarına qədər davam edəcək tikinti prosesində yerli işçi resurslarından istifadə olunacaq.
“Azəri-Mərkəzi-Şərqi” layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Platformadan əldə olunacaq neft və qaz məhsulunun Azəri-Çıraq-Günəşli-2 ixrac kəmərinə ötürülməsi məqsədi ilə yeni yataqdaxili sualtı boru kəmərləri də inşa ediləcək.
Qeyd edək ki, “SOCAR-KBR” MMC SOCAR və KBR-in birgə müəssisəsidir. SOCAR şirkət üzrə 51 faiz paya, KBR isə 49 faiz paya sahibdir.
Nigar Məmmədova
Kateqoriya: İqtisadiyyat | Baxışlar: 287
Nov 12, 2020 9:54 AM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv azeri aze azerbaycanli azərbaycanlı azərbaycan azəri azərilərin azerilerin azerbaycanlilarin azərbaycanlıların azeride azəridə. KBR ve SOCAR Azeri Merkezi Serqi layihesinin muhendis dizayn merhelesini yekunlasdirir Amerikanin Kellogg Brown amp Root Services KBR kampaniyasi SOCAR la birge icra etdiyi Azeri Merkezi Serqi platformasinin butun fazalar uzre muhendis dizayn merhelesinin basa catmaq uzre oldugunu aciqlayib b s b in KBR in resmi saytindan elde etdiyi melumata esasen bu butun fazalari KBR in Digital Twin texnologiyalarindan istifade edilmekle detalli sekilde diyazn edilmis ilk platformadir Bu texnologiyanin ustunluyu ondan ibaretdir ki platformada heyata kecirilen istehsalat ve istismar prosesi butun musteriler terefinden izlenile bilecek SOCAR KBR ucun tesis edilen reqemsal platforma esasinda musteriler ve terefdaslar dunyanin her yerinden layihenin butun icra merheleleri ile bagli melumatlari elde etmek imkani qazanacaq Xezer bolgesindeki enerji layihelerinin reqemsallasdirilmasi yolunda liderlik etmekden qurur duyduqlarini bildiren SOCAR in Yataqlarin islenmesi uzre vitse prezident ve SOCAR KBR in sedri Yasar Letifov elave edib ki bu layihe muasirlesme ve transformasiya tesebbuslerinde ehemiyyetli bir addimdir Layihe SOCAR KBR terefinden Bakida yerli muhendisler ve Londondaki KBR in data muhendisleri qrupu terefinden birge heyata kecirilib Xatirladaq ki 6 milyard dollarliq Azeri Merkezi Serq layihesine yeni deniz platformasi ve gundelik 100 min barrel neft hasilatini temin edecek qurgular daxildir Platformanin istismar muddeti erzinde 300 milyon barrel neftin hasil olumasi proqnozlasdirilir Ilk hasilatin baslamasi 2023 cu ilde gozlenilir Bu 2017 ci ilde Azeri Ciraq Gunesli yataqlarinin islenilmesi uzre Hasilatin Pay Bolgusu sazisinin 2049 cu ile qeder uzadilmasindan sonra ilk boyuk investisiya qeraridir Layihe uzre tikinti islerine 2019 cu ilin iyulunda baslanilib ve 2022 ci ilin ortalarina qeder davam edecek tikinti prosesinde yerli isci resurslarindan istifade olunacaq Azeri Merkezi Serqi layihesi cercivesinde denizin texminen 140 metr derinliyinde movcud Merkezi Azeri ve Serqi Azeri platformalarinin arasinda yeni 48 saxtali hasilat qazma ve yasayis platformasi qurasdirilacaq Platformadan elde olunacaq neft ve qaz mehsulunun Azeri Ciraq Gunesli 2 ixrac kemerine oturulmesi meqsedi ile yeni yataqdaxili sualti boru kemerleri de insa edilecek Qeyd edek ki SOCAR KBR MMC SOCAR ve KBR in birge muessisesidir SOCAR sirket uzre 51 faiz paya KBR ise 49 faiz paya sahibdir b Nigar Memmedova b