Baş Prokuror BMT-nin İnsan Hüquqları üzrə Ali komissarına məktub ünvanlayıb
Baş Prokuror Kamran Əliyev BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Mişel Baçeletə rəsmi məktub ünvanlayıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, K.Əliyev Ermənistan təcavüzü nəticəsində Azərbaycan ərazisində insan hüquqları və beynəlxalq humanitar hüququn normalarının kobud şəkildə pozulması, həmçinin, Bərdə rayonunun mülki əhali üçün istifadəsi beynəlxalq hüquqla qadağan edilmiş “claster” bombaları ilə atəşə tutulması nəticəsində xeyli sayda insanların həlak olması və yaralanması faktlarına 02.11.2020-ci il tarixli bəyanatında diqqət yetirdiyinə görə təşəkkürünü bildirib.
Bununla yanaşı, diqqətə çatdırılıb ki, Ermənistan silahlı qüvvələri tərəfindən yarım milyon əhalisi olan, münaqişə zonasından 100 km-dən artıq məsafədə yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncənin 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində Ermənistan ərazisindən ballistik raket atəşinə məruz qalması nəticəsində altısı uşaq, 10-u qadın olmaqla 26 mülki şəxs həlak olub, 32-i uşaq, 57-si qadın olmaqla 142 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Həmçinin, qeyd edilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın strateji obyektləri olan Mingəçevir Su və İstilik Elektrik Stansiyaları, Bakı-Tbilisi-Ceyhan və Bakı-Novorossiysk neft kəmərləri, Oğuz-Qəbələ-Bakı su kəməri hədəfə alınmaqla müxtəlif tarixlərdə raket atəşlərinə məruz qalıb.
Eyni zamanda, bəyanatda qeyd edilən iki erməni hərbçisinin guya Azərbaycan hərbi qulluqçuları tərəfindən qeyri-insani rəftara məruz qalmaqla öldürülməsi barədə yayılmış videomateriallar əsasında Baş Prokurorluqda araşdırmanın aparılması və həmin videoların saxta olmasının müəyyən edilməsi barədə də məlumat verilib.
Göstərilən hadisələr bəyanatda yer almadığı üçün narahatlığını ifadə edən Baş Prokuror, gələcək bəyanat və hesabatlarda Gəncə şəhərində mülki əhalimizə qarşı törədilmiş cinayət faktlarının və digər zəruri məlumatların qeyd edilməsini xahiş etməklə bununla bağlı ətraflı materialları təqdim edib.
Kateqoriya: Müharibə | Baxışlar: 355
Nov 3, 2020 11:49 AM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Bas Prokuror BMT nin Insan Huquqlari uzre Ali komissarina mektub unvanlayib Bas Prokuror Kamran Eliyev BMT nin Insan Huquqlari uzre Ali komissari Misel Bacelete resmi mektub unvanlayib Bas Prokurorlugun Metbuat Xidmetinden verilen melumata gore K Eliyev Ermenistan tecavuzu neticesinde Azerbaycan erazisinde insan huquqlari ve beynelxalq humanitar huququn normalarinin kobud sekilde pozulmasi hemcinin Berde rayonunun mulki ehali ucun istifadesi beynelxalq huquqla qadagan edilmis claster bombalari ile atese tutulmasi neticesinde xeyli sayda insanlarin helak olmasi ve yaralanmasi faktlarina 02 11 2020 ci il tarixli beyanatinda diqqet yetirdiyine gore tesekkurunu bildirib Bununla yanasi diqqete catdirilib ki Ermenistan silahli quvveleri terefinden yarim milyon ehalisi olan munaqise zonasindan 100 km den artiq mesafede yerlesen Azerbaycanin ikinci boyuk seheri Gencenin 4 5 8 11 ve 17 oktyabr tarixlerinde Ermenistan erazisinden ballistik raket atesine meruz qalmasi neticesinde altisi usaq 10 u qadin olmaqla 26 mulki sexs helak olub 32 i usaq 57 si qadin olmaqla 142 nefer muxtelif dereceli beden xesaretleri alib Hemcinin qeyd edilib ki Ermenistan silahli quvveleri terefinden Azerbaycanin strateji obyektleri olan Mingecevir Su ve Istilik Elektrik Stansiyalari Baki Tbilisi Ceyhan ve Baki Novorossiysk neft kemerleri Oguz Qebele Baki su kemeri hedefe alinmaqla muxtelif tarixlerde raket ateslerine meruz qalib Eyni zamanda beyanatda qeyd edilen iki ermeni herbcisinin guya Azerbaycan herbi qulluqculari terefinden qeyri insani reftara meruz qalmaqla oldurulmesi barede yayilmis videomateriallar esasinda Bas Prokurorluqda arasdirmanin aparilmasi ve hemin videolarin saxta olmasinin mueyyen edilmesi barede de melumat verilib Gosterilen hadiseler beyanatda yer almadigi ucun narahatligini ifade eden Bas Prokuror gelecek beyanat ve hesabatlarda Gence seherinde mulki ehalimize qarsi toredilmis cinayet faktlarinin ve diger zeruri melumatlarin qeyd edilmesini xahis etmekle bununla bagli etrafli materiallari teqdim edib