Anar Kərimov: “Düşmənin vandalizmi İslamın təhqiridir”
“İşğal olunan ərazilərdə mədəni abidələrimiz qarət edilib, məhv edilib”.
www.NiNa.Az-ın müxbirinin məlumatına görə, bunu Mədəniyyət Nazirinin birinci müavini Anar Kərimov ADA Universitetində keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, işğal olunan ərazilərdə ermənilər tərəfindən 927 kitabxana və içində 4,6 milyon kitab məhv edilib:
“Həmçinin, 808 mədəniyyət mərkəzi, 25 musiqi məktəbi, muzeylər məhv edilib. Dörd teatr, dörd qalareya, dörd konsert zalı, səkkiz mədəniyyət və əyləncə parkları qarət edilib. Bunların qiyməti yoxdur. Eyni zamanda, bu abidələrinin mənşəyinin və təyinatının dəyişdirilməsinə dair faktlar var”.
O qeyd edib ki, ermənilər yalnız Azərbaycanın mədəni irsinə zərər vurmayıblar:
“Azərbaycanlılar adət-ənənələrindən istifadə hüququndan da məhrumdurlar. Bildiyiniz kimi, ermənilərin münaqişə zonasından kənarda yerləşən Gəncəyə hücumu nəticəsində xeyli insan ölüb, yaralanıb. Həmçinin, XVII əsrə aid olan gimnaziya dağıdılıb, İmamzadə zərər görüb”.
Məscidlərdə mal-qaraların saxlanılması beynəlxalq hüququn pozulması ilə yanaşı, İslam dünyasına təhqirdir:
“Ümid edirik ki, bu vandalizm aktı lazımınca pislənəcək. İşğaldan azad edilən yerlərdə olan abidələrlə bağlı “Biz bərpa edəcəyik” adlı layihə həyata keçiriləcək”.
Onun sözlərinə görə, beynəlxalq təşkilatların üzərlərinə düşən missiyanı yerinə yetirəcəklərinə ümid edirlər:
“Onlar Ermənistanın işğal altında olan mədəni və tarixi adbidələrimizi nişan olaraq seçib vurmasını dayandırmağa çalışacaqlar. Bu məlumatı beynəlxalq ictimaiyyətin gündəliyinə gətirdik. Bu insanlıq əleyhinə olan terror aktıdır”, - deyə A.Kərimov əlavə edib.
İlhamə Əbülfət
Kateqoriya: Mədəniyyət | Baxışlar: 412
Oct 28, 2020 12:21 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Anar Kerimov Dusmenin vandalizmi Islamin tehqiridir Isgal olunan erazilerde medeni abidelerimiz qaret edilib mehv edilib b s b in muxbirinin melumatina gore bunu Medeniyyet Nazirinin birinci muavini Anar Kerimov ADA Universitetinde kecirilen tedbirde cixisi zamani bildirib Onun sozlerine gore isgal olunan erazilerde ermeniler terefinden 927 kitabxana ve icinde 4 6 milyon kitab mehv edilib Hemcinin 808 medeniyyet merkezi 25 musiqi mektebi muzeyler mehv edilib Dord teatr dord qalareya dord konsert zali sekkiz medeniyyet ve eylence parklari qaret edilib Bunlarin qiymeti yoxdur Eyni zamanda bu abidelerinin menseyinin ve teyinatinin deyisdirilmesine dair faktlar var O qeyd edib ki ermeniler yalniz Azerbaycanin medeni irsine zerer vurmayiblar Azerbaycanlilar adet enenelerinden istifade huququndan da mehrumdurlar Bildiyiniz kimi ermenilerin munaqise zonasindan kenarda yerlesen Genceye hucumu neticesinde xeyli insan olub yaralanib Hemcinin XVII esre aid olan gimnaziya dagidilib Imamzade zerer gorub Mescidlerde mal qaralarin saxlanilmasi beynelxalq huququn pozulmasi ile yanasi Islam dunyasina tehqirdir Umid edirik ki bu vandalizm akti laziminca pislenecek Isgaldan azad edilen yerlerde olan abidelerle bagli Biz berpa edeceyik adli layihe heyata kecirilecek Onun sozlerine gore beynelxalq teskilatlarin uzerlerine dusen missiyani yerine yetireceklerine umid edirler Onlar Ermenistanin isgal altinda olan medeni ve tarixi adbidelerimizi nisan olaraq secib vurmasini dayandirmaga calisacaqlar Bu melumati beynelxalq ictimaiyyetin gundeliyine getirdik Bu insanliq eleyhine olan terror aktidir deye A Kerimov elave edib b Ilhame Ebulfet b