Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik (TADİV) Dərnəyinin sədri, professor Aygün Attarı və “Star” qəzetinin köşə yazarı Sevil Nuriyevanı Qarabağ məsələsi ilə bağlı qəbul edib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
İstanbuldakı Vahdettin köşkündə qəbuldan sonra professor Aygün Attar bildirib ki, səmimi atmosfer mühitində keçən görüş zamanı Türkiyə Prezidenti ölkəsinin Azərbaycana mənəvi dəstək göstərilməsi məsələsində qətiyyətli olduğunu və güclü həmrəyliyini bir daha təsdiqləyib.
TADİV sədri 1918-ci ildə Osmanlı dövlətinin ən çətin zamanlarında Qafqaz İslam Ordusunun Bakını işğaldan qurtarması üçün göstərdiyi dəstəyin Azərbaycan xalqı tərəfindən heç bir vaxt unudulmayacağına və indi də həmin ruhun mövcud olduğuna tam əminliyini ifadə edib.
Sevil Nuriyeva qeyd edib ki, Türkiyənin Azərbaycana dəstəyi savaş içində olan ölkəmizdəki psixoloji duruma müsbət təsir edir.
Jurnalist xüsusilə Türkiyə rəhbərinin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə iki ölkənin media platformasının ortaq fəaliyyəti barədə aldıqları güclü qərara diqqəti cəlb edib.
Azərbaycanın haqq davasına qarşı Qərb dünyasında tətbiq olunan media embarqosunun Türkiyə sayəsində ortadan qalxdığı vurğulanıb.
Görüşdə Prezidentin sözçüsü İbrahim Kalın və İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun iştirak ediblər.
Kateqoriya: Müharibə | Baxışlar: 152
Oct 23, 2020 7:15 AM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv azeri aze azerbaycanli azərbaycanlı azərbaycan azəri azərilərin azerilerin azerbaycanlilarin azərbaycanlıların azeride azəridə. Erdogan azerbaycanli xanimlari qebul etdi Turkiye Prezidenti Receb Tayyib Erdogan Turkiye Azerbaycan Dostluq Emekdasliq ve Hemreylik TADIV Derneyinin sedri professor Aygun Attari ve Star qezetinin kose yazari Sevil Nuriyevani Qarabag meselesi ile bagli qebul edib Bu barede Diasporla Is uzre Dovlet Komitesi melumat yayib Istanbuldaki Vahdettin koskunde qebuldan sonra professor Aygun Attar bildirib ki semimi atmosfer muhitinde kecen gorus zamani Turkiye Prezidenti olkesinin Azerbaycana menevi destek gosterilmesi meselesinde qetiyyetli oldugunu ve guclu hemreyliyini bir daha tesdiqleyib TADIV sedri 1918 ci ilde Osmanli dovletinin en cetin zamanlarinda Qafqaz Islam Ordusunun Bakini isgaldan qurtarmasi ucun gosterdiyi desteyin Azerbaycan xalqi terefinden hec bir vaxt unudulmayacagina ve indi de hemin ruhun movcud olduguna tam eminliyini ifade edib Sevil Nuriyeva qeyd edib ki Turkiyenin Azerbaycana desteyi savas icinde olan olkemizdeki psixoloji duruma musbet tesir edir Jurnalist xususile Turkiye rehberinin Azerbaycan Prezidenti Ilham Eliyevle birlikde iki olkenin media platformasinin ortaq fealiyyeti barede aldiqlari guclu qerara diqqeti celb edib Azerbaycanin haqq davasina qarsi Qerb dunyasinda tetbiq olunan media embarqosunun Turkiye sayesinde ortadan qalxdigi vurgulanib Gorusde Prezidentin sozcusu Ibrahim Kalin ve Ictimaiyyetle elaqeler idaresinin rehberi Fexreddin Altun istirak edibler