Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini – icra katibi Əli Əhmədov Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini, “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedyevə məktub ünvanlayıb.
Bu barədə YAP-ın mətbuat xidmətindən məlumat verilib.
“Bu günlərdə Rusiya Federasiyasının Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan üzvü Vitali Milonovun Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfəri Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurub, onun adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilib.
Bu qanunsuz səfər Ermənistanın Azərbaycana qarşı təcavüzünə və işğal olunmuş ərazilərdə yaradılmış qondarma rejimə dəstəyin ifadəsi olub, Azərbaycan ilə Rusiya arasındakı hərtərəfli dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna ziddir”, - deyə məktubda bildirilib.
Əli Əhmədovun məktubunda Milonovun “Vahid Rusiya” partiyasının üzvü olması vurğulanaraq qeyd edilir ki, onun bu addımı indiyədək ikitərəfli qaydada və beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edən Yeni Azərbaycan Partiyası tərəfindən xüsusi təəssüf hissi ilə qarşılanır.
“Dövlət Dumasının üzvünün belə bir məsuliyyətsiz addımı ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirən Rusiya Federasiyasının illər ərzində apardığı fəaliyyətlə ziddiyyət təşkil edir.
Sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatının nəticəsində başlayan döyüşlərin getdiyi bir vaxtda işğalçıya rəğbət ifadə edən səfərdə iştirak etmək Rusiya Federasiyasının Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyən rəsmi mövqeyinə qarşı çıxmaq deməkdir.
Gələcəkdə Rusiyanın rəsmi şəxsləri tərəfindən bu cür qanunsuz və təxribatçı fəaliyyətlərin qarşısının alınması üçün müvafiq tədbirlərin görüləcəyinə ümid edirik”, - deyə məktubda qeyd olunub.
Kateqoriya: Siyasət | Baxışlar: 251
Oct 23, 2020 7:01 AM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv azeri aze azerbaycanli azərbaycanlı azərbaycan azəri azərilərin azerilerin azerbaycanlilarin azərbaycanlıların azeride azəridə. Eli Ehmedov Dmitri Medvedyeve mektub unvanlayib Bas nazirinin muavini Yeni Azerbaycan Partiyasi sedrinin muavini icra katibi Eli Ehmedov Rusiya Federasiyasi Tehlukesizlik Surasinin sedr muavini Vahid Rusiya partiyasinin sedri Dmitri Medvedyeve mektub unvanlayib Bu barede YAP in metbuat xidmetinden melumat verilib Bu gunlerde Rusiya Federasiyasinin Dovlet Dumasinin Vahid Rusiya partiyasindan olan uzvu Vitali Milonovun Azerbaycan Respublikasinin isgal olunmus Dagliq Qarabag bolgesine qeyri qanuni seferi Azerbaycan ictimaiyyetinde ciddi naraziliq dogurub onun adi Azerbaycana girisi qadagan olunan xarici vetendaslar siyahisina elave edilib Bu qanunsuz sefer Ermenistanin Azerbaycana qarsi tecavuzune ve isgal olunmus erazilerde yaradilmis qondarma rejime desteyin ifadesi olub Azerbaycan ile Rusiya arasindaki herterefli dostluq ve terefdasliq munasibetlerinin ruhuna ziddir deye mektubda bildirilib Eli Ehmedovun mektubunda Milonovun Vahid Rusiya partiyasinin uzvu olmasi vurgulanaraq qeyd edilir ki onun bu addimi indiyedek ikiterefli qaydada ve beynelxalq teskilatlar cercivesinde six emekdasliq eden Yeni Azerbaycan Partiyasi terefinden xususi teessuf hissi ile qarsilanir Dovlet Dumasinin uzvunun bele bir mesuliyyetsiz addimi ATET in Minsk Qrupunun hemsedr olkesi olaraq Ermenistan Azerbaycan Dagliq Qarabag munaqisesinin nizamlanmasinda vasitecilik missiyasini yerine yetiren Rusiya Federasiyasinin iller erzinde apardigi fealiyyetle ziddiyyet teskil edir Sentyabrin 27 den etibaren Ermenistanin Azerbaycana qarsi novbeti herbi texribatinin neticesinde baslayan doyuslerin getdiyi bir vaxtda isgalciya regbet ifade eden seferde istirak etmek Rusiya Federasiyasinin Azerbaycan Respublikasinin erazi butovluyunu destekleyen resmi movqeyine qarsi cixmaq demekdir Gelecekde Rusiyanin resmi sexsleri terefinden bu cur qanunsuz ve texribatci fealiyyetlerin qarsisinin alinmasi ucun muvafiq tedbirlerin goruleceyine umid edirik deye mektubda qeyd olunub