Azərbaycanın meşə ilə örtülü sahələrinin 25 faizi işğal altında olan ərazilərdə yerləşir - AÇIQLAMA
Təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə həyata keçirilən kortəbii istismar nəticəsində bölgənin təbii sərvətlərinə, ətraf mühitinə, biomüxtəlifliyinə külli miqdarda zərər dəyib, qiymətli ağac və kol növləri ilə zəngin meşələrimiz məqsədli şəkildə məhv edilib.
Bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.
O qeyd edib ki, landşaft müxtəlifliyi baxımından əlverişli olan bu ərazilərdə işğala qədər 2000-dən çox ali bitki növü mövcud olub ki, bu da Azərbaycan florasının 42 faizini təşkil edir.
Bildirilib ki, bölgədəki 50-yə yaxın fauna, 70-dən çox flora növü dünyanın, eyni zamanda Azərbaycan Respublikasının Qırmızı Kitablarına salınıb. Təəssüf ki, həmin növlərin hazırkı vəziyyəti barədə əlimizdə heç bir dəqiq məlumat yoxdur:
“Ərazidə rast gəlinən bitki növlərindən 20-si Azərbaycan areallı endem bitkilərdir. Bu endem bitkilərin 7 növünə (Qarabağ tülpanı, Qarabağ güləvəri, Zəngilan gəvəni, Sağsağan gülxətmisi, Şuşa vələsi, Şuşa xaşası və Şuşa gəvəni) yalnız Dağlıq Qarabağ ərazisində rast gəlinir”.
Nazir müavini qeyd edib ki, füsünkar Qarabağın xüsusi mühafizə olunan təbiət ərazilərindən olan Bəsitçay, Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarında işğala qədərki dövrlərdə Qarabağımızın rəmzi olan Xarıbülbüllə yanaşı, Şərq çinarı, Əkin şabalıdı, Şuşa vələsi, Vələsyarpaq azat, Giləmeyvəli qaraçöhrə və digər nadir ağac növləri qorunurdu.
Eyni zamanda V.Kərimov onu da bildirib ki, respublikamızın meşə ilə örtülü sahələrinin 25 faizi işğal altında olan ərazilərdə yerləşir və əldə olunan məlumatlara görə qiymətli meşələrin əksəriyyəti erməni vandalizmi nəticəsində məhv edilib:
“İşğaldan azad olunmuş ərazilərdə aidiyyəti qurumlarla birgə genişmiqyaslı monitorinqlər aparılacaq, bölgənin ətraf mühitinə, təbii sərvətlərinə, landşaftına və meşələrinə, həmçinin bitki və heyvanat aləminə dəymiş ziyanın hərtərəfli qiymətləndirilməsi həyata keçiriləcək”.
Kateqoriya: Cəmiyyət | Baxışlar: 611
Oct 23, 2020 5:56 AM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Azerbaycanin mese ile ortulu sahelerinin 25 faizi isgal altinda olan erazilerde yerlesir ACIQLAMA Tecavuzkar Ermenistan terefinden isgal olunmus erazilerimizde heyata kecirilen kortebii istismar neticesinde bolgenin tebii servetlerine etraf muhitine biomuxtelifliyine kulli miqdarda zerer deyib qiymetli agac ve kol novleri ile zengin meselerimiz meqsedli sekilde mehv edilib Bunu Ekologiya ve Tebii Servetler nazirinin muavini Vuqar Kerimov bildirib O qeyd edib ki landsaft muxtelifliyi baximindan elverisli olan bu erazilerde isgala qeder 2000 den cox ali bitki novu movcud olub ki bu da Azerbaycan florasinin 42 faizini teskil edir Bildirilib ki bolgedeki 50 ye yaxin fauna 70 den cox flora novu dunyanin eyni zamanda Azerbaycan Respublikasinin Qirmizi Kitablarina salinib Teessuf ki hemin novlerin hazirki veziyyeti barede elimizde hec bir deqiq melumat yoxdur Erazide rast gelinen bitki novlerinden 20 si Azerbaycan arealli endem bitkilerdir Bu endem bitkilerin 7 novune Qarabag tulpani Qarabag guleveri Zengilan geveni Sagsagan gulxetmisi Susa velesi Susa xasasi ve Susa geveni yalniz Dagliq Qarabag erazisinde rast gelinir Nazir muavini qeyd edib ki fusunkar Qarabagin xususi muhafize olunan tebiet erazilerinden olan Besitcay Qaragol dovlet tebiet qoruqlari Arazboyu Lacin Qubadli ve Dasalti dovlet tebiet yasaqliqlarinda isgala qederki dovrlerde Qarabagimizin remzi olan Xaribulbulle yanasi Serq cinari Ekin sabalidi Susa velesi Velesyarpaq azat Gilemeyveli qaracohre ve diger nadir agac novleri qorunurdu Eyni zamanda V Kerimov onu da bildirib ki respublikamizin mese ile ortulu sahelerinin 25 faizi isgal altinda olan erazilerde yerlesir ve elde olunan melumatlara gore qiymetli meselerin ekseriyyeti ermeni vandalizmi neticesinde mehv edilib Isgaldan azad olunmus erazilerde aidiyyeti qurumlarla birge genismiqyasli monitorinqler aparilacaq bolgenin etraf muhitine tebii servetlerine landsaftina ve meselerine hemcinin bitki ve heyvanat alemine deymis ziyanin herterefli qiymetlendirilmesi heyata kecirilecek