Mehriban Əliyeva: “Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır” - MÜSAHİBƏ
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Trend İnformasiya Agentliyinə müsahibəsi
- Hər vaxtınız xeyir, hörmətli Mehriban xanım. İlk növbədə, Azərbaycanın bir sıra şəhərlərinin və yaşayış məntəqələrinin işğaldan azad edilməsi münasibətilə Sizi öz adımızdan və oxucularımızın adından təbrik etmək istərdim.
- Bütün xalqımızı bu əlamətdar hadisələr münasibətilə təbrik edirəm. Demək olar ki, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Bizim əsgərlər və zabitlər döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər. Onlar uğurlu əməliyyatlar keçirərək, bir-birinin ardınca şəhərləri və digər yaşayış məntəqələrini işğaldan azad edir, strateji yüksəklikləri tuturlar. Uzun fasilədən, təqribən 30 ildən sonra biz hamımız Azərbaycan əsgərinin doğma torpaqlarımızda bayrağımızı sancmasını qürurla müşahidə edirik. Bu, sadəcə, hərbi uğur deyil. Bu, tarixi ədalətin bərpasıdır, çünki bunlar bizim əzəli, tarixi torpaqlarımızdır.
Mübaliğəsiz demək olar ki, bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır. Bizim birgə qələbələrimizin tarixini!
Mən xalqın öz Prezidenti ətrafında necə sıx birləşdiyini, dövlət başçısının ümumi məqsəd naminə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi naminə birləşməyə çağırışını gənclərimizin necə qətiyyətlə və mərdliklə qəbul etmələrini görürəm.
- Sizin söylədiyiniz hər bir kəlmə xalqımızın istəyi ilə həmahəngdir və əməllərdə, hərəkətlərdə misli görünməmiş fəallıq doğurur. Sizin müraciətinizdən dərhal sonra həmvətənlərimizin erməni yalanlarını və böhtanlarını ifşa etməyə yönəlmiş səyləri buna parlaq sübutdur.
- İnformasiya məkanında fəallıq göstərmək barədə çağırışıma qoşulan hər kəsə təşəkkür etmək istəyirəm. Biz daim yadda saxlamalıyıq ki, qarşıdurma təkcə bilavasitə döyüş əməliyyatları bölgəsini deyil, həm də informasiya məkanını əhatə edir. Mən bizim gənclərimizin, vətəndaşlarımızın erməni təbliğatının feyklərini necə ifşa etdiklərini, erməni təcavüzü haqqında həqiqəti bütün mümkün platformalarda beynəlxalq ictimaiyyətə necə çatdırdıqlarını görürəm. Onların haqq səsi tarixin saxtalaşdırılması hallarını aşkar etməyə və tamamilə əsassız, açıq-aydın yalan, təhrikçi materialların yayılmasının qarşısını almağa kömək edir.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinə təşəkkür edirəm, onların obyektivliyi və yüksək peşəkarlığı sayəsində bugünkü Azərbaycan reallıqlarını dünyaya çatdırmaq mümkün olur.
Əllərinə bayraq götürərək təcavüzkara etirazlarını bildirən və Ermənistanın işğalçı mahiyyətini beynəlxalq ictimaiyyətə göstərən xaricdə yaşayan soydaşlarımızı qeyd etməmək mümkün deyil. Azərbaycan xalqı ilə həmrəy olan, ona dəstək olaraq öz prinsipial və ədalətli mövqeyini nümayiş etdirən dünyadakı bütün dostlarımıza minnətdaram.
Bu gün biz hamımız cəbhədə baş verənlər barədə fikirlərlə yaşayırıq. Azərbaycan xalqı öz Prezidentinə inanır və əmindir ki, Prezident nəyi necə, nə vaxt etmək lazım olduğunu bilir. Buna görə də biz bütün hərəkətlərimizdə və fəaliyyətimizdə həmişəkindən daha çox həmrəyik. Şübhəsiz, bizim əsgərlərimiz bu dəstəyi hiss edirlər. Bilirlər ki, onların arxasında bütün Azərbaycan xalqı dayanır.
- Mehriban xanım, Siz bəyanatlarınızda dəfələrlə qeyd etdiyiniz kimi, hətta düşmənin mülki əhaliyə qarşı vəhşicəsinə təxribatlarına baxmayaraq, xalqımız inanılmaz ruh yüksəkliyi və mərdlik nümayiş etdirir.
- Təəssüf ki, erməni tərəfi məqsədyönlü şəkildə nəinki beynəlxalq konvensiyaların tələblərini pozur, hətta əxlaq normalarını tapdalayır.
Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Goranboy, Naftalan və digər yaşayış məntəqələrinin dinc əhalisinə edilən hücumlar Ermənistanın Azərbaycana qarşı məkrli siyasətini açıq ifşa edir. Dəfn mərasimi zamanı qəbiristanlığı necə atəşə tutmaq olardı? Gecə vaxtı, sakinlər yatarkən Gəncə şəhərini raket atəşinə necə məruz qoymaq olardı? Günahsız mülki şəxslər, uşaqlar, qadınlar həlak olub. Bu, insanlığa qarşı cinayətdir, bu, terrorizmdir. Bütün bunlar birmənalı şəkildə göstərir ki, Yerevanın sülhdə marağı yoxdur, o, yalnız münaqişənin eskalasiyasını, onun regional qarşıdurmaya çevrilməsini arzu edir.
Lakin Ermənistanın heç bir alçaq əməli, – nə siyasi platformaya əsaslanan iyrənc provokasiyaları, nə informasiya məkanında məkrli avantüraları, nə dinc vətəndaşlara vəhşicəsinə hücumları, – heç nə Azərbaycan xalqının iradəsini sındıra bilməz. Birlik, həmrəylik, bir-birinin dərdinə şərik olmaq və qarşılıqlı dəstək nümayişi müəyyən mənada heç kəsin heç vaxt bizim iradəmizi və Vətənimizi işğaldan azad etmək istəyimizi sındıra bilməyəcəyinə dair Azərbaycan xalqının ismarıcıdır.
Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa və Azərbaycanın mülki əhalisinə qarşı vəhşicəsinə qəddarlığı kəskin pisləməyə çağırıram. Yerevan beynəlxalq konvensiyalara, habelə BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrini Azərbaycana qarşı təcavüzü dayandırmağa çağıran qətnamələrinə etinasızlığa son qoymalıdır.
Azərbaycan dövlətinin heç vaxt başqalarının torpaqlarında gözü olmayıb. Biz dinc əhaliyə hücum etmirik. Bizim işimiz haqq işidir. Bizim ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad edir. Bizim əsgərlər qəhrəmanlıq və igidlik göstərərək Vətən uğrunda şərəflə döyüşür, öz adlarını Azərbaycanın tarixinə yazırlar. Mən bütün yaralıların tezliklə sağalmalarını arzu edirəm. Həlak olmuş hərbi qulluqçuların ailələrinə, doğmalarına dərin hüznlə başsağlığı verirəm. Vətən naminə şəhid olmuş igid övladlarımıza Allah rəhmət eləsin. Onların qanı yerdə qalmayacaq və qalmır. Düşmənə layiq olduğu cavab verilir.
Mənim tapşırığımla Heydər Əliyev Fondu həlak olanların ailələrinə lazımi kömək göstərir. Yaralı əsgərlərin sağalması və normal həyata qayıtması üçün nə mümkündürsə edilir. Bu gün bizim bütün yaralı əsgər və zabitlər tezliklə ayağa qalxmaq və Vətən uğrunda ədalətli mübarizəni davam etdirmək üçün yenidən döyüş əməliyyatları zonasına yola düşmək istəyirlər. Budur Azərbaycan xalqının ruh yüksəkliyi və vətənpərvərliyi.
- Mehriban xanım, Siz bu günlərdə xalqımızın qeyri-adi birliyini qeyd etdiniz. Koronavirus pandemiyasına qarşı mübarizədə bir növ şüara çevrilmiş “Biz birlikdə güclüyük!” cümləsini hamımız xatırlayırıq. Demək olarmı ki, bu gün həmin cümlə xüsusi məna kəsb edir?
- Bu, şübhəsiz belədir. Biz yalnız birliyimizi qorumaqla və Prezidentin ətrafında sıx birləşməklə bu ilin yadda qalacağı bütün çağırışları və çətinlikləri dəf edə bilərik.
Siz koronavirus pandemiyasını xatırlatdınız və mən bu məsələyə bir qədər ətraflı toxunmaq istərdim. Biz bu günədək vaxtında və hərtərəfli düşünülmüş tədbirlər sayəsində dünyanın bir çox ölkələrinin üzləşdiyi faciəli ssenaridən xilas ola bilmişik. Ekspertlərin fikrincə, bizim ölkəmiz epidemiyanın ilk və olduqca təhlükəli mərhələsini ən az sayda itki ilə başa vurmuş dövlətlər sırasındadır. Biz epidemiya ilə mübarizənin bütün aspektlərini koordinasiya edən peşəkar komanda yaratmağa, zəruri texniki və insan resurslarını birləşdirməyə müvəffəq olduq. Tətbiq edilmiş karantin tədbirləri koronavirusun yayılma sürətini azaltmağa kömək etdi. Biz birlikdə Vətənimizi bu xəstəliyin təhlükəli surətdə yayılmasından qoruya bildik.
Təəssüf ki, çoxsaylı ölkələrə və xalqlara bu qədər bəla və iztirab gətirmiş virusa hələ də qalib gəlmək mümkün olmayıb. O, hələ də ciddi təhlükə mənbəyidir, bütün dünyada pisləşməkdə olan statistika buna sübutdur. Pandemiyaya qarşı müharibə hələ davam edir. Avropa dövlətlərinin çoxunda çoxsaylı məhdudiyyətlər yenidən qüvvəyə minir.
Təəssüf ki, bizim ölkəmiz də istisna deyil. Məlumdur ki, son günlərdə yoluxanların sayının artması müşahidə olunur, təhsil müəssisələrində, ictimai nəqliyyatda yenidən bəzi məhdudiyyətlər tətbiq edilib.
Mən sizin hər birinizi koronavirusun təhlükəli olduğunu unutmamağa, aylarla riayət etdiyimiz elementar qaydaları gözləməyə, məsafəyə riayət etməyə, həqiqətən real zərurət olmadığı halda insanların kütləvi şəkildə toplaşdığı yerlərə getməməyə çağırıram. Bizə yaxşı məlum olan bütün bu qaydalar yoluxma riskini azaltmağa və deməli, bizi və yaxınlarımızı xəstəlikdən qorumağa kömək edər. Biz yaşlı nəslə həmişə xüsusi qayğı və hörmətlə yanaşırıq. Pandemiyanın birinci mərhələsi dövründə biz onları qayğı ilə qoruduq. Əminəm ki, indiki şəraitdə biz daha diqqətli olacağıq.
Bu gün, ordumuz öz tarixi missiyasını davam etdirdiyi bir vaxtda dövlətimizin, o cümlədən səhiyyə sisteminin üzərinə düşən yükü maksimum azaltmaq lazımdır. İndi bütün resursların bizim xilaskarlıq əməliyyatı üzərində cəmləşməsi müstəsna əhəmiyyət kəsb edir. Biz arxa cəbhədə öz sağlamlığımızın qeydinə qalmaqla, sayıqlıq və intizam nümayiş etdirməklə, eyni zamanda, ön cəbhədəki əsgərlərimizə kömək edir və onları qoruyuruq.
Əminəm ki, biz bu vəzifənin öhdəsindən gələcəyik və bir daha sübut edəcəyik ki, gücümüz birlikdədir!
Kateqoriya: Siyasət | Baxışlar: 646
Oct 22, 2020 5:06 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv azeri aze azerbaycanli azərbaycanlı azərbaycan azəri azərilərin azerilerin azerbaycanlilarin azərbaycanlıların azeride azəridə. Mehriban Eliyeva Bu gun Prezident Ilham Eliyev basda olmaqla Azerbaycan xalqi yeni tarix yazir MUSAHIBE Azerbaycanin Birinci vitse prezidenti Mehriban Eliyevanin Trend Informasiya Agentliyine musahibesi b Her vaxtiniz xeyir hormetli Mehriban xanim Ilk novbede Azerbaycanin bir sira seherlerinin ve yasayis menteqelerinin isgaldan azad edilmesi munasibetile Sizi oz adimizdan ve oxucularimizin adindan tebrik etmek isterdim b Butun xalqimizi bu elametdar hadiseler munasibetile tebrik edirem Demek olar ki her gun cebheden yaxsi xeberler gelir Bizim esgerler ve zabitler doyus tapsiriqlarini serefle yerine yetirirler Onlar ugurlu emeliyyatlar kecirerek bir birinin ardinca seherleri ve diger yasayis menteqelerini isgaldan azad edir strateji yukseklikleri tuturlar Uzun fasileden teqriben 30 ilden sonra biz hamimiz Azerbaycan esgerinin dogma torpaqlarimizda bayragimizi sancmasini qururla musahide edirik Bu sadece herbi ugur deyil Bu tarixi edaletin berpasidir cunki bunlar bizim ezeli tarixi torpaqlarimizdir Mubaligesiz demek olar ki bu gun Prezident Ilham Eliyev basda olmaqla Azerbaycan xalqi yeni tarix yazir Bizim birge qelebelerimizin tarixini Men xalqin oz Prezidenti etrafinda nece six birlesdiyini dovlet bascisinin umumi meqsed namine Azerbaycan torpaqlarinin isgaldan azad edilmesi namine birlesmeye cagirisini genclerimizin nece qetiyyetle ve merdlikle qebul etmelerini gorurem b Sizin soylediyiniz her bir kelme xalqimizin isteyi ile hemahengdir ve emellerde hereketlerde misli gorunmemis fealliq dogurur Sizin muracietinizden derhal sonra hemvetenlerimizin ermeni yalanlarini ve bohtanlarini ifsa etmeye yonelmis seyleri buna parlaq subutdur b Informasiya mekaninda fealliq gostermek barede cagirisima qosulan her kese tesekkur etmek isteyirem Biz daim yadda saxlamaliyiq ki qarsidurma tekce bilavasite doyus emeliyyatlari bolgesini deyil hem de informasiya mekanini ehate edir Men bizim genclerimizin vetendaslarimizin ermeni tebligatinin feyklerini nece ifsa etdiklerini ermeni tecavuzu haqqinda heqiqeti butun mumkun platformalarda beynelxalq ictimaiyyete nece catdirdiqlarini gorurem Onlarin haqq sesi tarixin saxtalasdirilmasi hallarini askar etmeye ve tamamile esassiz aciq aydin yalan tehrikci materiallarin yayilmasinin qarsisini almaga komek edir Kutlevi informasiya vasitelerinin numayendelerine tesekkur edirem onlarin obyektivliyi ve yuksek pesekarligi sayesinde bugunku Azerbaycan realliqlarini dunyaya catdirmaq mumkun olur Ellerine bayraq goturerek tecavuzkara etirazlarini bildiren ve Ermenistanin isgalci mahiyyetini beynelxalq ictimaiyyete gosteren xaricde yasayan soydaslarimizi qeyd etmemek mumkun deyil Azerbaycan xalqi ile hemrey olan ona destek olaraq oz prinsipial ve edaletli movqeyini numayis etdiren dunyadaki butun dostlarimiza minnetdaram Bu gun biz hamimiz cebhede bas verenler barede fikirlerle yasayiriq Azerbaycan xalqi oz Prezidentine inanir ve emindir ki Prezident neyi nece ne vaxt etmek lazim oldugunu bilir Buna gore de biz butun hereketlerimizde ve fealiyyetimizde hemisekinden daha cox hemreyik Subhesiz bizim esgerlerimiz bu desteyi hiss edirler Bilirler ki onlarin arxasinda butun Azerbaycan xalqi dayanir b Mehriban xanim Siz beyanatlarinizda defelerle qeyd etdiyiniz kimi hetta dusmenin mulki ehaliye qarsi vehsicesine texribatlarina baxmayaraq xalqimiz inanilmaz ruh yuksekliyi ve merdlik numayis etdirir b Teessuf ki ermeni terefi meqsedyonlu sekilde neinki beynelxalq konvensiyalarin teleblerini pozur hetta exlaq normalarini tapdalayir Gence Mingecevir Terter Berde Agdam Agcabedi Goranboy Naftalan ve diger yasayis menteqelerinin dinc ehalisine edilen hucumlar Ermenistanin Azerbaycana qarsi mekrli siyasetini aciq ifsa edir Defn merasimi zamani qebiristanligi nece atese tutmaq olardi Gece vaxti sakinler yatarken Gence seherini raket atesine nece meruz qoymaq olardi Gunahsiz mulki sexsler usaqlar qadinlar helak olub Bu insanliga qarsi cinayetdir bu terrorizmdir Butun bunlar birmenali sekilde gosterir ki Yerevanin sulhde maragi yoxdur o yalniz munaqisenin eskalasiyasini onun regional qarsidurmaya cevrilmesini arzu edir Lakin Ermenistanin hec bir alcaq emeli ne siyasi platformaya esaslanan iyrenc provokasiyalari ne informasiya mekaninda mekrli avanturalari ne dinc vetendaslara vehsicesine hucumlari hec ne Azerbaycan xalqinin iradesini sindira bilmez Birlik hemreylik bir birinin derdine serik olmaq ve qarsiliqli destek numayisi mueyyen menada hec kesin hec vaxt bizim irademizi ve Vetenimizi isgaldan azad etmek isteyimizi sindira bilmeyeceyine dair Azerbaycan xalqinin ismaricidir Men dunya birliyini bas veren bu hadiselere laqeyd qalmamaga ve Azerbaycanin mulki ehalisine qarsi vehsicesine qeddarligi keskin pislemeye cagiriram Yerevan beynelxalq konvensiyalara habele BMT Tehlukesizlik Surasinin ermeni isgalci quvvelerini Azerbaycana qarsi tecavuzu dayandirmaga cagiran qetnamelerine etinasizliga son qoymalidir Azerbaycan dovletinin hec vaxt basqalarinin torpaqlarinda gozu olmayib Biz dinc ehaliye hucum etmirik Bizim isimiz haqq isidir Bizim ordumuz ezeli Azerbaycan torpaqlarini isgaldan azad edir Bizim esgerler qehremanliq ve igidlik gostererek Veten ugrunda serefle doyusur oz adlarini Azerbaycanin tarixine yazirlar Men butun yaralilarin tezlikle sagalmalarini arzu edirem Helak olmus herbi qulluqcularin ailelerine dogmalarina derin huznle bassagligi verirem Veten namine sehid olmus igid ovladlarimiza Allah rehmet elesin Onlarin qani yerde qalmayacaq ve qalmir Dusmene layiq oldugu cavab verilir Menim tapsirigimla Heyder Eliyev Fondu helak olanlarin ailelerine lazimi komek gosterir Yarali esgerlerin sagalmasi ve normal heyata qayitmasi ucun ne mumkundurse edilir Bu gun bizim butun yarali esger ve zabitler tezlikle ayaga qalxmaq ve Veten ugrunda edaletli mubarizeni davam etdirmek ucun yeniden doyus emeliyyatlari zonasina yola dusmek isteyirler Budur Azerbaycan xalqinin ruh yuksekliyi ve vetenperverliyi b Mehriban xanim Siz bu gunlerde xalqimizin qeyri adi birliyini qeyd etdiniz Koronavirus pandemiyasina qarsi mubarizede bir nov suara cevrilmis Biz birlikde gucluyuk cumlesini hamimiz xatirlayiriq Demek olarmi ki bu gun hemin cumle xususi mena kesb edir b Bu subhesiz beledir Biz yalniz birliyimizi qorumaqla ve Prezidentin etrafinda six birlesmekle bu ilin yadda qalacagi butun cagirislari ve cetinlikleri def ede bilerik Siz koronavirus pandemiyasini xatirlatdiniz ve men bu meseleye bir qeder etrafli toxunmaq isterdim Biz bu gunedek vaxtinda ve herterefli dusunulmus tedbirler sayesinde dunyanin bir cox olkelerinin uzlesdiyi facieli ssenariden xilas ola bilmisik Ekspertlerin fikrince bizim olkemiz epidemiyanin ilk ve olduqca tehlukeli merhelesini en az sayda itki ile basa vurmus dovletler sirasindadir Biz epidemiya ile mubarizenin butun aspektlerini koordinasiya eden pesekar komanda yaratmaga zeruri texniki ve insan resurslarini birlesdirmeye muveffeq olduq Tetbiq edilmis karantin tedbirleri koronavirusun yayilma suretini azaltmaga komek etdi Biz birlikde Vetenimizi bu xesteliyin tehlukeli suretde yayilmasindan qoruya bildik Teessuf ki coxsayli olkelere ve xalqlara bu qeder bela ve iztirab getirmis virusa hele de qalib gelmek mumkun olmayib O hele de ciddi tehluke menbeyidir butun dunyada pislesmekde olan statistika buna subutdur Pandemiyaya qarsi muharibe hele davam edir Avropa dovletlerinin coxunda coxsayli mehdudiyyetler yeniden quvveye minir Teessuf ki bizim olkemiz de istisna deyil Melumdur ki son gunlerde yoluxanlarin sayinin artmasi musahide olunur tehsil muessiselerinde ictimai neqliyyatda yeniden bezi mehdudiyyetler tetbiq edilib Men sizin her birinizi koronavirusun tehlukeli oldugunu unutmamaga aylarla riayet etdiyimiz elementar qaydalari gozlemeye mesafeye riayet etmeye heqiqeten real zeruret olmadigi halda insanlarin kutlevi sekilde toplasdigi yerlere getmemeye cagiriram Bize yaxsi melum olan butun bu qaydalar yoluxma riskini azaltmaga ve demeli bizi ve yaxinlarimizi xestelikden qorumaga komek eder Biz yasli nesle hemise xususi qaygi ve hormetle yanasiriq Pandemiyanin birinci merhelesi dovrunde biz onlari qaygi ile qoruduq Eminem ki indiki seraitde biz daha diqqetli olacagiq Bu gun ordumuz oz tarixi missiyasini davam etdirdiyi bir vaxtda dovletimizin o cumleden sehiyye sisteminin uzerine dusen yuku maksimum azaltmaq lazimdir Indi butun resurslarin bizim xilaskarliq emeliyyati uzerinde cemlesmesi mustesna ehemiyyet kesb edir Biz arxa cebhede oz saglamligimizin qeydine qalmaqla sayiqliq ve intizam numayis etdirmekle eyni zamanda on cebhedeki esgerlerimize komek edir ve onlari qoruyuruq Eminem ki biz bu vezifenin ohdesinden geleceyik ve bir daha subut edeceyik ki gucumuz birlikdedir