“Le Figaro” Tərtərdə mülki vətəndaşların atəşə tutulmasından yazdı
Fransanın “Le Figaro” nəşri Ermənistan silahlı qüvvələrinin Tərtərin mülki əhalisini durmadan atəşə tutması barədə xüsusi məqalə dərc edib.
Məqalənin müəllifi nəşrin Tərtərə ezam olunmuş xüsusi müxbiri Emmanuel Gyrynszpandır. Yazıda ilk olaraq Tərtərin 24 000 sakini olduğu və bu sakinlərin hər gün ağır artilleriya qurğularından atılan mərmi yağışlarına məruz qaldıqları qeyd olunur.
Həmçinin qeyd edilir ki, Ermənistan silahlı qüvvələri Tərtəri hər tərəfdən atəşə tutur və mülki sakinlərin çox sayda evləri tamamilə yararsız hala düşüb. Tərtərin Dağlıq Qarabağda yerləşən ən yaxın erməni mövqelərindən 20 km uzaqlıqda olduğunu qeyd edən müəllif düşmənin ağır artilleriya qurğularından atəş açdığını vurğulayır.
Müəllif həmçinin yerli sakin və polislə burada baş verən hadisələrlə bağlı açıqlamalarını da qeyd edib. Onlar mərmilərin düşdükləri əraziləri, atəş nəticəsində küçədə mülki şəxsin həlak olması barədə məlumat veriblər.
Məqalədə qeyd olunur ki, 27 sentyabdan bu yana Tərtərdə 14 mülki şəxs həlak olub və Tərtər və yaxın ərazilərə 15 000 mərmi düşməsi nəticəsində 116 ev tamamilə dağılıb. Baş verənlərə baxmayaraq, sakinlərin heç vaxt öz evlərini tərk etməyəcəkləri və nə baş verirsə versin, burada qalmaq istədikləri, sadəcə qadın və uşaqların daha təhlükəsiz ərazilərə aparıldığı vurğulanır.
Yazıda həmçinin Tərtər şəhərində hərbi qüvvələrin olmadığı, lakin bununla belə, erməni qüvvələrinin hərbi obyekt olmadığı açıq-aydın bilinən, xüsusilə də məcburi köçkünlərin yaşadığı binaların yerlə-yeksan edilməsi qeyd olunur.
Müəllif Tərtərin münaqişənin mərkəzi hissəsində yerləşdiyini və bu qarşıdurmadan əziyyət çəkdiyini qeyd edir. O həmçinin öz məqaləsində yerli sakinlərdən birinin Fransanın işğalçı Ermənistanı dəstəkləməsi barədə iradlarını da qeyd edib.
Kateqoriya: Müharibə | Baxışlar: 709
Oct 22, 2020 3:17 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Le Figaro Terterde mulki vetendaslarin atese tutulmasindan yazdi Fransanin Le Figaro nesri Ermenistan silahli quvvelerinin Terterin mulki ehalisini durmadan atese tutmasi barede xususi meqale derc edib Meqalenin muellifi nesrin Tertere ezam olunmus xususi muxbiri Emmanuel Gyrynszpandir Yazida ilk olaraq Terterin 24 000 sakini oldugu ve bu sakinlerin her gun agir artilleriya qurgularindan atilan mermi yagislarina meruz qaldiqlari qeyd olunur Hemcinin qeyd edilir ki Ermenistan silahli quvveleri Terteri her terefden atese tutur ve mulki sakinlerin cox sayda evleri tamamile yararsiz hala dusub Terterin Dagliq Qarabagda yerlesen en yaxin ermeni movqelerinden 20 km uzaqliqda oldugunu qeyd eden muellif dusmenin agir artilleriya qurgularindan ates acdigini vurgulayir Muellif hemcinin yerli sakin ve polisle burada bas veren hadiselerle bagli aciqlamalarini da qeyd edib Onlar mermilerin dusdukleri erazileri ates neticesinde kucede mulki sexsin helak olmasi barede melumat veribler Meqalede qeyd olunur ki 27 sentyabdan bu yana Terterde 14 mulki sexs helak olub ve Terter ve yaxin erazilere 15 000 mermi dusmesi neticesinde 116 ev tamamile dagilib Bas verenlere baxmayaraq sakinlerin hec vaxt oz evlerini terk etmeyecekleri ve ne bas verirse versin burada qalmaq istedikleri sadece qadin ve usaqlarin daha tehlukesiz erazilere aparildigi vurgulanir Yazida hemcinin Terter seherinde herbi quvvelerin olmadigi lakin bununla bele ermeni quvvelerinin herbi obyekt olmadigi aciq aydin bilinen xususile de mecburi kockunlerin yasadigi binalarin yerle yeksan edilmesi qeyd olunur Muellif Terterin munaqisenin merkezi hissesinde yerlesdiyini ve bu qarsidurmadan eziyyet cekdiyini qeyd edir O hemcinin oz meqalesinde yerli sakinlerden birinin Fransanin isgalci Ermenistani desteklemesi barede iradlarini da qeyd edib