DOST könüllüləri üçün “Rəqəmsal ödənişlər” mövzusunda təlim keçirilib
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində (DOST) çalışan könüllülər üçün “Rəqəmsal ödənişlər” mövzusunda təlim keçirilib.
Mərkəzi Bankdan verilən məlumata əsasən, təlim eyni zamanda BMT-nin Əhali Fondu və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” birgə layihəsi çərçivəsində həyata keçirilib.
Rəqəmsal ödənişlərə dair nəzəri və praktiki məlumat və bacarıqları əldə etmiş könüllülər DOST Agentliyinə müraciət edəcək ahıl və yaşlı vətəndaşların bu istiqamətdə maarifləndirilməsinə kömək edəcək.
Mərkəzi Bankın əməkdaşları tərəfindən keçirilmiş təlimdə milli ödəniş sistemləri, ödəniş kartları və kartlarla əməliyyatlar, nağdsız ödənişlərin üstünlükləri, ödəniş kartları ilə fırıldaqçılıq halları, ani ödənişlər sistemi, elektron bankçılıq kimi mövzular ətrafında müzakirələr aparılıb, praktiki misallarla mövzular izah edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Kateqoriya: İqtisadiyyat | Baxışlar: 359
Oct 22, 2020 5:30 AM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . DOST konulluleri ucun Reqemsal odenisler movzusunda telim kecirilib Dayaniqli ve Operativ Sosial Teminat Agentliyinde DOST calisan konulluler ucun Reqemsal odenisler movzusunda telim kecirilib Merkezi Bankdan verilen melumata esasen telim eyni zamanda BMT nin Ehali Fondu ve Azerbaycan Respublikasinin Emek ve Ehalinin Sosial Mudafiesi Nazirliyinin Butun yaslar ucun cemiyyetin qurulmasi feal yaslanma yolu ile Azerbaycanda yaslilarin rifahinin tesviq edilmesi birge layihesi cercivesinde heyata kecirilib Reqemsal odenislere dair nezeri ve praktiki melumat ve bacariqlari elde etmis konulluler DOST Agentliyine muraciet edecek ahil ve yasli vetendaslarin bu istiqametde maariflendirilmesine komek edecek Merkezi Bankin emekdaslari terefinden kecirilmis telimde milli odenis sistemleri odenis kartlari ve kartlarla emeliyyatlar nagdsiz odenislerin ustunlukleri odenis kartlari ile firildaqciliq hallari ani odenisler sistemi elektron bankciliq kimi movzular etrafinda muzakireler aparilib praktiki misallarla movzular izah edilib ve istirakcilari maraqlandiran suallar cavablandirilib