Elman Rüstəmov: “Şokların iqtisadiyyata təsir kanalları məhdudlaşdırılıb”
Mərkəzi Bankın sədri Elman Rüstəmov Beynəlxalq Valyuta Fondunun Qafqaz və Mərkəzi Asiya regionu ölkələrinin mərkəzi bank sədrlərinin qatıldığı videokonfransda iştirak edib.
Mərkəzi Bankdan verilən məlumata görə, toplantı pandemiya dövründə qlobal maliyyə sistemində çağırışlar, maliyyə sabitliyinin qorunması və iqtisadi bərpaya dəstək, maliyyə sektorunda həyata keçirilən dəstəkləyici siyasətlərlə bağlı fikir mübadiləsinə həsr olunub.
Elman Rüstəmov bildirib ki, cari ildə dünyanın bütün ölkələri presedenti olmayan şoklar kombinasiyasına məruz qalıb və pandemiya ilə bağlı yaranmış vəziyyət dünya iqtisadiyyatına sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına da təsir göstərib.
Lakin əvvəlki illərdə yaradılmış makroiqtisadi idarəetmə platforması, maliyyə buferləri və uzun illər ərzində əldə etdiyimiz böhran idarəetmə təcrübəmiz bu şokların iqtisadiyyata və maliyyə sektoruna təsir kanallarını məhdudlaşdırıb.
Vurğulanb ki, qabaqlayıcı rejimdə həyata keçirilən anti-böhran tədbirləri nəticəsində ölkədə makroiqtisadi sabitlik qorunub və daha dərin resessiyanın qarşısı alınıb.
Mərkəzi Bankın sədri iştirakçıları sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü ilə bağlı da məlumatlandırıb.
O qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində bir sıra şəhərlər, kəndlər və digər yaşayış məntəqələrində çoxlu sayda mülki şəxs həlak olub, evlər, məktəblər, xəstəxanalar və digər sosial infrastruktur dağıdılıb.
Əlavə edilib ki, dayanıqlı sülhün əldə edilməsi üçün beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edilməli və Ermənistan işğalçı hərbi qüvvələrini Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarmalı, ölkəmizin ərazi bütövlüyü təmin olunmalıdır.
Kateqoriya: İqtisadiyyat | Baxışlar: 628
Oct 21, 2020 11:56 AM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Elman Rustemov Soklarin iqtisadiyyata tesir kanallari mehdudlasdirilib Merkezi Bankin sedri Elman Rustemov Beynelxalq Valyuta Fondunun Qafqaz ve Merkezi Asiya regionu olkelerinin merkezi bank sedrlerinin qatildigi videokonfransda istirak edib Merkezi Bankdan verilen melumata gore toplanti pandemiya dovrunde qlobal maliyye sisteminde cagirislar maliyye sabitliyinin qorunmasi ve iqtisadi berpaya destek maliyye sektorunda heyata kecirilen destekleyici siyasetlerle bagli fikir mubadilesine hesr olunub Elman Rustemov bildirib ki cari ilde dunyanin butun olkeleri presedenti olmayan soklar kombinasiyasina meruz qalib ve pandemiya ile bagli yaranmis veziyyet dunya iqtisadiyyatina six inteqrasiya olunmus Azerbaycan iqtisadiyyatina da tesir gosterib Lakin evvelki illerde yaradilmis makroiqtisadi idareetme platformasi maliyye buferleri ve uzun iller erzinde elde etdiyimiz bohran idareetme tecrubemiz bu soklarin iqtisadiyyata ve maliyye sektoruna tesir kanallarini mehdudlasdirib Vurgulanb ki qabaqlayici rejimde heyata kecirilen anti bohran tedbirleri neticesinde olkede makroiqtisadi sabitlik qorunub ve daha derin resessiyanin qarsisi alinib Merkezi Bankin sedri istirakcilari sentyabrin 27 den baslayaraq Ermenistanin Azerbaycana qarsi novbeti herbi tecavuzu ile bagli da melumatlandirib O qeyd edib ki Ermenistan silahli quvvelerinin hucumlari neticesinde bir sira seherler kendler ve diger yasayis menteqelerinde coxlu sayda mulki sexs helak olub evler mektebler xestexanalar ve diger sosial infrastruktur dagidilib Elave edilib ki dayaniqli sulhun elde edilmesi ucun beynelxalq huququn norma ve prinsiplerine riayet olunmali BMT Tehlukesizlik Surasinin qetnamelerinin icrasi temin edilmeli ve Ermenistan isgalci herbi quvvelerini Azerbaycan erazilerinden derhal ve qeyd sertsiz cixarmali olkemizin erazi butovluyu temin olunmalidir