İşğalçı dövlət xalqımızın 30 illik mübarizəsini “dinlərarası toqquşma” kimi təqdim etməyə çalışır - AÇIQLAMA
İşğalçı dövlət xalqımızın 30 ildir ki, pozulan hüquqlarının bərpası üçün apardığı mübarizəni çirkin vasitələrə əl atmaqla “dinlərarası toqquşma” kimi təqdim etməyə, beləliklə Qərb dairələrinin və Rusiyanın dəstəyini qazanmağa cəhd göstərir.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov özünün açıqlamasında qeyd edib.
Bildirilib ki, Ermənistanın işğalda olan Şuşa şəhərindəki Qazançı kilsəsinin atəşə tutulması ilə bağlı beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədi, o cümlədən Azərbaycan və Türkiyənin xristian məbədlərinə qarşı “vandalizm” siyasəti yürütdüyü barədə görüntü yaratmaq niyyətindən irəli gəlir:
“Təəssüflə qeyd etmək lazımdır ki, beynəlxalq ictimaiyyət Qazançı kilsəsi ilə bağlı “həssas” münasibətini, işğal altındakı torpaqlarda dağıdılmış məscidlərimiz və tarixi abidələrimizə qarşı göstərmir. Bakının mərkəzində erməni kilsəsini qoruyub saxlayan Azərbaycanı digər dinlərin məbədlərinə qarşı hörmətsizlikdə ittiham etmək isə olduqca absurd görünür. Xalqımızın bütün dinlərə olan hörmətini Azərbaycan dövlətinin etnik, dini baxımdan zənginliyi fonunda həyata keçirdiyi hüquq bərabərliyinə, tolerantlıq və multikulturalizmə əsaslanan siyasətinə, bu siyasətin hüquqi və praktiki nəticələrinə baxaraq aydın görmək mümkündür. Azərbaycanda nəinki xristianlara, heç bir dinin nümayəndələrinə qarşı diskriminasiya olmayıb, əksinə, Azərbaycan hökumətinin dini fəaliyyət sahəsində həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə xristianlara öz etnik-dini xüsusiyyətlərini və adət-ənənələrini qoruyub yaşatmaq üçün ideal şərait mövcuddur.
Bu gün Azərbaycanda 25 xristian dini icması, 14 kilsə ilə yanaşı, bir çox xristian dini tədris müəssisələrinin sərbəst şəkildə fəaliyyət göstərməsi və onlara dövlət tərəfindən lazımi dəstək verilməsi, o cümlədən Qafqaz Alban mirasımızın qorunması buna əyani sübutdur. Zaman göstərdi ki, dövlətimizin mədəniyyətlərarası və dinlərarası dialoq, multikulturalizm və tolerantlıq sahəsində həyata keçirdiyi düşünülmüş, strateji siyasət bu gün bizi bir çox əsassız ittihamlar, eləcə də Ermənistanın böhtanlarından müdafiə edir”.
Kateqoriya: Siyasət | Baxışlar: 211
Oct 19, 2020 11:17 AM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Isgalci dovlet xalqimizin 30 illik mubarizesini dinlerarasi toqqusma kimi teqdim etmeye calisir ACIQLAMA Isgalci dovlet xalqimizin 30 ildir ki pozulan huquqlarinin berpasi ucun apardigi mubarizeni cirkin vasitelere el atmaqla dinlerarasi toqqusma kimi teqdim etmeye belelikle Qerb dairelerinin ve Rusiyanin desteyini qazanmaga cehd gosterir Bu barede Dini Qurumlarla Is uzre Dovlet Komitesinin sedr muavini Seyavus Heyderov ozunun aciqlamasinda qeyd edib Bildirilib ki Ermenistanin isgalda olan Susa seherindeki Qazanci kilsesinin atese tutulmasi ile bagli beynelxalq ictimaiyyetin diqqetini yayindirmaq meqsedi o cumleden Azerbaycan ve Turkiyenin xristian mebedlerine qarsi vandalizm siyaseti yurutduyu barede goruntu yaratmaq niyyetinden ireli gelir Teessufle qeyd etmek lazimdir ki beynelxalq ictimaiyyet Qazanci kilsesi ile bagli hessas munasibetini isgal altindaki torpaqlarda dagidilmis mescidlerimiz ve tarixi abidelerimize qarsi gostermir Bakinin merkezinde ermeni kilsesini qoruyub saxlayan Azerbaycani diger dinlerin mebedlerine qarsi hormetsizlikde ittiham etmek ise olduqca absurd gorunur Xalqimizin butun dinlere olan hormetini Azerbaycan dovletinin etnik dini baximdan zenginliyi fonunda heyata kecirdiyi huquq beraberliyine tolerantliq ve multikulturalizme esaslanan siyasetine bu siyasetin huquqi ve praktiki neticelerine baxaraq aydin gormek mumkundur Azerbaycanda neinki xristianlara hec bir dinin numayendelerine qarsi diskriminasiya olmayib eksine Azerbaycan hokumetinin dini fealiyyet sahesinde heyata kecirdiyi ugurlu siyaset neticesinde olkemizde xristianlara oz etnik dini xususiyyetlerini ve adet enenelerini qoruyub yasatmaq ucun ideal serait movcuddur Bu gun Azerbaycanda 25 xristian dini icmasi 14 kilse ile yanasi bir cox xristian dini tedris muessiselerinin serbest sekilde fealiyyet gostermesi ve onlara dovlet terefinden lazimi destek verilmesi o cumleden Qafqaz Alban mirasimizin qorunmasi buna eyani subutdur Zaman gosterdi ki dovletimizin medeniyyetlerarasi ve dinlerarasi dialoq multikulturalizm ve tolerantliq sahesinde heyata kecirdiyi dusunulmus strateji siyaset bu gun bizi bir cox esassiz ittihamlar elece de Ermenistanin bohtanlarindan mudafie edir