Ceyhun Bayramov estoniyalı həmkarına Ermənistanın atəşkəsi pozması barədə məlumat verib
Xarici İşlər naziri Ceyhun Bayramov və Estoniya Xarici İşlər naziri Urmas Reynsalu arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
C.Bayramov estoniyalı həmkarına Ermənistanın atəşkəsi pozması barədə məlumat verib. Ermənistan silahlı qüvvələri tərəfindən mülki şəxslərin və mülki infrastrukturların məqsədyönlü şəkildə hədəf alındığı, o cümlədən humanitar atəşkəsin rəsmi elan olunmasından sonra iki dəfə Gəncəyə edilən raket hücumları qeyd olunub. Gəncə şəhərinə edilən son raket zərbəsi nəticəsində 3-ü uşaq olmaqla, 13 mülki şəxsin həlak olduğu, 48 nəfərin yaralandığını diqqətə çatdırılıb. Əməlləri müharibə cinayətləri kimi qiymətləndirən C.Bayramov, buna görə Ermənistan rəhbərliyinin məsuliyyət daşıdığını vurğulayıb.
U.Reynsalu öz tərəfindən münaqişənin siyasi yolla həll olunmasının vacibliyini ifadə edib. Humanitar atəşkəsə hörmət etməyin vacibliyini vurğulayan Estoniya Xarici İşlər naziri bu xüsusda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) rolunu və Estoniyanın BQXK-ya verdiyi humanitar yardım vasitəsilə töhfəsini qeyd edib.
Kateqoriya: Siyasət | Baxışlar: 238
Oct 18, 2020 7:45 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Ceyhun Bayramov estoniyali hemkarina Ermenistanin ateskesi pozmasi barede melumat verib Xarici Isler naziri Ceyhun Bayramov ve Estoniya Xarici Isler naziri Urmas Reynsalu arasinda telefon danisigi bas tutub Xarici Isler Nazirliyinden verilen melumata gore nazirler bolgedeki son veziyyet etrafinda fikir mubadilesi apariblar C Bayramov estoniyali hemkarina Ermenistanin ateskesi pozmasi barede melumat verib Ermenistan silahli quvveleri terefinden mulki sexslerin ve mulki infrastrukturlarin meqsedyonlu sekilde hedef alindigi o cumleden humanitar ateskesin resmi elan olunmasindan sonra iki defe Genceye edilen raket hucumlari qeyd olunub Gence seherine edilen son raket zerbesi neticesinde 3 u usaq olmaqla 13 mulki sexsin helak oldugu 48 neferin yaralandigini diqqete catdirilib Emelleri muharibe cinayetleri kimi qiymetlendiren C Bayramov buna gore Ermenistan rehberliyinin mesuliyyet dasidigini vurgulayib U Reynsalu oz terefinden munaqisenin siyasi yolla hell olunmasinin vacibliyini ifade edib Humanitar ateskese hormet etmeyin vacibliyini vurgulayan Estoniya Xarici Isler naziri bu xususda Beynelxalq Qizil Xac Komitesinin BQXK rolunu ve Estoniyanin BQXK ya verdiyi humanitar yardim vasitesile tohfesini qeyd edib