Güləşçimiz Avropa çempionatının gümüş medalını qazanıb
Azərbaycanın sərbəst güləşçisi Ağahüseyn Mustafayev İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
70 kq çəki dərəcəsində qüvvəsini sınayan gənclər arasında dünya və Avropa çempionatının gümüş mükafatçısı finalda Maqomedmurad Hacıyevlə (Polşa) bacarmayıb.
Həlledici görüşə qədər Gevorq Mxeyan (Ermənistan), Viktor Sereda (Belarus), Aleksey Boruta (Ukrayna) və Mixail Savanı (Moldova) üstələyən 31 yaşlı pəhləvan 2009-cu ildə olduğu kimi, bu dəfə də qitə birinciliyinin finalında məğlubiyyət acısı yaşayıb. O, 0:2 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.
65 kq çəki dərəcəsində mübarizə aparan Əli Rəhimzadə isə bürünc medal qazanıb. Onun 3-cü yer uğrunda görüşü gərgin alınıb. Macarıstan təmsilçisi İsmayıl Musukayevlə duelin son saniyələrində hesabı bərabərləşdirən (2:2) güləşçimiz axırıncı xal sayəsində Avropa üçüncüsü olub.
Fevralın 16-da - yarışın son günündə digər sərbəst güləşçilərimizdən İntiqam Vəlzadə (61 kq) bürünc medal uğrunda yarışacaq. Hacımurad Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq), Aslanbek Alborov (92 kq) və Camaləddin Məhəmmədov (125 kq) isə təsəlliverici görüşdə mübarizə aparacaq.
Qeyd edək ki, yunan-Roma güləşçilərimizdən Sənan Süleymanovla (77 kq) Rafiq Hüseynov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib olublar. Qadınlardan ibarət millimizin heyətində Elis Manolova (65 kq) ikinci, Tatyana Omelçenko (62 kq) üçüncü yeri tutub.
Kateqoriya: İdman | Baxışlar: 608
Feb 15, 2020 7:36 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Gulescimiz Avropa cempionatinin gumus medalini qazanib Azerbaycanin serbest gulescisi Agahuseyn Mustafayev Italiyanin paytaxti Romada kecirilen Avropa cempionatinda gumus medal qazanib 70 kq ceki derecesinde quvvesini sinayan gencler arasinda dunya ve Avropa cempionatinin gumus mukafatcisi finalda Maqomedmurad Haciyevle Polsa bacarmayib Helledici goruse qeder Gevorq Mxeyan Ermenistan Viktor Sereda Belarus Aleksey Boruta Ukrayna ve Mixail Savani Moldova usteleyen 31 yasli pehlevan 2009 cu ilde oldugu kimi bu defe de qite birinciliyinin finalinda meglubiyyet acisi yasayib O 0 2 hesabi ile uduzaraq gumus medalla kifayetlenib 65 kq ceki derecesinde mubarize aparan Eli Rehimzade ise burunc medal qazanib Onun 3 cu yer ugrunda gorusu gergin alinib Macaristan temsilcisi Ismayil Musukayevle duelin son saniyelerinde hesabi beraberlesdiren 2 2 gulescimiz axirinci xal sayesinde Avropa ucuncusu olub Fevralin 16 da yarisin son gununde diger serbest gulescilerimizden Intiqam Velzade 61 kq burunc medal ugrunda yarisacaq Hacimurad Haciyev 74 kq Abubakr Abakarov 86 kq Aslanbek Alborov 92 kq ve Camaleddin Mehemmedov 125 kq ise teselliverici gorusde mubarize aparacaq Qeyd edek ki yunan Roma gulescilerimizden Senan Suleymanovla 77 kq Rafiq Huseynov 82 kq qizil Eldeniz Ezizli 55 kq Murad Bazarov 60 kq Ulvu Qenizade 72 kq ve Islam Abbasov 87 kq burunc medala sahib olublar Qadinlardan ibaret millimizin heyetinde Elis Manolova 65 kq ikinci Tatyana Omelcenko 62 kq ucuncu yeri tutub