"Bağdan meyvə yığırdım. Bilmədən arının yuvasına toxundum. Elə bu an məni bir arı sancdı. Əvvəlcə fikir vermədim, fikirləşdim ki, heç nə olmaz. Bir müddət sonra sifətim şişməyə başladı. Məcbur qalıb xəstəxanaya apardılar. Şiş o qədər böyük idi, üzüm tanınmaz hala gəlmişdi. Yaxşı ki, həkimlər vaxtında müdaxilə etdilər. Üç gün ərzində şiş yavaş-yavaş çəkilib getdi. Həkimlər dedi ki, arı sancmasından sonra orqanizm şok keçiribmiş. Bir daha əmin oldum ki, bəzən önəmsiz hesab etdiyimiz, fikir vermədiyimiz problemlər sonradan böyük problemə çevrilə bilir".
www.NiNa.Az gencaile.az-a istinadən bildirir ki, bu sözləri bizimlə söhbətində Günel Kərimova söylədi. Onun da qeyd etdiyi kimi, bəzən əhəmiyyət verməsək də, sonradan arı sancmalarının böyük fəsadları üzə çıxa bilir. Bəs arı sancmaları zamanı nə etməliyik?
Həkim-pediatr Kənan Qarayev deyir ki, hər şey ilkin tibbi müdaxilədən asılıdır: "Bəzən arı sancmasından sonra həmin şəxsin orqanizmində allergik şok reaksiyası müşahidə edilir. Burada önəmli olan ilkin yardımın hansı formada göstərilməsidir. Bəzən elə olur ki, arı sancan şəxsdə ciddi fəsadlar müşahidə olunmur. Amma elə insan var ki, arı sancmasına və arı məhsullarına qarşı allergik reaksiya verir. Allergik insanlarda arı sancması baş verdiyi zaman xəstənin halı xeyli pisləşə bilir. Belə ki, hətta bəzən ölüm halları da olur. Dil, dodaq, qırtlaq və üz nahiyəsinin sancılması isə daha təhlükəli hesab olunur. Bir neçə yerdən sancmalar zamanı ağır intoksikasiya (zəhərlənmə) inkişaf edə bilər. Bu halda insanı dərhal xəstəxanaya çatdırmaq lazımdır. Adətən belə adamların orqanizmi təkcə arı deyil, digər həşərat sancmalarına qarşı da eyni reaksiyanı verir. İnfeksiya daşıyıcısı olan həşəratlar sancdığı zaman isə daha ciddi fəsadlar müşahidə olunur. Bu zaman xəstənin halında ağırlaşmalar başlayır. Yaxşı olar ki, arının sancdığı nahiyənin daha çox hissəyə yayılmaması üçün ilkin tibbi yardım vasitələrindən istifadə olunsun. Arının sancdığı nahiyədə iynə qalıbsa iynəni oradan çıxarmaq üçün müdaxilə edilməlidir. Çalışmaq lazımdır ki, arının sancdığı yerə buz və yaxud soyuq su ilə isladılmış dəsmal qoyulsun. Sancılan yeri rezinlə bağlamaq faydalıdır. İlkin tibbi müdaxilədən sonra xəstə dərhal xəstəxanaya çatdırılmalıdır. Xəstənin ağrıları çox olduqda isə ona müəyyən ağrıkəsicilər verilə bilər. Vəziyyət ağır olduqda venadaxili müdaxilələr edilir. Bəzən arı sancan zaman türkəçarə üsullarından istifadə olunur. Amma bu, heç də faydalı deyil. Məsləhətdir ki, xəstənin qan təzyiqi ölçülsün. Qan təzyiqi ölçüldükdən sonra dərhal həkim müdaxiləsi vacibdir".
Tibb elmləri doktoru Şəmsiyyə Namazlı deyir ki, arı sancmaları xalq təbabətində müalicəvi metod kimi istifadə olunur: "Amma hər kəsin orqanizmi eyni deyil. Hər bir şəxs orqanizminin həssaslığı, immun-bioloji tarazlığından asılı olaraq arı sancmalarına fərqli reaksiya verə bilir. Bəzən hətta arı sancmalarından sonra xəstə şok vəziyyətinə düşə bilir. Ona görə demək olmaz ki, hər kəs arı sancmasına qarşı eyni reaksiyanı verəcəyini gözləmək olmaz. İlan sancmaları zamanı xüsusi dərmanlar tətbiq olunur. Arı sancmaları zamanı isə xüsusi metod yoxdur. Hər kəsə fərqli qaydada tibbi müdaxilə edilir. Həssaslığı olan insanlar özünü arı sancmalarından qorumalıdır. Çünki belə insanlarda arı sancmaları zamanı orqanizm şoka düşə bilir".
Həkim qeyd etdi ki, indi müasir təbabətlə qədim təbabət təkmilləşdirilərək arı sancmalarından müalicə metodu kimi istifadə olunur: "Tibdə bunun əhəmiyyəti böyükdür. Xalq təbabətində də arı sancmalarından istifadə olunur. Amma adətən türkəçarələrin arı sancmaları zamanı faydası olmur. Çünki arının zəhəri həmin nahiyədə dəri altına keçir. Amma istənilən halda, insanlar arasında müəyyən fikirlər kök salıb. Bəzən hətta hansısa metodun ağrını azaltdığına inanırlar. Bu, əslində psixoloji bir məsələdir. Belə metodların fizioloji əhəmiyyəti yoxdur".
Kateqoriya: Sağlamlıq | Baxışlar: 949
Feb 15, 2020 6:38 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv sonra sonraki sonrakı sonraya sonrada sonradan sonrasi sonrası sonralar sonralarda sonralara sonralardan sonrasini sonrasını sora soraki sorakı soraya sorada soradan sorasi sorası soralar soralarda soralara soralardan sorasini sorasını. Ari sancmalari zamani ne etmeli Bagdan meyve yigirdim Bilmeden arinin yuvasina toxundum Ele bu an meni bir ari sancdi Evvelce fikir vermedim fikirlesdim ki hec ne olmaz Bir muddet sonra sifetim sismeye basladi Mecbur qalib xestexanaya apardilar Sis o qeder boyuk idi uzum taninmaz hala gelmisdi Yaxsi ki hekimler vaxtinda mudaxile etdiler Uc gun erzinde sis yavas yavas cekilib getdi Hekimler dedi ki ari sancmasindan sonra orqanizm sok keciribmis Bir daha emin oldum ki bezen onemsiz hesab etdiyimiz fikir vermediyimiz problemler sonradan boyuk probleme cevrile bilir b s b gencaile az a istinaden bildirir ki bu sozleri bizimle sohbetinde Gunel Kerimova soyledi Onun da qeyd etdiyi kimi bezen ehemiyyet vermesek de sonradan ari sancmalarinin boyuk fesadlari uze cixa bilir Bes ari sancmalari zamani ne etmeliyik Hekim pediatr Kenan Qarayev deyir ki her sey ilkin tibbi mudaxileden asilidir Bezen ari sancmasindan sonra hemin sexsin orqanizminde allergik sok reaksiyasi musahide edilir Burada onemli olan ilkin yardimin hansi formada gosterilmesidir Bezen ele olur ki ari sancan sexsde ciddi fesadlar musahide olunmur Amma ele insan var ki ari sancmasina ve ari mehsullarina qarsi allergik reaksiya verir Allergik insanlarda ari sancmasi bas verdiyi zaman xestenin hali xeyli pislese bilir Bele ki hetta bezen olum hallari da olur Dil dodaq qirtlaq ve uz nahiyesinin sancilmasi ise daha tehlukeli hesab olunur Bir nece yerden sancmalar zamani agir intoksikasiya zeherlenme inkisaf ede biler Bu halda insani derhal xestexanaya catdirmaq lazimdir Adeten bele adamlarin orqanizmi tekce ari deyil diger heserat sancmalarina qarsi da eyni reaksiyani verir Infeksiya dasiyicisi olan heseratlar sancdigi zaman ise daha ciddi fesadlar musahide olunur Bu zaman xestenin halinda agirlasmalar baslayir Yaxsi olar ki arinin sancdigi nahiyenin daha cox hisseye yayilmamasi ucun ilkin tibbi yardim vasitelerinden istifade olunsun Arinin sancdigi nahiyede iyne qalibsa iyneni oradan cixarmaq ucun mudaxile edilmelidir Calismaq lazimdir ki arinin sancdigi yere buz ve yaxud soyuq su ile isladilmis desmal qoyulsun Sancilan yeri rezinle baglamaq faydalidir Ilkin tibbi mudaxileden sonra xeste derhal xestexanaya catdirilmalidir Xestenin agrilari cox olduqda ise ona mueyyen agrikesiciler verile biler Veziyyet agir olduqda venadaxili mudaxileler edilir Bezen ari sancan zaman turkecare usullarindan istifade olunur Amma bu hec de faydali deyil Meslehetdir ki xestenin qan tezyiqi olculsun Qan tezyiqi olculdukden sonra derhal hekim mudaxilesi vacibdir Tibb elmleri doktoru Semsiyye Namazli deyir ki ari sancmalari xalq tebabetinde mualicevi metod kimi istifade olunur Amma her kesin orqanizmi eyni deyil Her bir sexs orqanizminin hessasligi immun bioloji tarazligindan asili olaraq ari sancmalarina ferqli reaksiya vere bilir Bezen hetta ari sancmalarindan sonra xeste sok veziyyetine duse bilir Ona gore demek olmaz ki her kes ari sancmasina qarsi eyni reaksiyani vereceyini gozlemek olmaz Ilan sancmalari zamani xususi dermanlar tetbiq olunur Ari sancmalari zamani ise xususi metod yoxdur Her kese ferqli qaydada tibbi mudaxile edilir Hessasligi olan insanlar ozunu ari sancmalarindan qorumalidir Cunki bele insanlarda ari sancmalari zamani orqanizm soka duse bilir Hekim qeyd etdi ki indi muasir tebabetle qedim tebabet tekmillesdirilerek ari sancmalarindan mualice metodu kimi istifade olunur Tibde bunun ehemiyyeti boyukdur Xalq tebabetinde de ari sancmalarindan istifade olunur Amma adeten turkecarelerin ari sancmalari zamani faydasi olmur Cunki arinin zeheri hemin nahiyede deri altina kecir Amma istenilen halda insanlar arasinda mueyyen fikirler kok salib Bezen hetta hansisa metodun agrini azaltdigina inanirlar Bu eslinde psixoloji bir meseledir Bele metodlarin fizioloji ehemiyyeti yoxdur