Artıq payızdır, bu ərəfələrdə havalar qəfildən dəyişir. Səhərlər günəşi görüb nazik geyinsək də, axşamlar hava adətən, soyuq olur. Bu məqamda isə qrip virusları sürətli şəkildə yayılmağa başlayır. Təkcə böyüklər deyil, elə uşaqlar da belə havalarda tez-tez xəstələnir. Amma təəssüf ki, bir çox valideyn belə məqamlarda nə edəcəyini bilmir. Bir çoxları düşünür ki, uşağı qalın geyindirməklə, xəstəlikdən sığortalamış olur. Bəs görəsən övladlarımızı soyuq havanın fəsadlarından necə qoruya bilərik? Suallarımızı Pediatr Günay Rəsulova cavablandırdı.
www.NiNa.Az gencaile.az-a istinadən bildirir ki, pediatrın sözlərinə görə, qrip virusları ilə mübarizə aparmaq üçün valideynlər diqqətli olmalıdır. Xəstəliyə yoluxan uşaqları məktəbə, yaxud bağçaya göndərmək olmaz: "Havaların soyuması ilə əlaqədar uşaqlarda tez-tez soyuqdəymə hallarına rast gəlinir. Xüsusilə, bağça, məktəb yaşlı uşaqlar günün çox hissəsini qapalı məkanlarda keçirirlər. Belə məkanlarda adətən hava cərəyanı və oksigen təminatı aşağı olur. Ona görə də, virus infeksiyaları uşaqlar arasında daha tez yayılır. Çünki orada virusların yayılması üçün əlverişli şərait var. Belə məkanlarda virusdaşıyıcı uşaq varsa, sağlam uşaqları da yoluxma riski yüksək olur. Ona görə də, xəstə uşaqları məktəbə, yaxud bağçaya yollamaq olmaz".
G.Rəsulova söylədi ki, sağlam uşaqları mümkün qədər xəstə uşaqlardan uzaq tutmaq lazımdır: "Qonaq getdiyiniz yerlərdə, yaxud evə qonaq gəldiyi zaman, xəstənin olub-olmadığını müəyyənləşdirmək lazımdır. Bəzən valideynlər belə məqamlara diqqət etmirlər. Amma ev qapalı məkandır. Xəstə olduğu zaman digər infeksiya virusları tez bir zamanda otağa yayıla bilir. Ona görə də, uşaqları belə hallar zamanı mümkün qədər uzaq tutmaq lazımdır. Qrip virusuna yoluxan uşaqları bağçaya və məktəbə göndərmək olmaz. Bu, uşağın həm özünə, həm də yoldaşlarına təhlükədir. Bəzən valideynlər dərslərindən geri qalmasın deyə, uşağı məktəbə yollayırlar. Bu, qətiyyən düzgün deyil. Çünki xəstə uşaq məktəbə, yaxud bağçaya getdikdə onda ağırlaşma riski daha da artır. Belə olduqda isə onun sonrakı dövrdə müalicəsi daha da çətinləşir. Bununla yanaşı, o digər uşaqları da virusa yoluxdurmuş olur. Çünki azyaşlı uşaqlarda immun sistemi tam formalaşmadığına görə, onların yoluxma riski yüksək olur. Yaxşı olar ki, xəstə uşaqlar bir neçə gün evdə qalıb tam sağaldıqdan sonra məktəbə getsinlər. Bundan başqa, havalar soyuyan zaman, xəstəliklərdən qorunmağın ən ideal yolu uşaqların vaksinasiyasıdır. Yeni doğulmuş uşaqları ilk 6 ayda passiv immunitet qoruyur. Amma növbəti dövrdə uşaqları infeksiyalardan qorumağın yeganə üsulu peyvəndlərdir. Yaxşı olar ki, uşaqlar vaxtında peyvənd olunsun".
Pediatr qeyd etdi ki, viruslarla mübarizədə uşağın sağlam qidalanması, düzgün yuxu rejimi önəmli rol oynayır: "Xəstəliklərlə mübarizə aparmaq üçün uşaqlar vaxtlı-vaxtında qidalanmalıdırlar. Bəzən valideynlər uşaqların gec saatlara qədər oyaq qalmasına məhəl qoymurlar. Belə uşaqlar adətən səhərlər gec oyanırlar. Bu, uşaqların boy artımına, fiziki inkişafı ilə yanaşı, immun sisteminə də mənfi təsir göstərir. Əsas faktorlardan biri də təmiz havanın qəbul olunmasıdır. Havalar soyuyanda valideynlər uşaqlarını təmiz havaya çıxarmaqdan ehtiyat edirlər. Ona görə də uşaqları qapalı əyləncə, alış-veriş mərkəzlərinə aparırlar. Yaxşı olardı ki, uşaqlar bol miqdarda təmiz hava qəbul etsinlər. Düzgün geyim qaydalarına riayət etməklə, uşaqları mütləq təmiz havaya çıxarmaq lazımdır. Əgər uşaqda qrip əlamətləri hiss olunursa, ona bol maye qəbul etdirməkdə fayda var. Həmçinin, burun tənəffüsünü bərpa etmək də vacibdir. Bunun üçün xüsusi məhlullardan və az miqdarda dəniz duzundan istifadə etmək olar".
Kateqoriya: Sağlamlıq | Baxışlar: 867
Feb 15, 2020 6:20 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Soyuq havada usaqlari viruslarindan nece qoruyaq Artiq payizdir bu erefelerde havalar qefilden deyisir Seherler gunesi gorub nazik geyinsek de axsamlar hava adeten soyuq olur Bu meqamda ise qrip viruslari suretli sekilde yayilmaga baslayir Tekce boyukler deyil ele usaqlar da bele havalarda tez tez xestelenir Amma teessuf ki bir cox valideyn bele meqamlarda ne edeceyini bilmir Bir coxlari dusunur ki usagi qalin geyindirmekle xestelikden sigortalamis olur Bes goresen ovladlarimizi soyuq havanin fesadlarindan nece qoruya bilerik Suallarimizi Pediatr Gunay Resulova cavablandirdi b s b gencaile az a istinaden bildirir ki pediatrin sozlerine gore qrip viruslari ile mubarize aparmaq ucun valideynler diqqetli olmalidir Xesteliye yoluxan usaqlari mektebe yaxud bagcaya gondermek olmaz Havalarin soyumasi ile elaqedar usaqlarda tez tez soyuqdeyme hallarina rast gelinir Xususile bagca mekteb yasli usaqlar gunun cox hissesini qapali mekanlarda kecirirler Bele mekanlarda adeten hava cereyani ve oksigen teminati asagi olur Ona gore de virus infeksiyalari usaqlar arasinda daha tez yayilir Cunki orada viruslarin yayilmasi ucun elverisli serait var Bele mekanlarda virusdasiyici usaq varsa saglam usaqlari da yoluxma riski yuksek olur Ona gore de xeste usaqlari mektebe yaxud bagcaya yollamaq olmaz G Resulova soyledi ki saglam usaqlari mumkun qeder xeste usaqlardan uzaq tutmaq lazimdir Qonaq getdiyiniz yerlerde yaxud eve qonaq geldiyi zaman xestenin olub olmadigini mueyyenlesdirmek lazimdir Bezen valideynler bele meqamlara diqqet etmirler Amma ev qapali mekandir Xeste oldugu zaman diger infeksiya viruslari tez bir zamanda otaga yayila bilir Ona gore de usaqlari bele hallar zamani mumkun qeder uzaq tutmaq lazimdir Qrip virusuna yoluxan usaqlari bagcaya ve mektebe gondermek olmaz Bu usagin hem ozune hem de yoldaslarina tehlukedir Bezen valideynler derslerinden geri qalmasin deye usagi mektebe yollayirlar Bu qetiyyen duzgun deyil Cunki xeste usaq mektebe yaxud bagcaya getdikde onda agirlasma riski daha da artir Bele olduqda ise onun sonraki dovrde mualicesi daha da cetinlesir Bununla yanasi o diger usaqlari da virusa yoluxdurmus olur Cunki azyasli usaqlarda immun sistemi tam formalasmadigina gore onlarin yoluxma riski yuksek olur Yaxsi olar ki xeste usaqlar bir nece gun evde qalib tam sagaldiqdan sonra mektebe getsinler Bundan basqa havalar soyuyan zaman xesteliklerden qorunmagin en ideal yolu usaqlarin vaksinasiyasidir Yeni dogulmus usaqlari ilk 6 ayda passiv immunitet qoruyur Amma novbeti dovrde usaqlari infeksiyalardan qorumagin yegane usulu peyvendlerdir Yaxsi olar ki usaqlar vaxtinda peyvend olunsun Pediatr qeyd etdi ki viruslarla mubarizede usagin saglam qidalanmasi duzgun yuxu rejimi onemli rol oynayir Xesteliklerle mubarize aparmaq ucun usaqlar vaxtli vaxtinda qidalanmalidirlar Bezen valideynler usaqlarin gec saatlara qeder oyaq qalmasina mehel qoymurlar Bele usaqlar adeten seherler gec oyanirlar Bu usaqlarin boy artimina fiziki inkisafi ile yanasi immun sistemine de menfi tesir gosterir Esas faktorlardan biri de temiz havanin qebul olunmasidir Havalar soyuyanda valideynler usaqlarini temiz havaya cixarmaqdan ehtiyat edirler Ona gore de usaqlari qapali eylence alis veris merkezlerine aparirlar Yaxsi olardi ki usaqlar bol miqdarda temiz hava qebul etsinler Duzgun geyim qaydalarina riayet etmekle usaqlari mutleq temiz havaya cixarmaq lazimdir Eger usaqda qrip elametleri hiss olunursa ona bol maye qebul etdirmekde fayda var Hemcinin burun teneffusunu berpa etmek de vacibdir Bunun ucun xususi mehlullardan ve az miqdarda deniz duzundan istifade etmek olar