Səfər ayının 28-i İslam Peyğəmbərinin vəfatının ildönümüdür. Həzrət Mühəmməd Peyğəmbərin (s) ömrünün son iki ayı ağır xəstəlik içində keçmişdi. O həzrət ömrünün başa çatmaq üzrə olduğunu bilir və bu barədə müsəlmanları dönə-dönə xəbərdar edirdi.
Peyğəmbərin məqsədi bu idi ki, Onun ölümü müsəlmanları qəfil haqlamasın və hələ kövrək olan Islam ümməti bu itkidən sarsılmasın.
www.NiNa.Az islam.az-a istinadən bildirir ki, Peyğəmbərin öz ölümünü qabaqcadan hiss etməsi qeyri-mümkün iş deyil. Nəinki peyğəmbərlər və imamlar, hətta bəzi övliyalar belə, öz ölümlərini bir müddət əvvəldən duyur və Allahla görüşə hazırlaşırlar. Peyğəmbər ölümünün yaxında olduğunu bəzi əlamətlərdən duymuşdu. Məsələn, hər il vəhy mələyi Cəbrail bir dəfə o həzrətin görüşünə gəlir və onlar həmin zamana kimi nazil olmuş ayələri birlikdə oxuyurdular. Həmin il Cəbrail Quranı iki dəfə Peyğəmbərlə oxudu. Həmçinin, vida həcci zamanı nazil olmuş Maidə surəsinin 67-ci ayəsi artıq o həzrətin peyğəmbərlik missiyasının başa çatmaq üzrə olduğunu xəbər verdi. Vəfatından təqribən 80 gün əvvəl - vida həcci zamanı İslam mümləkətinin ən müxtəlif guşələrindən gəlmiş 100 min nəfər müsəlmanın qarşısında Peyğəmbər tezliklə vəfat edəcəyini söylədi və ən mühüm vəsiyyətlərini xatırlatdı. Maraqlıdır ki, İslamın düşmənləri üçün bu xəbər əsl fürsətə çevrildi. Həzrət Mühəmmədin (s) tezliklə vəfat edəcəyini Onun öz dilindən eşidən bəzi şəxslər fürsəti qənimət bilib peyğəmbərlik iddiası ilə çıxış etdilər. Təsadüfi deyil ki, Müseylimə, Tüleyhə, Səccah, Əsvəd kimi yalançı "peyğəmbər"lər məhz Həzrət Mühəmmədin (s) həyatının son aylarında fəaliyyətə başlamışdılar. Onlar güman edirdilər ki, müsəlman icması öz başçısını itirdikdə böyük sarsıntıya düşəcək və ərəbləri Islamdan döndərmək asan olacaq. Lakin tarix onların bu gümanının səhv olduğunu sübuta yetirdi. Həzrət Mühəmmədin (s) həyatının son günlərində və vəfatından sonrakı qısa müddət ərzində yalançı "peyğəmbər"lərin hamısının təxribatının qarşısı uğurla alındı. Onların əksəriyyəti birinci xəlifə Əbu Bəkrin zamanında təslim edildi. Yəməndə özünü "peyğəmbər" elan etmiş Əsvədin müsəlmanlar tərəfindən qətlə yetirilməsinin xəbəri isə Mədinəyə Peyğəmbərin vəfatından cəmi bir gün əvvəl gəlib-çatdı.
İslam Peyğəmbəri özündən sonra ümmətin halı üçün təşviş keçirirdi. Onu xüsusilə müsəlmanların yaxın qonşusu olan Bizans imperiyası narahat edirdi. Peyğəmbər bilirdi ki, Onun vəfat xəbərini eşidəndən dərhal sonra bizanslılar İslam torpaqlarına qarşı böyük hücuma keçəcəklər. Bu hücumu qabaqlamaq üçün o həzrət özü müsəlmanlara səfərbərlik əmri verdi və təşkil olunmuş qoşuna 3 il bundan əvvəl Mötə məntəqəsində bizanslılarla müsəlmanlar arasında baş vermiş döyüşdə şəhid olmuş Zeyd ibn Harisənin oğlu Üsamə ibn Zeydi sərkərdə seçdi. Lakin bəzi qocaman səhabələr yenicə həddi-büluğ yaşına çatmış Üsamənin başçılığı altında döyşməkdən imtina etdikləri üçün qoşunun səfərbərlik işləri ləngiyirdi. Üsamə Mədinədən kənarda düşərgə qurub hamının toplaşmasını gözləyirdi.
Həzrət Mühəmməd Peyğəmbər (s) ömrünün son günlərində dəfələrlə Məscidün-nəbəviyə gəlir və müsəlmanlar qarşısında çıxış edirdi. Çox zaman bədəni hərarət içində yandığı üçün əmisi oğulları Əli ibn Əbu Talibin, Fəzl ibn Abbasın və başqa yaxın qohumlarının çiyninə dayaqlanaraq hərəkət edirdi. Belə günlərin birində o, məscidə gəlib müsəlmanları sərt bir şəkildə qınadı və hamını Üsamənin qoşununa qatılmağa çağırdı. Təəssüf ki, səhabələrin bəziləri Peyğəmbərin səhhətindən narahat olduqları, bəziləri isə o həzrətin vəfatından sonrakı xəlifə seçkilərinə nəzarəti əldən buraxmaq istəmədikləri üçün bu tapşırığı yenə qulaqardına vurdular. Nəticədə, Üsamənin Şam bölgəsinə yürüşü yalnız Peyğəmbərin vəfatından sonra, Əbu Bəkrin xilafətinin ilk günlərində baş tuta bildi.
Peyğəmbər xəstə halda ikən Əlinin (və ya əhli-sünnə rəvayətlərinə görə səhabələrdən Əbu Müveyhibənin ya Əbu Rafenin, ya da Büreyrənin) müşayiəti il Bəqi məzarlığına getdi, orada dəfn olunanların ruhuna Allahdan rəhmət dilədi, öz əzizlərinin məzarı ilə vidalaşdı.
Bəzi mənbələrdə xəbər verilir ki, Peyğəmbər ömrünün son günlərində yataq xəstəsi olduğu halda ən yaxın səhabələri ətrafına toplamış və vəsiyyətini yazdırmaq istəyində olduğunu dilə gətirmişdi. Lakin bəzi səhabələr: "Quran bizə bəsdir, bundan başqa tapşırığa ehtiyacımız yoxdur" - deyə, buna mane olmuş və nəticədə Peyğəmbər qəzəblənib hamını otaqdan qovmuşdu. Bir daha qeyd edirik ki, bu rəvayət bütün mənbələrdə deyil, bəzi kitablarda (əsasən, şiə yönümlü mənbələrdə) və fərqli varinatlarda qeyd edilib.
Yuxarıda qeyd etdiyimiz kimi, Həzrət Mühəmməd (s) həyatının son günlərinə kimi müsəlmanlarla rabitəni kəsmir, çətinliklə olsa da məscidə gedib camaatla görüşürdü. Bir gün qızdırmalı halda, başına nəm dəsmal bağlamış vəziyyətdə, Əlinin və Fəzl ibn Abbasın çiyninə söykənib ayaqlarını yerlə sürüdərək özünü məscidə çatdırdı, minbərə qalxıb səhabələrlə vidalaşdı. Buyurdu ki, hər kimə vəd verib yerinə yetirməmişəmsə desin ki, bu dünyanı borclu halda tərk etməyim. Səhabələrdən biri qalxıb dedi: "Ey Allahın Rəsulu! Mənə söz vermişdiniz ki, əgər evlənsəm, mənə beytül-maldan maddi yardım verəcəksiniz". Peyğəmbər tapşırdı ki, beytül-maldan həmin səhabəyə bir miqdar pul versinlər. Vəfatından 3 gün əvvəl yenə məscidə gəlib minbərə qalxdı, camaatdan halallıq istədi, kimin boynunda haqqı olduğunu söylədi. Səvadə ibn Qeys adlı bir səhabə qalxıb söylədi: "Taif səfərindən qayıdanda mən Sizin yanınızda durmuşdum. Siz öz atınızı yerindən tərpətmək üçün qırmancı qaldırıb vurdunuz, amma qırmanc mənim kürəyimə dəydi. Indi həmin zərbənin qisasını tələb edirəm". Peyğəmbər etiraz etmədən öz evinə adam göndərdi ki, həmin qırmancı gətirsinlər. Sonra köynəyinin ətəyini yuxarı qaldırıb kürəyini açdı və Səvadəyə icazə verdi ki, həmin zərbənin əvəzinə qırmancla Onu vursun. Hamı heyrət və dəhşət içində bu səhnəni izləyirdi. Amma Səvadə irəli gəlib o həzrətin sinəsindən və kürəyindən öpdü, söylədi: "Elə bilməyin ki, mən Sizə qarşı bu qədər hörmətsizlik edə bilərəm. Mənim məqsədim bu idi ki, kürəyinizdəki peyğəmbərlik nişanını gözlərimlə görüm və öpüm. Indi öz arzuma çatdım".
Həzrət Mühəmməd Peyğəmbər (s) özünə məxsus 7 dirhəm pulu Aişənin hücrəsində saxlamışdı. Həyatının son günlərində pulları gətirməyi tapşırdı, dirhəmləri əlində tutub buyurdu: "Rəbbinə etimad bəsləyən bir insan Onun hüzuruna bunlara sahib olduğu halda gedərmi?". Daha sonra o həzrət dinarları Əliyə verdi ki, kasıbların arasında paylasın.
Qeyd edilməli məsələlərdən biri də budur ki, Həzrət Mühəmməd Peyğəmbər (s) ömrünün son günlərini ümmül-möminin Aişənin hücrəsində keçirmişdir. O həzrətin xanımlarından ötrü Məscidün-nəbəviyə bitişik ayrı-ayrı hücrələr (otaqlar) tikilmişdi. Peyğəmbər növbə ilə bu hücrələrdə xanımları ilə qalırdı. Lakin xəstəliyi şiddətləndiyi zaman Onun yatağını Aişənin hücrəsində hazırladılar və Islam Peyğəmbəri burada dünyasını dəyişdi. Bununla belə, Peyğəmbərin yaxın qohumları - qızı Fatimə, kürəkəni Əli ibn Əbu Talib, nəvələri Həsənlə Hüseyn, əmisi oğulları Fəzl, Qüsəm və başqaları Onu tez-tez ziyarət edirdilər. Xüsusilə, Əli bir an da olsa Peyğəmbərin yanından ayrılmırdı. Məhz buna görə bu gün də Peyğəmbər vəfat edərkən yanında kimin olması barədə məlumatlar fərqlidr. Hədislərin bir qismində o həzrət vəfat edərkən başını Aişənin qucağına qoyduğu, bir qismində isə Əlinin çiyninə dayaqlandığı bildirilir.
Ömrünün son saatlarında Peyğəmbər öz qızı Fatiməni görmək istədi. Fatimeyi-Zəhra ilə atasının son söhbəti təklikdə oldu. Kənardan baxanlar gördülər ki, Fatimə qulağını Peyğəmbərin dodaqlarına yaxınlaşdırdı, eşitdiyi sözlərdən əvvəlcə kədərləndi və qəhər Onu boğdu. Amma daha sonra atasının dilindən nə eşitdisə, razı halda gülümsədi. Sonralar bu barədə Fatimədən soruşdular. O belə dedi: "Atam əvvəlcə mənə xəbər verdi ki, çox tezliklə bizdən ayrılıb vəfat edəcək. Bu xəbər məni kədərləndirdi. Amma ardınca buyurdu ki, tezliklə mən də dünyamı dəyişib, axirət aləmində Onunla görüşəcəyəm. Ona görə sevindim".
Həzrət Mühəmməd Peyğəmbər (s) hicrətin 11-ci ilində səfər ayının 28-də, bazar ertəsi günorta vaxtı dünyasını dəyişdi. Rəvayətə görə, həmin gün sübh vaxtı o həzrətin əhvalı yüngülləşmişdi. Hətta səhabələr bunu görüb sevinmişdilər. Lakin sonra qəfildən əhvalı pisləşdi, hərarəti artdı. Ümmül-möminin Aişə rəvayət edir: Mən dəfələrlə Allah Rəsulundan eşitmişdim ki, hər bir peyğəmbərin ölüm saatı çatanda Allah onu həyatla ölüm seçimi arasında qoyur. Peyğəmbərə vəhy olunur ki, həyatını davam etdirmək istəyir, yoxsa ölmək arzusundadır? Aişə rəvayət edir ki, Həzrət Mühəmməd (s) ömrünün son anlarında gözlərini səmaya doğru qaldırıb buyurdu: "Bəl ər-rəfiqul-ə'la". Yəni "uca dostu seçirəm". Aişə bu sözlərdən başa düşür ki, artıq Peyğəmbər dünyanı tərk etmək üzrədir, Ona həyatla ölüm arasında seçki aparmaq təklif edilib və o həzrət uca dostun (yəni Allahın) hüzuruna getməyi üstün tutub.
İmam Əli ibn Əbu Talib isə xatırlayırdı ki, Peyğəmbər həyatının son anında başını Onun qucağına qoyaraq bu sözləri buyurmuşdu: "Əs-səlah, əs-səlah" (yəni "namaz, namaz").
Kateqoriya: Din | Baxışlar: 910
Nov 10, 2019 6:19 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Peygemberin son gunleri Sefer ayinin 28 i Islam Peygemberinin vefatinin ildonumudur Hezret Muhemmed Peygemberin s omrunun son iki ayi agir xestelik icinde kecmisdi O hezret omrunun basa catmaq uzre oldugunu bilir ve bu barede muselmanlari done done xeberdar edirdi Peygemberin meqsedi bu idi ki Onun olumu muselmanlari qefil haqlamasin ve hele kovrek olan Islam ummeti bu itkiden sarsilmasin b s b islam az a istinaden bildirir ki Peygemberin oz olumunu qabaqcadan hiss etmesi qeyri mumkun is deyil Neinki peygemberler ve imamlar hetta bezi ovliyalar bele oz olumlerini bir muddet evvelden duyur ve Allahla goruse hazirlasirlar Peygember olumunun yaxinda oldugunu bezi elametlerden duymusdu Meselen her il vehy meleyi Cebrail bir defe o hezretin gorusune gelir ve onlar hemin zamana kimi nazil olmus ayeleri birlikde oxuyurdular Hemin il Cebrail Qurani iki defe Peygemberle oxudu Hemcinin vida hecci zamani nazil olmus Maide suresinin 67 ci ayesi artiq o hezretin peygemberlik missiyasinin basa catmaq uzre oldugunu xeber verdi Vefatindan teqriben 80 gun evvel vida hecci zamani Islam mumleketinin en muxtelif guselerinden gelmis 100 min nefer muselmanin qarsisinda Peygember tezlikle vefat edeceyini soyledi ve en muhum vesiyyetlerini xatirlatdi Maraqlidir ki Islamin dusmenleri ucun bu xeber esl fursete cevrildi Hezret Muhemmedin s tezlikle vefat edeceyini Onun oz dilinden esiden bezi sexsler furseti qenimet bilib peygemberlik iddiasi ile cixis etdiler Tesadufi deyil ki Museylime Tuleyhe Seccah Esved kimi yalanci peygember ler mehz Hezret Muhemmedin s heyatinin son aylarinda fealiyyete baslamisdilar Onlar guman edirdiler ki muselman icmasi oz bascisini itirdikde boyuk sarsintiya dusecek ve erebleri Islamdan dondermek asan olacaq Lakin tarix onlarin bu gumaninin sehv oldugunu subuta yetirdi Hezret Muhemmedin s heyatinin son gunlerinde ve vefatindan sonraki qisa muddet erzinde yalanci peygember lerin hamisinin texribatinin qarsisi ugurla alindi Onlarin ekseriyyeti birinci xelife Ebu Bekrin zamaninda teslim edildi Yemende ozunu peygember elan etmis Esvedin muselmanlar terefinden qetle yetirilmesinin xeberi ise Medineye Peygemberin vefatindan cemi bir gun evvel gelib catdi Islam Peygemberi ozunden sonra ummetin hali ucun tesvis kecirirdi Onu xususile muselmanlarin yaxin qonsusu olan Bizans imperiyasi narahat edirdi Peygember bilirdi ki Onun vefat xeberini esidenden derhal sonra bizanslilar Islam torpaqlarina qarsi boyuk hucuma kececekler Bu hucumu qabaqlamaq ucun o hezret ozu muselmanlara seferberlik emri verdi ve teskil olunmus qosuna 3 il bundan evvel Mote menteqesinde bizanslilarla muselmanlar arasinda bas vermis doyusde sehid olmus Zeyd ibn Harisenin oglu Usame ibn Zeydi serkerde secdi Lakin bezi qocaman sehabeler yenice heddi bulug yasina catmis Usamenin basciligi altinda doysmekden imtina etdikleri ucun qosunun seferberlik isleri lengiyirdi Usame Medineden kenarda duserge qurub haminin toplasmasini gozleyirdi Hezret Muhemmed Peygember s omrunun son gunlerinde defelerle Mescidun nebeviye gelir ve muselmanlar qarsisinda cixis edirdi Cox zaman bedeni heraret icinde yandigi ucun emisi ogullari Eli ibn Ebu Talibin Fezl ibn Abbasin ve basqa yaxin qohumlarinin ciynine dayaqlanaraq hereket edirdi Bele gunlerin birinde o mescide gelib muselmanlari sert bir sekilde qinadi ve hamini Usamenin qosununa qatilmaga cagirdi Teessuf ki sehabelerin bezileri Peygemberin sehhetinden narahat olduqlari bezileri ise o hezretin vefatindan sonraki xelife seckilerine nezareti elden buraxmaq istemedikleri ucun bu tapsirigi yene qulaqardina vurdular Neticede Usamenin Sam bolgesine yurusu yalniz Peygemberin vefatindan sonra Ebu Bekrin xilafetinin ilk gunlerinde bas tuta bildi Peygember xeste halda iken Elinin ve ya ehli sunne revayetlerine gore sehabelerden Ebu Muveyhibenin ya Ebu Rafenin ya da Bureyrenin musayieti il Beqi mezarligina getdi orada defn olunanlarin ruhuna Allahdan rehmet diledi oz ezizlerinin mezari ile vidalasdi Bezi menbelerde xeber verilir ki Peygember omrunun son gunlerinde yataq xestesi oldugu halda en yaxin sehabeleri etrafina toplamis ve vesiyyetini yazdirmaq isteyinde oldugunu dile getirmisdi Lakin bezi sehabeler Quran bize besdir bundan basqa tapsiriga ehtiyacimiz yoxdur deye buna mane olmus ve neticede Peygember qezeblenib hamini otaqdan qovmusdu Bir daha qeyd edirik ki bu revayet butun menbelerde deyil bezi kitablarda esasen sie yonumlu menbelerde ve ferqli varinatlarda qeyd edilib Yuxarida qeyd etdiyimiz kimi Hezret Muhemmed s heyatinin son gunlerine kimi muselmanlarla rabiteni kesmir cetinlikle olsa da mescide gedib camaatla gorusurdu Bir gun qizdirmali halda basina nem desmal baglamis veziyyetde Elinin ve Fezl ibn Abbasin ciynine soykenib ayaqlarini yerle suruderek ozunu mescide catdirdi minbere qalxib sehabelerle vidalasdi Buyurdu ki her kime ved verib yerine yetirmemisemse desin ki bu dunyani borclu halda terk etmeyim Sehabelerden biri qalxib dedi Ey Allahin Resulu Mene soz vermisdiniz ki eger evlensem mene beytul maldan maddi yardim vereceksiniz Peygember tapsirdi ki beytul maldan hemin sehabeye bir miqdar pul versinler Vefatindan 3 gun evvel yene mescide gelib minbere qalxdi camaatdan halalliq istedi kimin boynunda haqqi oldugunu soyledi Sevade ibn Qeys adli bir sehabe qalxib soyledi Taif seferinden qayidanda men Sizin yaninizda durmusdum Siz oz atinizi yerinden terpetmek ucun qirmanci qaldirib vurdunuz amma qirmanc menim kureyime deydi Indi hemin zerbenin qisasini teleb edirem Peygember etiraz etmeden oz evine adam gonderdi ki hemin qirmanci getirsinler Sonra koyneyinin eteyini yuxari qaldirib kureyini acdi ve Sevadeye icaze verdi ki hemin zerbenin evezine qirmancla Onu vursun Hami heyret ve dehset icinde bu sehneni izleyirdi Amma Sevade ireli gelib o hezretin sinesinden ve kureyinden opdu soyledi Ele bilmeyin ki men Size qarsi bu qeder hormetsizlik ede bilerem Menim meqsedim bu idi ki kureyinizdeki peygemberlik nisanini gozlerimle gorum ve opum Indi oz arzuma catdim Hezret Muhemmed Peygember s ozune mexsus 7 dirhem pulu Aisenin hucresinde saxlamisdi Heyatinin son gunlerinde pullari getirmeyi tapsirdi dirhemleri elinde tutub buyurdu Rebbine etimad besleyen bir insan Onun huzuruna bunlara sahib oldugu halda gedermi Daha sonra o hezret dinarlari Eliye verdi ki kasiblarin arasinda paylasin Qeyd edilmeli meselelerden biri de budur ki Hezret Muhemmed Peygember s omrunun son gunlerini ummul mominin Aisenin hucresinde kecirmisdir O hezretin xanimlarindan otru Mescidun nebeviye bitisik ayri ayri hucreler otaqlar tikilmisdi Peygember novbe ile bu hucrelerde xanimlari ile qalirdi Lakin xesteliyi siddetlendiyi zaman Onun yatagini Aisenin hucresinde hazirladilar ve Islam Peygemberi burada dunyasini deyisdi Bununla bele Peygemberin yaxin qohumlari qizi Fatime kurekeni Eli ibn Ebu Talib neveleri Hesenle Huseyn emisi ogullari Fezl Qusem ve basqalari Onu tez tez ziyaret edirdiler Xususile Eli bir an da olsa Peygemberin yanindan ayrilmirdi Mehz buna gore bu gun de Peygember vefat ederken yaninda kimin olmasi barede melumatlar ferqlidr Hedislerin bir qisminde o hezret vefat ederken basini Aisenin qucagina qoydugu bir qisminde ise Elinin ciynine dayaqlandigi bildirilir Omrunun son saatlarinda Peygember oz qizi Fatimeni gormek istedi Fatimeyi Zehra ile atasinin son sohbeti teklikde oldu Kenardan baxanlar gorduler ki Fatime qulagini Peygemberin dodaqlarina yaxinlasdirdi esitdiyi sozlerden evvelce kederlendi ve qeher Onu bogdu Amma daha sonra atasinin dilinden ne esitdise razi halda gulumsedi Sonralar bu barede Fatimeden sorusdular O bele dedi Atam evvelce mene xeber verdi ki cox tezlikle bizden ayrilib vefat edecek Bu xeber meni kederlendirdi Amma ardinca buyurdu ki tezlikle men de dunyami deyisib axiret aleminde Onunla goruseceyem Ona gore sevindim Hezret Muhemmed Peygember s hicretin 11 ci ilinde sefer ayinin 28 de bazar ertesi gunorta vaxti dunyasini deyisdi Revayete gore hemin gun subh vaxti o hezretin ehvali yungullesmisdi Hetta sehabeler bunu gorub sevinmisdiler Lakin sonra qefilden ehvali pislesdi herareti artdi Ummul mominin Aise revayet edir Men defelerle Allah Resulundan esitmisdim ki her bir peygemberin olum saati catanda Allah onu heyatla olum secimi arasinda qoyur Peygembere vehy olunur ki heyatini davam etdirmek isteyir yoxsa olmek arzusundadir Aise revayet edir ki Hezret Muhemmed s omrunun son anlarinda gozlerini semaya dogru qaldirib buyurdu Bel er refiqul e 39 la Yeni uca dostu secirem Aise bu sozlerden basa dusur ki artiq Peygember dunyani terk etmek uzredir Ona heyatla olum arasinda secki aparmaq teklif edilib ve o hezret uca dostun yeni Allahin huzuruna getmeyi ustun tutub Imam Eli ibn Ebu Talib ise xatirlayirdi ki Peygember heyatinin son aninda basini Onun qucagina qoyaraq bu sozleri buyurmusdu Es selah es selah yeni namaz namaz