Nəzakət Teymurova: “Anam qohumlarını təbrik edir, uşaq kimi sevinir”
“87 yaşlı anam zəng edib qohumlarımızı kəndlərin geri alınması münasibəti ilə təbrik edir. Onun bu cür xoşbəxtliyini görmək mənim üçün ən ali hissdir”.
Bunu “Azvision.az”a Xalq artisti Nəzakət Teymurova ordumuzun uğurlu döyüşlərindən danışarkən deyib.
Xanəndə bildirib ki, sevinc gözyaşları ilə cəbhə xəbərlərini izləyir və əsgərlərimiz üçün dualar edir:
“Torpaq heç nə ilə əvəz edilmir. İllər keçir, dərdlər unudulur, amma bu həsrət keçmir.
Torpaq adamı özünə çəkir. Müqəddəsliyini, dəyərliliyini bir daha sübut edir, bildirir ki, bu torpaqdan yaranmısansa, bu torpağın övladısansa, onun çağırışına haray verməlisən. Mənim 87 yaşında anam var. Əlinə telefon alıb neçə gündür ki, bütün qohumlarını təbrik edir, uşaq kimi sevinir. Ona kənardan baxanda, üzündəki xoşbəxtliyi görəndə göz yaşlarımı saxlaya bilmirəm.
Yuxularımda, xəyallarımda qəsəbəmizi görürəm. Bəlkə də bu 30 ildə qazandığım uğurlar yadımda qalmayıb, ancaq Ağdamda 16 yaşıma qədər yaşadığım gözəlliklər mənim yadımdan çıxmayıb. Prezidentimizə, ordumuza təşəkkür edirəm ki, 30 illik həsrətimizə son qoyur.
Ermənilərin qaçması səhnəsinə baxanda kəndimizdən çıxdığımız günü xatırladım. Ağdam işğal olunanda üzümüzə söz vururdular ki, siz qaçıb gəlmisiniz. O qaçmaq deyildi. Torpaq əmanəti idi. Candərdi çıxmaq idi. Bu günlərdə sevincli xəbərlər istəyirəm. Sevinc göz yaşı axıtmaq istəyirəm. Sevimli kəndim Əlmədətlidə rahatlıq tapmağa can atıram. Neçə illərdir ki, torpağımızdakı o rahatlığı axtarıram. Bəlkə də ayağım o torpağa dəysə, əlim bulağımızın suyuna toxunsa, mən dinclik tapacam. Uçmuş, dağılmış torpağımı görmək arzusundayam”.
Kateqoriya: Mədəniyyət | Baxışlar: 357
Oct 2, 2020 9:06 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Nezaket Teymurova Anam qohumlarini tebrik edir usaq kimi sevinir 87 yasli anam zeng edib qohumlarimizi kendlerin geri alinmasi munasibeti ile tebrik edir Onun bu cur xosbextliyini gormek menim ucun en ali hissdir Bunu Azvision az a Xalq artisti Nezaket Teymurova ordumuzun ugurlu doyuslerinden danisarken deyib Xanende bildirib ki sevinc gozyaslari ile cebhe xeberlerini izleyir ve esgerlerimiz ucun dualar edir Torpaq hec ne ile evez edilmir Iller kecir derdler unudulur amma bu hesret kecmir Torpaq adami ozune cekir Muqeddesliyini deyerliliyini bir daha subut edir bildirir ki bu torpaqdan yaranmisansa bu torpagin ovladisansa onun cagirisina haray vermelisen Menim 87 yasinda anam var Eline telefon alib nece gundur ki butun qohumlarini tebrik edir usaq kimi sevinir Ona kenardan baxanda uzundeki xosbextliyi gorende goz yaslarimi saxlaya bilmirem Yuxularimda xeyallarimda qesebemizi gorurem Belke de bu 30 ilde qazandigim ugurlar yadimda qalmayib ancaq Agdamda 16 yasima qeder yasadigim gozellikler menim yadimdan cixmayib Prezidentimize ordumuza tesekkur edirem ki 30 illik hesretimize son qoyur Ermenilerin qacmasi sehnesine baxanda kendimizden cixdigimiz gunu xatirladim Agdam isgal olunanda uzumuze soz vururdular ki siz qacib gelmisiniz O qacmaq deyildi Torpaq emaneti idi Canderdi cixmaq idi Bu gunlerde sevincli xeberler isteyirem Sevinc goz yasi axitmaq isteyirem Sevimli kendim Elmedetlide rahatliq tapmaga can atiram Nece illerdir ki torpagimizdaki o rahatligi axtariram Belke de ayagim o torpaga deyse elim bulagimizin suyuna toxunsa men dinclik tapacam Ucmus dagilmis torpagimi gormek arzusundayam