“Legiya"dan çəkinmirik, onların üzərinə gedəcəyik” - Qurban Qurbanov
"Belə bir vaxtda komandanı idarə etmək asan deyil. Hamımızın fikri ön cəbhəyə yönəlib".
www.NiNa.Az sportnet.az-a istinadla xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsinin Polşa "Legiya"sı ilə səfər oyunu öncəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərin suallarını cavablandırarkən deyib.
48 yaşlı mütəxəssis bildirib ki, məşqçilər heyəti futbolçuları oyuna düzgün hazırlamağa, onlara doğru informasiya verməyə çalışır: "Bilirik ki, vacib oyuna çıxacağıq. Mərhələ bir matçdan ibarətdir. Üstəlik, səfərdə oynayacağıq. Rəqib ardıcıl 4-cü matçını evdə keçirəcək. İtkilərimiz çox olsa da, yaxşı nəticə qazanmağa çalışacağıq. Səfərə məğlub olmağa getmirik. Oyuna yaxşı hazırlaşmışıq. Rəqibdən çəkinmirik, uduzsaq belə, onların üzərinə gedəcəyik. İnanıram ki, futbolçular vəziyyəti yaxşı dərk edirlər. Hamımız istəkli və arzuluyuq".
UEFA-nın hər hansı təxribatın qarşısının əvvəlcədən alınması üçün "Legiya" ilə oyuna xüsusi nümayəndə təyin etməsinə toxunan Qurbanov heç kimdən çəkinmədiklərini söyləyib: "Onları yaxşı tanıyırıq. Ona görə də bizim üçün elə də önəmli deyil. UEFA öz üstünə düşən vəzifəni yerinə yetirəcək. Biz isə öz oyunumuza hazırlaşacağıq və meydanda çəkinmədən mübarizə aparacağıq. İnanmıram ki, ermənilər biz olan tərəfə yaxın gəlsinlər. Həmişəki kimi, məndə belə hisslər var. Kimsə gəlsə belə, kənardan nə isə edib qaçacaq".
Baş məşqçi haitili yarımmüdafiəçi Donald Geryedən başqa bütün futboçuların Polşaya aparıldığını deyib: "Xayme Romero iki gündür məşqlərə başlayıb. Abdullah Zubir isə hazırlığa 1 gün öncə start vermişdi, komanda ilə daha çox məşq edib. Mahir Emrelinin durumu onlardan bir qədər pisdir. Düzdür, komanda ilə məşq etdi, bəzi anlarda onu qoruduq. Amma oyuna hələ 2 gün var. İnanıram ki, matçadək hamısı daha yaxşı vəziyyətdə olacaq".
Qeyd edək ki, oktyabrın 1-də Polşadakı "Voyska Polskoqo" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Kateqoriya: İdman | Baxışlar: 250
Sep 29, 2020 8:17 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Legiya dan cekinmirik onlarin uzerine gedeceyik Qurban Qurbanov Bele bir vaxtda komandani idare etmek asan deyil Hamimizin fikri on cebheye yonelib b s b sportnet az a istinadla xeber verir ki bunu Qarabag in bas mesqcisi Qurban Qurbanov UEFA Avropa Liqasinin pley off merhelesinin Polsa Legiya si ile sefer oyunu oncesi Heyder Eliyev Beynelxalq Aeroportunda jurnalistlerin suallarini cavablandirarken deyib 48 yasli mutexessis bildirib ki mesqciler heyeti futbolculari oyuna duzgun hazirlamaga onlara dogru informasiya vermeye calisir Bilirik ki vacib oyuna cixacagiq Merhele bir matcdan ibaretdir Ustelik seferde oynayacagiq Reqib ardicil 4 cu matcini evde kecirecek Itkilerimiz cox olsa da yaxsi netice qazanmaga calisacagiq Sefere meglub olmaga getmirik Oyuna yaxsi hazirlasmisiq Reqibden cekinmirik uduzsaq bele onlarin uzerine gedeceyik Inaniram ki futbolcular veziyyeti yaxsi derk edirler Hamimiz istekli ve arzuluyuq UEFA nin her hansi texribatin qarsisinin evvelceden alinmasi ucun Legiya ile oyuna xususi numayende teyin etmesine toxunan Qurbanov hec kimden cekinmediklerini soyleyib Onlari yaxsi taniyiriq Ona gore de bizim ucun ele de onemli deyil UEFA oz ustune dusen vezifeni yerine yetirecek Biz ise oz oyunumuza hazirlasacagiq ve meydanda cekinmeden mubarize aparacagiq Inanmiram ki ermeniler biz olan terefe yaxin gelsinler Hemiseki kimi mende bele hissler var Kimse gelse bele kenardan ne ise edib qacacaq Bas mesqci haitili yarimmudafieci Donald Geryeden basqa butun futbocularin Polsaya aparildigini deyib Xayme Romero iki gundur mesqlere baslayib Abdullah Zubir ise hazirliga 1 gun once start vermisdi komanda ile daha cox mesq edib Mahir Emrelinin durumu onlardan bir qeder pisdir Duzdur komanda ile mesq etdi bezi anlarda onu qoruduq Amma oyuna hele 2 gun var Inaniram ki matcadek hamisi daha yaxsi veziyyetde olacaq Qeyd edek ki oktyabrin 1 de Polsadaki Voyska Polskoqo stadionunda kecirilecek qarsilasma Baki vaxti ile saat 22 00 da baslayacaq