Payız romantik duyğuların oyandığı, xatirələrin yada düşdüyü fəsildir. İlin bu fəsli kimlərdəsə depressiya, tənhalıq və gücün tükənmə dövrüdür. Payızın gəlişi bir sıra hallarda əhval-ruhiyyənin pisləşməsi, süstlük və iş qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Bəzən elə həmin hisslərin təsiri nəticəsində payız depressiyası yaranır. Həkim və mütəxəssislərin fikrincə, orqanizmdə vitamin çatışmazlığı və azhərəkətli həyat tərzi həmin psixoloji vəziyyəti yaradan başlıca səbəblərdən biridir. Statistikaya görə, dünyada hər beş nəfərdən biri payız depressiyasından əziyyət çəkir. Mövsümi əhval dəyişkənliyi ilə daha çox mütəmadi olaraq stresə məruz qalan, həyatdan narazı, fiziki və psixi sağlamlığı tam olmayanlar üzləşirlər.
www.NiNa.Az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova məlumat verib.
Onun dediyinə görə, payız depressiyası adlandırılan həmin dəyişiklik əhalinin 4-5 faizində müşahidə olunur. Günəş işığının azalması depressiyanı yaradan əsas səbəblərdən biridir.
Psixoloq daha sonra deyib: "Fəsil dəyişikliyi zamanı ona uyğunlaşmaqda çətinliklə üzləşənlər olur. Payız fəslində bəzi insanlarda həssaslaşma, hətta depressiv hallar da baş verir. Həmin hal fiziki passivliyi olanlar, oturaq iş şəraitində işləyənlər, daha çox intellektual əmək sərf edənlərdə müşahidə olunur. Qəm-qüssə, heç nəyə marağın olmaması, yuxusuzluq və ya yuxululuq, konsentrasiya və ya diqqətin pozulması, xarakterin dəyişməsi, əsəbilik, oyanıqlıq, tez qıcıqlanma, cinsi qabiliyyətin aşağı düşməsi, iştahanın dəyişməsi-artması və ya olmaması və suisidal fikirlər payız depressiyasının əlamətləri hesab olunur. Gecələr uzandıqca, gündüzlər qısaldıqca onlar yatmağa daha çox meyilli olurlar. Tez oyanmaq, işə tez başlamaq onlarda həyəcan yaradır, hansısa işin dalınca getməyə həvəsli olmur və hər şeydən soyuyurlar.
Bundan başqa, hava dəyişikliyi də depressiyaya şərait yaradır. Havalar sərinləşdikcə müəyyən xəstəliklər meydana gəlir. Həmçinin yaşla əlaqədar depressiyaya da düşmək olur".
Psixoloqun fikrincə, payız depressiyası ilə mübarizə aparmaq üçün ilk növbədə, günü rejimə salmaq, gecələr 8 saatdan az olmayaraq yatmaq lazımdır. Tünd çay və qəhvənin miqdarını bir qədər azaltmaq və onların əvəzinə tonuslandırıcı bitki çayları, məsələn, itburnu və ya eleuterokok dəmləməsi içmək, tünd şokolad yemək ovqata müsbət təsir edir. Qida rasionuna mütləq təzə meyvə və tərəvəzlər daxil edilməlidir.
Bunlardan başqa fiziki fəallığı artırmaq, hərəkət etmək və təmiz havada olmaq payız depressiyasından xilas olmağın ən yaxşı üsullarından sayılır. Səhərlər bir-iki fiziki hərəkət etmək həm əhvalı yaxşılaşdırır, həm də iradə nümayişinə görə özünə inam hissini artırır. Piyada gəzməyə üstünlük verilməsi də vəziyyətdən çıxmağa çox yaxşı kömək edir.
Kateqoriya: Sağlamlıq | Baxışlar: 1134
Sep 28, 2020 8:53 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Payiz depressiyasi ve ondan xilas yollari Payiz romantik duygularin oyandigi xatirelerin yada dusduyu fesildir Ilin bu fesli kimlerdese depressiya tenhaliq ve gucun tukenme dovrudur Payizin gelisi bir sira hallarda ehval ruhiyyenin pislesmesi sustluk ve is qabiliyyetinin asagi dusmesine sebeb olur Bezen ele hemin hisslerin tesiri neticesinde payiz depressiyasi yaranir Hekim ve mutexessislerin fikrince orqanizmde vitamin catismazligi ve azhereketli heyat terzi hemin psixoloji veziyyeti yaradan baslica sebeblerden biridir Statistikaya gore dunyada her bes neferden biri payiz depressiyasindan eziyyet cekir Movsumi ehval deyiskenliyi ile daha cox mutemadi olaraq strese meruz qalan heyatdan narazi fiziki ve psixi saglamligi tam olmayanlar uzlesirler b s b bildirir ki bu barede AZERTAC a Azerbaycan Dovlet Pedaqoji Universitetinin muellimi psixologiya uzre felsefe doktoru Yegane Esgerova melumat verib Onun dediyine gore payiz depressiyasi adlandirilan hemin deyisiklik ehalinin 4 5 faizinde musahide olunur Gunes isiginin azalmasi depressiyani yaradan esas sebeblerden biridir Psixoloq daha sonra deyib Fesil deyisikliyi zamani ona uygunlasmaqda cetinlikle uzlesenler olur Payiz feslinde bezi insanlarda hessaslasma hetta depressiv hallar da bas verir Hemin hal fiziki passivliyi olanlar oturaq is seraitinde isleyenler daha cox intellektual emek serf edenlerde musahide olunur Qem qusse hec neye maragin olmamasi yuxusuzluq ve ya yuxululuq konsentrasiya ve ya diqqetin pozulmasi xarakterin deyismesi esebilik oyaniqliq tez qiciqlanma cinsi qabiliyyetin asagi dusmesi istahanin deyismesi artmasi ve ya olmamasi ve suisidal fikirler payiz depressiyasinin elametleri hesab olunur Geceler uzandiqca gunduzler qisaldiqca onlar yatmaga daha cox meyilli olurlar Tez oyanmaq ise tez baslamaq onlarda heyecan yaradir hansisa isin dalinca getmeye hevesli olmur ve her seyden soyuyurlar Bundan basqa hava deyisikliyi de depressiyaya serait yaradir Havalar serinlesdikce mueyyen xestelikler meydana gelir Hemcinin yasla elaqedar depressiyaya da dusmek olur Psixoloqun fikrince payiz depressiyasi ile mubarize aparmaq ucun ilk novbede gunu rejime salmaq geceler 8 saatdan az olmayaraq yatmaq lazimdir Tund cay ve qehvenin miqdarini bir qeder azaltmaq ve onlarin evezine tonuslandirici bitki caylari meselen itburnu ve ya eleuterokok demlemesi icmek tund sokolad yemek ovqata musbet tesir edir Qida rasionuna mutleq teze meyve ve terevezler daxil edilmelidir Bunlardan basqa fiziki fealligi artirmaq hereket etmek ve temiz havada olmaq payiz depressiyasindan xilas olmagin en yaxsi usullarindan sayilir Seherler bir iki fiziki hereket etmek hem ehvali yaxsilasdirir hem de irade numayisine gore ozune inam hissini artirir Piyada gezmeye ustunluk verilmesi de veziyyetden cixmaga cox yaxsi komek edir