Alimlər: Yeni qan damarları müvəqqəti protezdə böyüyə biləcək
Ürək-damar xəstəlikləri tez-tez cərrahi əməliyyatla nəticələnir. Məsələn, damarlar çox daralıbsa və qanı buraxmırsa, onda cərrahlar şunt - süni damar yerləşdirir. Elə hal olur ki, xəstə damara genişləndirici - stent qoyulur. Habelə damarı çıxarıb onun yerinə protez qoyulur. Bu, insanda anatomik qüsur baş verəndə və damarlar düzgün formalaşmayanda (məsələn, ağciyər arteriyasında atreziya, ysuda Fallo tetrada) yeganə çıxış yolu olur.
Lakin ürək-damar cərrahiyyəsində adətən istifadə edilən sintetik protezlər yalnız diametri 5 millimetrdən çox olan böyük damarlarla yaxşı işləyir. Əgər söhbət daha dar damarlardan gedirsə, o zaman problem yaranır: qandakı zülal onların daxili divarlarına çökərək qalır və tədricən tromb yaradır. Bundan başqa, əgər protez uşaq vaxtı qoyulubsa, yeni-yeni cərrahi əməliyyat etmək lazım gəlir, çünki uşaq orqanizmi inkişaf edir, protez isə yox.
Bunun həlli yolu yeni damarın inkişafı üçün kömək edəcək və tədricən əriyəcək protez ola bilər.
www.NiNa.Az AZƏRTAC-a istinadən bildirir ki, Böyük Pyotr adına Sankt-Peterburq Politexnik Universitetinin, İ.P.Pavlov adına Birinci Sankt-Peterburq Dövlət Tibb Universitetinin və Rusiya Elmlər Akademiyasının Yüksəkmolekullu Birləşmələr İnstitutunun əməkdaşları damarların böyüməsi üçün məhz belə bir matrisa hazırlayıblar. Matrisa təbii damarın lifli quruluşuna çox oxşayan nano və mikrolifdən ibarətdir. Fiziki-kimyəvi xüsusiyyətlərinə - mexaniki möhkəmliyinə, məsaməliliyinə, hidrofobluğuna görə bu material damar üçün müvəqqəti protez ola bilər və onun üstündə əsl damar inkişaf edəcək.
Siçovullarla aparılan təcrübədə aortaya polialktid əsaslı matrisa tikilib. Məqalədə qeyd olunur ki, süni damar (daha doğrusu damarın sahəsi) həqiqisinə əvəz edilib: matrisa 16 ay ərzində iz qoymadan əriyib. Doğrudur, yeni damar ilkin ani mərhələdə təbii damarda çox oxşayırdısa, sonda onda anevrizm yarandı. Görünür damarın divarını möhkəmləndirmək lazımdır. Tədqiqatçılar növbəti dəfə matrisaya damarın ona möhkəmlik verən orta qatının hüceyrələrini əlavə etməyi planlaşdırırlar ki, bu, anevrizmlə bağlı problemi aradan qaldırmağa kömək edəcək.
Kateqoriya: Sağlamlıq | Baxışlar: 741
Sep 28, 2020 7:07 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Alimler Yeni qan damarlari muveqqeti protezde boyuye bilecek Urek damar xestelikleri tez tez cerrahi emeliyyatla neticelenir Meselen damarlar cox daralibsa ve qani buraxmirsa onda cerrahlar sunt suni damar yerlesdirir Ele hal olur ki xeste damara genislendirici stent qoyulur Habele damari cixarib onun yerine protez qoyulur Bu insanda anatomik qusur bas verende ve damarlar duzgun formalasmayanda meselen agciyer arteriyasinda atreziya ysuda Fallo tetrada yegane cixis yolu olur Lakin urek damar cerrahiyyesinde adeten istifade edilen sintetik protezler yalniz diametri 5 millimetrden cox olan boyuk damarlarla yaxsi isleyir Eger sohbet daha dar damarlardan gedirse o zaman problem yaranir qandaki zulal onlarin daxili divarlarina cokerek qalir ve tedricen tromb yaradir Bundan basqa eger protez usaq vaxti qoyulubsa yeni yeni cerrahi emeliyyat etmek lazim gelir cunki usaq orqanizmi inkisaf edir protez ise yox Bunun helli yolu yeni damarin inkisafi ucun komek edecek ve tedricen eriyecek protez ola biler b s b AZERTAC a istinaden bildirir ki Boyuk Pyotr adina Sankt Peterburq Politexnik Universitetinin I P Pavlov adina Birinci Sankt Peterburq Dovlet Tibb Universitetinin ve Rusiya Elmler Akademiyasinin Yuksekmolekullu Birlesmeler Institutunun emekdaslari damarlarin boyumesi ucun mehz bele bir matrisa hazirlayiblar Matrisa tebii damarin lifli qurulusuna cox oxsayan nano ve mikrolifden ibaretdir Fiziki kimyevi xususiyyetlerine mexaniki mohkemliyine mesameliliyine hidrofobluguna gore bu material damar ucun muveqqeti protez ola biler ve onun ustunde esl damar inkisaf edecek Sicovullarla aparilan tecrubede aortaya polialktid esasli matrisa tikilib Meqalede qeyd olunur ki suni damar daha dogrusu damarin sahesi heqiqisine evez edilib matrisa 16 ay erzinde iz qoymadan eriyib Dogrudur yeni damar ilkin ani merhelede tebii damarda cox oxsayirdisa sonda onda anevrizm yarandi Gorunur damarin divarini mohkemlendirmek lazimdir Tedqiqatcilar novbeti defe matrisaya damarin ona mohkemlik veren orta qatinin huceyrelerini elave etmeyi planlasdirirlar ki bu anevrizmle bagli problemi aradan qaldirmaga komek edecek