Allahşükür Paşazadə Azərbaycan xalqına müraciət etdi
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqına müraciət edib.
QMİ-nin mətbuat xidmətindən www.NiNa.Az-a daxil olan müraciətdə deyilir:
"Azərbaycan xalqına müraciət edərək son günlər doğma torpaqlarımızın erməni işğalından azad olunması uğrunda haqq mücadiləmizdə qazandığımız zəfərlərə Uca Allahdan rəvac diləyir, Vətən uğrunda Uca Yaradanın nəzərində ən ali mərtəbə olan şəhidlik zirvəsinə yüksələn qəhrəman övladlarımıza Allah-Təaladan rəhmət diləyirəm.
Xalqımız öz ərazi bütövlüyü uğrunda Vətən müharibəsinə qalxıb. Vətən müharibəsi hər zaman ədalətli savaşdır. Biz hər zaman sülhsevər və sülhpərvər xalq olmuşuq, heç vaxt özgə torpağına göz dikməmişik. Öz milli-mənəvi dəyərlərimiz qədər ümumbəşəri irsə diqqət, qayğı və ehtiramla yanaşmışıq. Lakin bu danılmaz gerçəklikdir ki, erməni təcavüzkarların əzəli torpaqlarımıza iddiaları, işğalçılıq, xalqımıza qarşı soyqırımı, terror, etnik təmizləmə, dini-mədəni abidələrimizə qarşı məqsədyönlü məhvetmə siyasəti ilə üz-üzəyik. Bu davamlı təcavüz Azərbaycan xalqının səbrini tükəndirib. Otuz ildən artıq müddətdir davam edən işğal və mənəvi təcavüz sona yetməlidir. Ədalət zəfər çalmalı, haqq öz yerini tutmalıdır.
Bu gün işğalçı Ermənistanın davamlı təxribatına cavab olaraq Azərbaycan hərb meydanındadır. Bu meydan ədalətin yerini almasına xidmət edir. İllərlə Azərbaycanın haqq səsini, bəşərin sülh çağırışlarını qulaqardına vuran, beynəlxalq aləmin səylərini heçə endirən, mənəvi məkanlarımıza həqarət edən, dini ibadətgahlarımızı yerlə yeksan edən, ata-babalarımızın yurdunu viran qoyan, qəbirstanlıqlarımızı dağıdan, izimizi itirməyə, tariximizi saxtalaşdırmağa cəhd göstərən, ümumbəşər əhəmiyyətli abidələrə qarşı vandallıq aktları həyata keçirən mənfur işğalçı, nəhayət, hərb meydanında cavab verməlidir. Ermənilərin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmələri riyakarlıqdır və heç bir çərçivəyə sığmır. Dövlətimizin başçısının söylədiyi kimi, erməni əsgərinin bizim torpağımızda nə işi var?!
Azərbaycan beynəlxalq birlik, BMT tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edir, öz torpaqları uğrunda vuruşur. Biz beynəlxalq hüquqa əsaslanan sivil cəmiyyət olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli sülh yolu ilə həllinə ümidvar olmuşuq. Bu münaqişənin dinc yolla nizamlanması məramı ilə fəaliyyət göstərən beynəlxalq təşkilatların çoxsaylı səfərlərinə, görüş və danışıqlarına ümidlə baxmışıq və bu səyləri dəyərləndiririk. Lakin, Ermənistan tərəfi bu səylərin nəticəsiz qalması üçün əlindən gələni əsirgəmir. Dünya birliyi isə beynəlxalq hüququ heçə sayan, BMT qətnamələrini nümayişkəranə şəkildə yerinə yetirməyən, Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədən, məscidlərimizi, qəbiristanlıqlarımızı məhv edən, mənəvi dəyərlərimizi təhqir edən, beynəlxalq konvensiyalara məhəl qoymadan mülki əhalini, dinc insanları, yaşayış evlərini, qadın, uşaq və qocaları gülləbaran edən erməni ekstremizminə və terroruna qarşı heç bir cəzalandırma həyata keçirmir, sanksiyalar tətbiq etmir.
Qafqazın dini lideri, Şeyxülislam olaraq, həmçinin Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə birgə bu illər ərzində erməni tərəfinin cinayətləri barədə beynəlxalq təşkilatlara, dünya parlamentlərinə, siyasi və dini liderlərə davamlı, müfəssəl müraciətlər etmişik. Qarşıdurma başlayan dövrdən etibarən Rus Pravoslav Kilsəsinin, Gürcü Pravoslav Kilsəsinin, Ümumdünya Kilsələr Şurasının, Vatikanın və müsəlman dini mərkəzlərinin vasitəçiliyi ilə münaqişənin sülh yolu ilə həlli naminə dəfələrlə bir araya gəlmiş, erməni kilsəsi ilə danışıqlarda iştirak etmişəm. Bunun nəticəsində münaqişənin heç bir vəchlə dinlərarası qarşıdurma müstəvisinə keçməsinə yol verməməyə nail olsaq da, təəssüf ki, erməni tərəfi imzaladığımız birgə bəyanatların ruhuna uyğun davamlı davranış nümayiş etdirmədi. Ermənistan hər zaman müxtəlif müstəvilərdə özünün işğalçı-ekstremist siyasətini ört-basdır edərək, münaqişəyə dini don geyindirməyə, onu xristian-müsəlman qarşıdurması kimi təqdim etməyə çalışıb. Birmənalı şəkildə bəyan edirəm: biz özgə torpaqlarına göz dikməmişik, Azərbaycan xalqının yeganə məqsədi Vətəni təcavüzdən xilas etmək və işğal olunmuş əzəli torpaqlarımızı erməni qəsbkarlardan azad etməkdir.
Qafqaz Müsəlmanları İdarəsi müqəddəs Vətən torpağımız uğrunda mücadiləmizdə şanlı ordumuzun qazandığı uğurlar münasibətilə Ali Baş Komandanımızı və bütün xalqımızı təbrik edir. Bu uğurlar haqq etdiyimiz Böyük Qələbənin müjdələridir. Bu gün düşmənə layiq olduğu cavabı verən qəhrəman Azərbaycan Ordusunu Uca Allah qorusun! Qəlbi ülvi Vətən məhəbbəti ilə döyünən əsgərlərimiz həmişə ürəyimizdədirlər. Biz, din xadimləri bütün ibadətlərimizdə xalqımızın haqq mübarizəsinin qələbəsi, ədalətin zəfər çalması üçün dualar edirik. Savaş meydanında da əsgərlərimizlə bərabər olmağa, onlara dəstək verməyə həmişə hazırıq. Vətən bizi çağırır. Zülm və haqsızlığa qarşı milli qürur və şücaətimiz, mənəvi birlik və həmrəyliyimiz hər zamankından daha artıq olmalıdır. Milli, dini mənsubiyyətindən, siyasi baxışından, dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq bütün azərbaycanlılar ümumi düşmənə qarşı bir səngərdə olmalı, yumruq kimi birləşməlidirlər. Dövlətimizin başçısının vurğuladığı kimi "Biz birlikdə güclüyük!".
Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Ordusunun zəfəri münasibətilə xalqımıza müraciəti bütün xalqımız kimi, cəmiyyətimizin ayrılmaz parçası olan dindarların, din xadimlərimizin də qəlbinə fəxarət və sevinc bəxş etdi. Bu günlər istər Qarabağda, istərsə də Tovuz istiqamətində işğalçı Ermənistanın təxribat xarakterli həmlələrinə mərdanə sinə gərən yerli mülki əhalimizin mətinliyi, şücaəti xalqımızı ruhlandıran vətəndaşlıq nümunəsidir. Bütün xalqımız kimi, milyonlarla dindarın ümdə istəyi işğal altında olan torpaqlarımızın Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi ilə azad edilməsidir. Ölkə dindarları, hər zaman olduğu kimi, bu gün də dövlətimizin başçısının qətiyyətli addımlarını dəstəkləyirlər və Ali Baş Komandanımızın rəhbərliyi ilə tarixi Qələbəmizin əldə olunması yolunda öz əməli töhfələrini verməyə hazırdırlar.
Bir daha Azərbaycan xalqına müraciət edərək, Uca Allahın bizlərə əmanəti olan müqəddəs Vətən torpağının azad edilməsi, dini-mənəvi dəyərlərimizin xilası, ata-babalarımızın nigaran ruhları naminə haqq mücadiləmiz yolunda həyatını qurban vermiş şəhidlərimizə Uca Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Haqq uğrunda ədalətli mücadiləmizdə Uca Allah bizə yar olsun! Allah-Təala Azərbaycanımızı hifz etsin, Ali Baş Komandanımızı müzəffər, dövlətimizi, ordumuzu, xalqımızı qalib qərar versin, İnşallah! Amin".
Kateqoriya: Din | Baxışlar: 903
Sep 28, 2020 7:03 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv azeri aze azerbaycanli azərbaycanlı azərbaycan azəri azərilərin azerilerin azerbaycanlilarin azərbaycanlıların azeride azəridə. Allahsukur Pasazade Azerbaycan xalqina muraciet etdi b Qafqaz Muselmanlari Idaresinin QMI sedri Seyxulislam Allahsukur Pasazade Azerbaycan xalqina muraciet edib b QMI nin metbuat xidmetinden b s b a daxil olan muracietde deyilir Azerbaycan xalqina muraciet ederek son gunler dogma torpaqlarimizin ermeni isgalindan azad olunmasi ugrunda haqq mucadilemizde qazandigimiz zeferlere Uca Allahdan revac dileyir Veten ugrunda Uca Yaradanin nezerinde en ali mertebe olan sehidlik zirvesine yukselen qehreman ovladlarimiza Allah Tealadan rehmet dileyirem Xalqimiz oz erazi butovluyu ugrunda Veten muharibesine qalxib Veten muharibesi her zaman edaletli savasdir Biz her zaman sulhsever ve sulhperver xalq olmusuq hec vaxt ozge torpagina goz dikmemisik Oz milli menevi deyerlerimiz qeder umumbeseri irse diqqet qaygi ve ehtiramla yanasmisiq Lakin bu danilmaz gerceklikdir ki ermeni tecavuzkarlarin ezeli torpaqlarimiza iddialari isgalciliq xalqimiza qarsi soyqirimi terror etnik temizleme dini medeni abidelerimize qarsi meqsedyonlu mehvetme siyaseti ile uz uzeyik Bu davamli tecavuz Azerbaycan xalqinin sebrini tukendirib Otuz ilden artiq muddetdir davam eden isgal ve menevi tecavuz sona yetmelidir Edalet zefer calmali haqq oz yerini tutmalidir Bu gun isgalci Ermenistanin davamli texribatina cavab olaraq Azerbaycan herb meydanindadir Bu meydan edaletin yerini almasina xidmet edir Illerle Azerbaycanin haqq sesini beserin sulh cagirislarini qulaqardina vuran beynelxalq alemin seylerini hece endiren menevi mekanlarimiza heqaret eden dini ibadetgahlarimizi yerle yeksan eden ata babalarimizin yurdunu viran qoyan qebirstanliqlarimizi dagidan izimizi itirmeye tariximizi saxtalasdirmaga cehd gosteren umumbeser ehemiyyetli abidelere qarsi vandalliq aktlari heyata keciren menfur isgalci nehayet herb meydaninda cavab vermelidir Ermenilerin Insan Huquqlari uzre Avropa Mehkemesine muraciet etmeleri riyakarliqdir ve hec bir cerciveye sigmir Dovletimizin bascisinin soylediyi kimi ermeni esgerinin bizim torpagimizda ne isi var Azerbaycan beynelxalq birlik BMT terefinden taninan erazi butovluyunu berpa edir oz torpaqlari ugrunda vurusur Biz beynelxalq huquqa esaslanan sivil cemiyyet olaraq Ermenistan Azerbaycan Dagliq Qarabag munaqisesinin edaletli sulh yolu ile helline umidvar olmusuq Bu munaqisenin dinc yolla nizamlanmasi merami ile fealiyyet gosteren beynelxalq teskilatlarin coxsayli seferlerine gorus ve danisiqlarina umidle baxmisiq ve bu seyleri deyerlendiririk Lakin Ermenistan terefi bu seylerin neticesiz qalmasi ucun elinden geleni esirgemir Dunya birliyi ise beynelxalq huququ hece sayan BMT qetnamelerini numayiskerane sekilde yerine yetirmeyen Xocalida azerbaycanlilara qarsi soyqirimi toreden mescidlerimizi qebiristanliqlarimizi mehv eden menevi deyerlerimizi tehqir eden beynelxalq konvensiyalara mehel qoymadan mulki ehalini dinc insanlari yasayis evlerini qadin usaq ve qocalari gullebaran eden ermeni ekstremizmine ve terroruna qarsi hec bir cezalandirma heyata kecirmir sanksiyalar tetbiq etmir Qafqazin dini lideri Seyxulislam olaraq hemcinin Azerbaycandaki dini konfessiyalarin rehberleri ile birge bu iller erzinde ermeni terefinin cinayetleri barede beynelxalq teskilatlara dunya parlamentlerine siyasi ve dini liderlere davamli mufessel muracietler etmisik Qarsidurma baslayan dovrden etibaren Rus Pravoslav Kilsesinin Gurcu Pravoslav Kilsesinin Umumdunya Kilseler Surasinin Vatikanin ve muselman dini merkezlerinin vasiteciliyi ile munaqisenin sulh yolu ile helli namine defelerle bir araya gelmis ermeni kilsesi ile danisiqlarda istirak etmisem Bunun neticesinde munaqisenin hec bir vechle dinlerarasi qarsidurma mustevisine kecmesine yol vermemeye nail olsaq da teessuf ki ermeni terefi imzaladigimiz birge beyanatlarin ruhuna uygun davamli davranis numayis etdirmedi Ermenistan her zaman muxtelif mustevilerde ozunun isgalci ekstremist siyasetini ort basdir ederek munaqiseye dini don geyindirmeye onu xristian muselman qarsidurmasi kimi teqdim etmeye calisib Birmenali sekilde beyan edirem biz ozge torpaqlarina goz dikmemisik Azerbaycan xalqinin yegane meqsedi Veteni tecavuzden xilas etmek ve isgal olunmus ezeli torpaqlarimizi ermeni qesbkarlardan azad etmekdir Qafqaz Muselmanlari Idaresi muqeddes Veten torpagimiz ugrunda mucadilemizde sanli ordumuzun qazandigi ugurlar munasibetile Ali Bas Komandanimizi ve butun xalqimizi tebrik edir Bu ugurlar haqq etdiyimiz Boyuk Qelebenin mujdeleridir Bu gun dusmene layiq oldugu cavabi veren qehreman Azerbaycan Ordusunu Uca Allah qorusun Qelbi ulvi Veten mehebbeti ile doyunen esgerlerimiz hemise ureyimizdedirler Biz din xadimleri butun ibadetlerimizde xalqimizin haqq mubarizesinin qelebesi edaletin zefer calmasi ucun dualar edirik Savas meydaninda da esgerlerimizle beraber olmaga onlara destek vermeye hemise haziriq Veten bizi cagirir Zulm ve haqsizliga qarsi milli qurur ve sucaetimiz menevi birlik ve hemreyliyimiz her zamankindan daha artiq olmalidir Milli dini mensubiyyetinden siyasi baxisindan dunyanin hansi noqtesinde olmasindan asili olmayaraq butun azerbaycanlilar umumi dusmene qarsi bir sengerde olmali yumruq kimi birlesmelidirler Dovletimizin bascisinin vurguladigi kimi Biz birlikde gucluyuk Ali Bas Komandanimiz Azerbaycan Respublikasinin Prezidenti Ilham Eliyevin Azerbaycan Ordusunun zeferi munasibetile xalqimiza muracieti butun xalqimiz kimi cemiyyetimizin ayrilmaz parcasi olan dindarlarin din xadimlerimizin de qelbine fexaret ve sevinc bexs etdi Bu gunler ister Qarabagda isterse de Tovuz istiqametinde isgalci Ermenistanin texribat xarakterli hemlelerine merdane sine geren yerli mulki ehalimizin metinliyi sucaeti xalqimizi ruhlandiran vetendasliq numunesidir Butun xalqimiz kimi milyonlarla dindarin umde isteyi isgal altinda olan torpaqlarimizin Azerbaycanin Ali Bas Komandaninin rehberliyi ile azad edilmesidir Olke dindarlari her zaman oldugu kimi bu gun de dovletimizin bascisinin qetiyyetli addimlarini destekleyirler ve Ali Bas Komandanimizin rehberliyi ile tarixi Qelebemizin elde olunmasi yolunda oz emeli tohfelerini vermeye hazirdirlar Bir daha Azerbaycan xalqina muraciet ederek Uca Allahin bizlere emaneti olan muqeddes Veten torpaginin azad edilmesi dini menevi deyerlerimizin xilasi ata babalarimizin nigaran ruhlari namine haqq mucadilemiz yolunda heyatini qurban vermis sehidlerimize Uca Allahdan rehmet yaralilara sefa dileyirik Haqq ugrunda edaletli mucadilemizde Uca Allah bize yar olsun Allah Teala Azerbaycanimizi hifz etsin Ali Bas Komandanimizi muzeffer dovletimizi ordumuzu xalqimizi qalib qerar versin Insallah Amin