Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu göndərib.
www.NiNa.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Sədr,
Ölkənizin milli bayramı - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizə və dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Çin Xalq Respublikasının bütün sahələrdə əldə etdiyi uğur və nailiyyətlərini, ölkənizin dünyanın aparıcı dövlətlərindən birinə çevrilməsini və beynəlxalq arenada nüfuzunun gündən-günə artmasını daim məmnunluqla izləyirik.
Biz qədim tarixə malik Azərbaycan-Çin münasibətlərinin hərtərəfli inkişafına mühüm əhəmiyyət veririk. Ölkələrimizi və xalqlarımızı birləşdirən ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bu gün siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrimizin yeni məzmunu ilə zənginləşir. Şübhəsiz ki, bu sıx əməkdaşlıq müəllifi olduğunuz "Kəmər və yol" layihəsi çərçivəsində də uğurla davam edəcəkdir.
Bəşəriyyətin üzləşdiyi COVID-19 pandemiyasının ilk günlərindən ölkələrimizin nümayiş etdirdiyi həmrəylik və qarşılıqlı dəstək ikitərəfli əlaqələrimizin möhkəm təməl üzərində qurulduğunu bir daha isbat etdi. Fürsətdən istifadə edərək koronavirus xəstəliyi ilə mübarizə məqsədilə Çin Xalq Respublikası tərəfindən ölkəmizə göstərilən dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm.
Əminəm ki, xoş ənənələrə əsaslanan Azərbaycan-Çin dostluq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri birgə səylərimizlə bundan sonra da xalqlarımızın rifahı naminə inkişaf edəcək və möhkəmlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Kateqoriya: Siyasət | Baxışlar: 252
Sep 26, 2020 5:20 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Prezident Ilham Eliyev Cin Xalq Respublikasinin Sedrini tebrik edib b Prezident Ilham Eliyev Cin Xalq Respublikasinin Sedri Si Cinpine tebrik mektubu gonderib b b s b AZERTAC a istinaden bildirir ki tebrikde deyilir Hormetli cenab Sedr Olkenizin milli bayrami Cin Xalq Respublikasinin Yaranmasi Gunu munasibetile Size ve dost xalqiniza oz adimdan ve Azerbaycan xalqi adindan en semimi tebriklerimi yetirirem Cin Xalq Respublikasinin butun sahelerde elde etdiyi ugur ve nailiyyetlerini olkenizin dunyanin aparici dovletlerinden birine cevrilmesini ve beynelxalq arenada nufuzunun gunden gune artmasini daim memnunluqla izleyirik Biz qedim tarixe malik Azerbaycan Cin munasibetlerinin herterefli inkisafina muhum ehemiyyet veririk Olkelerimizi ve xalqlarimizi birlesdiren enenevi dostluq ve emekdasliq munasibetleri bu gun siyasi iqtisadi ve humanitar sahelerde elaqelerimizin yeni mezmunu ile zenginlesir Subhesiz ki bu six emekdasliq muellifi oldugunuz Kemer ve yol layihesi cercivesinde de ugurla davam edecekdir Beseriyyetin uzlesdiyi COVID 19 pandemiyasinin ilk gunlerinden olkelerimizin numayis etdirdiyi hemreylik ve qarsiliqli destek ikiterefli elaqelerimizin mohkem temel uzerinde quruldugunu bir daha isbat etdi Fursetden istifade ederek koronavirus xesteliyi ile mubarize meqsedile Cin Xalq Respublikasi terefinden olkemize gosterilen desteye gore Size minnetdarligimi bildirirem Eminem ki xos enenelere esaslanan Azerbaycan Cin dostluq ve qarsiliqli faydali emekdasliq elaqeleri birge seylerimizle bundan sonra da xalqlarimizin rifahi namine inkisaf edecek ve mohkemlenecekdir Bu elametdar gunde Size mohkem cansagligi islerinizde ugurlar dost Cin xalqina daim emin amanliq ve firavanliq arzulayiram