Vyanada kafe və restoranlarda bütün müştərilər icbari şəkildə siyahıya alınacaqlar
Vyanada bütün qastronomiya obyektlərində müştərilər koronavirus pandemiyası ilə əlaqədar icbari şəkildə siyahıya alınacaqlar.
www.NiNa.Az AZƏRTAC-a istinadən bildirir ki, şəhər meriyasının sərəncamına əsasən siyahıyaalma sentyabrın 28-dən qüvvəyə minəcək. Meriyadan bildirilib ki, bu yolla koronavirusa yoluxma hallarının erkən müəyyənləşməsi və yoluxmuş şəxslərin sosial çevrəsinin təcrid edilməsi asanlaşacaq.
Vyana şəhərinin meri Mixael Ludviq qeyd edib ki, kafe və restoranların girişində müştərilər xüsusi anketdə şəxsi məlumatlarını yazmalıdırlar. Bundan imtina edənlərə xidmət göstərilməsi qadağan ediləcək. Dörd həftəlik müddətdən sonra şəxsi məlumatların əks olunduğu anketlər məhv edilməlidir.
Müxalifət partiyaları isə meriyanın bu addımını tənqid atəşinə tutublar və bu kimi siyahılarda saxta adlardan, eləcə də başqasının adından istifadə kimi sui-istifadə hallarının mümkünlüyünə diqqət çəkiblər. Eyni zamanda, qeyd edilib ki, hər bir vətəndaşın hansı kafe və restorana getməsini izləmək insan hüquq və azadlıqlarının məhdudlaşdırılması aktıdır.
Kateqoriya: Dünya | Baxışlar: 205
Sep 25, 2020 8:19 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Vyanada kafe ve restoranlarda butun musteriler icbari sekilde siyahiya alinacaqlar Vyanada butun qastronomiya obyektlerinde musteriler koronavirus pandemiyasi ile elaqedar icbari sekilde siyahiya alinacaqlar b s b AZERTAC a istinaden bildirir ki seher meriyasinin serencamina esasen siyahiyaalma sentyabrin 28 den quvveye minecek Meriyadan bildirilib ki bu yolla koronavirusa yoluxma hallarinin erken mueyyenlesmesi ve yoluxmus sexslerin sosial cevresinin tecrid edilmesi asanlasacaq Vyana seherinin meri Mixael Ludviq qeyd edib ki kafe ve restoranlarin girisinde musteriler xususi anketde sexsi melumatlarini yazmalidirlar Bundan imtina edenlere xidmet gosterilmesi qadagan edilecek Dord heftelik muddetden sonra sexsi melumatlarin eks olundugu anketler mehv edilmelidir Muxalifet partiyalari ise meriyanin bu addimini tenqid atesine tutublar ve bu kimi siyahilarda saxta adlardan elece de basqasinin adindan istifade kimi sui istifade hallarinin mumkunluyune diqqet cekibler Eyni zamanda qeyd edilib ki her bir vetendasin hansi kafe ve restorana getmesini izlemek insan huquq ve azadliqlarinin mehdudlasdirilmasi aktidir