Altıağacdakı "Cənnət bağı"nda qanunsuz ağac kəsilməsi ilə bağlı cinayət işi başlandı
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində mühüm işlər görülür.
Lakin bəzi hallarda ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə olunur və prokurorluq orqanları tərəfindən belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.
Baş Prokurorluqdan www.NiNa.Az-a verilən məlumata görə, Altıağac Milli Parkında yerləşən "Cənnət bağı" istirahət mərkəzinin ərazisində ağac və kolların məhv edilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) daxil olmuş material üzrə Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Aparılmış araşdırmalarla "Cənnət bağı" istirahət mərkəzinin ərazisində müxtəlif cinsli 2036 ədəd ağacın və 103 ədəd kolun qanunsuz kəsilərək məhv edilməsi, eləcə də həmin istirahət mərkəzində saxlanılan marallar tərəfindən müxtəlif cinsli 3589 ədəd ağacın gövdəsi və qabığının yeyilərək məhv olması nəticəsində təbiətə ümumilikdə 30 min 240 manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə), 314.1 (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə tapşırılıb.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilərək ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Kateqoriya: Hadisə | Baxışlar: 621
Sep 25, 2020 2:32 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Altiagacdaki Cennet bagi nda qanunsuz agac kesilmesi ile bagli cinayet isi baslandi Olkemizde butun sahelerde oldugu kimi ekoloji problemlerin helli etraf muhitin muhafizesi ekoloji tarazligin berpa edilmesi ve tebii ehtiyatlardan semereli istifade olunmasi istiqametinde muhum isler gorulur Lakin bezi hallarda etraf muhitin muhafizesi qaydalarinin pozulmasi hallari musahide olunur ve prokurorluq orqanlari terefinden bele hallara qarsi en ciddi mubarize tedbirleri davam etdirilir Bas Prokurorluqdan b s b a verilen melumata gore Altiagac Milli Parkinda yerlesen Cennet bagi istirahet merkezinin erazisinde agac ve kollarin mehv edilmesi barede Ekologiya ve Tebii Servetler Nazirliyinden ETSN daxil olmus material uzre Bas Prokurorlugunun Cinayet teqibinden kenar icraatlar idaresinde arasdirma aparilib Aparilmis arasdirmalarla Cennet bagi istirahet merkezinin erazisinde muxtelif cinsli 2036 eded agacin ve 103 eded kolun qanunsuz kesilerek mehv edilmesi elece de hemin istirahet merkezinde saxlanilan marallar terefinden muxtelif cinsli 3589 eded agacin govdesi ve qabiginin yeyilerek mehv olmasi neticesinde tebiete umumilikde 30 min 240 manat mebleginde ziyanin deymesine esasli subheler mueyyen edilib Faktla bagli Bas Prokurorluq terefinden Cinayet Mecellesinin 259 2 4 qanunsuz agac kesme kulli miqdarda ziyan vurmaqla toredildikde 314 1 sehlenkarliq yeni vezifeli sexsin ise vicdansiz ve ya laqeyd munasibeti neticesinde oz xidmeti vezifesini yerine yetirmemesi ve ya lazimi qaydada yerine yetirmemesi fiziki ve ya huquqi sexslerin huquqlarina ve qanuni menafelerine ve ya dovletin ve ya cemiyyetin qanunla qorunan menafelerine muhum zerer vurulmasina sebeb olduqda ve 308 1 ci vezife selahiyyetlerinden sui istifade maddeleri ile cinayet isi baslanmaqla istintaqin aparilmasi Bas Prokuror yaninda Korrupsiyaya qarsi Mubarize Bas Idaresinin Istintaq idaresine tapsirilib Hazirda cinayet isi uzre teqsirli sexslerin tam dairesinin mueyyen edilerek mesuliyyete celb olunmalari etraf muhite vurulmus maddi ziyanin mebleginin mueyyen edilerek odenilmesinin temin edilmesi ve neticelerinin aradan qaldirilmasi istiqametinde zeruri tedbirler davam etdirilir