Toysuz qalan müğənnilər nə işlə məşğuldur? - "Maddi vəziyyət pis deyil"
"Xalqımın toy kimi bir adəti var" deyiblər. Bu adəti də musiqisiz, rəqssiz düşünmək qeyri-mümkündür. Bəs görəsən qazanc yeri toylar olan ifaçılar karantin müddəti ərzində necə dolanıblar, nə işlə məşğul olublar?
www.NiNa.Az xəbər verir ki, redaktor.az bir neçə sənət adamı ilə əlaqə saxlayıb, bu məsələ ilə bağlı fikirlərini öyrənib.
Əməkdar artist Yusif Mustafayev karantin müddətində hər kəs kimi qaydalara əməl etdiyini, evdə qaldığını deyib:
"Ölkənin bu çətin zamanında bir vətəndaş kimi mən də müəyyən qədər yardımlarımı etdim, qaydalara riayət elədim. Maddi baxımdan da çox yaxşıdır hər şey. Belə bir söz var ki, "Ehtiyatlı igidin anası ağlamaz". Müəyyən qənaətlərlə çətin günləri çox yaxşı keçirdim. Tovuz hadisələrinə aid mahnılar oxudum və klip ərsəyə gətirdim. Karantin dövründə öz yaradıcılığımı davam etdirdim".
Karantində öz fəaliyyətini davam etdirən Elvin Mirzəzadə də günlərini belə təsvir etdi: "Əslində davamlı şəkildə işlə məşğul olan insanlara 15, yaxud 20 gün istirahət bəs edir. Ancaq karantin dövrü bir çox insana istirahətin pik həddini yaşatdı, xüsusilə də musiqi sahəsində çalışanlara. Evdə musiqi ilə məşğul olmaq mümkündür, amma insanların qarşısında, səhnədə olmadığın üçün bu işdən çox da zövq almaq olmur. Amma yenə də bu müddət ərzində yeni layihələr hazırladım. Onları ictimaiyyətə təqdim etmək üçün pandemiyanın biraz azalmasını, vəziyyətin normallaşmasını gözləyirəm".
Karantini bəhanə etmədən işinə davam edən digər müğənni Əhməd Mustafayev də deyib ki, yaradıcılığı olduğu kimi davam edir: "Yeni musiqilər, kliplər hazırlamaqda davam edirik. Yaradıcılığı dayandırmırıq. Ümid edirəm ki, vəziyyət çox yaxşı olacaq".
Kateqoriya: Şou-biznes | Baxışlar: 451
Sep 25, 2020 4:11 AM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Toysuz qalan mugenniler ne isle mesguldur Maddi veziyyet pis deyil Xalqimin toy kimi bir adeti var deyibler Bu adeti de musiqisiz reqssiz dusunmek qeyri mumkundur Bes goresen qazanc yeri toylar olan ifacilar karantin muddeti erzinde nece dolaniblar ne isle mesgul olublar b s b xeber verir ki redaktor az bir nece senet adami ile elaqe saxlayib bu mesele ile bagli fikirlerini oyrenib Emekdar artist Yusif Mustafayev karantin muddetinde her kes kimi qaydalara emel etdiyini evde qaldigini deyib Olkenin bu cetin zamaninda bir vetendas kimi men de mueyyen qeder yardimlarimi etdim qaydalara riayet eledim Maddi baximdan da cox yaxsidir her sey Bele bir soz var ki Ehtiyatli igidin anasi aglamaz Mueyyen qenaetlerle cetin gunleri cox yaxsi kecirdim Tovuz hadiselerine aid mahnilar oxudum ve klip erseye getirdim Karantin dovrunde oz yaradiciligimi davam etdirdim Karantinde oz fealiyyetini davam etdiren Elvin Mirzezade de gunlerini bele tesvir etdi Eslinde davamli sekilde isle mesgul olan insanlara 15 yaxud 20 gun istirahet bes edir Ancaq karantin dovru bir cox insana istirahetin pik heddini yasatdi xususile de musiqi sahesinde calisanlara Evde musiqi ile mesgul olmaq mumkundur amma insanlarin qarsisinda sehnede olmadigin ucun bu isden cox da zovq almaq olmur Amma yene de bu muddet erzinde yeni layiheler hazirladim Onlari ictimaiyyete teqdim etmek ucun pandemiyanin biraz azalmasini veziyyetin normallasmasini gozleyirem Karantini behane etmeden isine davam eden diger mugenni Ehmed Mustafayev de deyib ki yaradiciligi oldugu kimi davam edir Yeni musiqiler klipler hazirlamaqda davam edirik Yaradiciligi dayandirmiriq Umid edirem ki veziyyet cox yaxsi olacaq