Prezident İlham Əliyev: Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu regional sülhə və təhlükəsizliyə böyük təhdiddir
Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu regional sülhə və təhlükəsizliyə böyük təhdiddir. Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə həyata keçirilən sülh prosesini pozmağa cəhd edir. Ermənistanın məqsədi işğalla bağlı hazırkı status-kvonu qorumaq və işğal edilmiş ərazilərin ilhaqına nail olmaqdır. Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistanın baş naziri məqsədyönlü şəkildə danışıqlar prosesinin format və mahiyyətini sarsıdır. Onun "Qarabağ Ermənistandır" bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. Onun qəbuledilməz "yeddi şərti" tərəfimizdən rədd edilmişdir. Bizim sülhə nail olmaq üçün yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır.
www.NiNa.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında deyib.
Dövlətimizin başçısı qeyd edib ki, Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan edib. Ermənistanın müdafiə naziri "yeni ərazilər uğrunda yeni müharibəyə" çağırır. Ermənistan Azərbaycanın böyük şəhərlərinə və mühüm mülki infrastrukturuna - Mingəçevir su anbarı və Bakının yaxınlığında yerləşən dünyanın ən iri neft-qaz terminallarından biri olan və onlarla dövlətin enerji təhlükəsizliyini təmin edən Səngəçal terminalına zərbə endirməklə hədələyir.
Ermənistan müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb edir, onları Azərbaycana qarşı istifadə edir. Ermənistan terrorçuluğa sponsorluq edən ölkədir. Ermənistan Azərbaycana qarşı 30-dan artıq terror aktı törədib. Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var.
Erməni terrorçuları 24 türk diplomatını qətlə yetirib. Paris şəhərinin Orli hava limanında terror aktı törədərək müxtəlif ölkələrin vətəndaşlarını qətlə yetirən ASALA terror təşkilatının Varujan Karapetyan adlı üzvü daha sonra Ermənistana ekstradisiya olunmuş və Ermənistan prezidenti tərəfindən əfv edilmişdir. Həmin terrorçu Ermənistanda qəhrəman kimi qəbul edilir.
Kateqoriya: Siyasət | Baxışlar: 177
Sep 25, 2020 12:29 AM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Prezident Ilham Eliyev Azerbaycanin isgal edilmis erazilerinde Ermenistan silahli quvvelerinin qanunsuz movcudlugu regional sulhe ve tehlukesizliye boyuk tehdiddir Azerbaycanin isgal edilmis erazilerinde Ermenistan silahli quvvelerinin qanunsuz movcudlugu regional sulhe ve tehlukesizliye boyuk tehdiddir Ermenistan ATET in Minsk qrupunun hemsedrlerinin vasiteciliyi ile heyata kecirilen sulh prosesini pozmaga cehd edir Ermenistanin meqsedi isgalla bagli hazirki status kvonu qorumaq ve isgal edilmis erazilerin ilhaqina nail olmaqdir Azerbaycanin konstruktiv movqeyine zidd olaraq Ermenistanin bas naziri meqsedyonlu sekilde danisiqlar prosesinin format ve mahiyyetini sarsidir Onun Qarabag Ermenistandir beyanati danisiqlar prosesine ciddi zerbedir Onun qebuledilmez yeddi serti terefimizden redd edilmisdir Bizim sulhe nail olmaq ucun yegane sertimiz var Ermenistan silahli quvveleri Azerbaycanin isgal olunmus erazilerinden cixarilmalidir Butun dunya Dagliq Qarabagi Azerbaycanin terkib hissesi olaraq taniyir b s b AZERTAC a istinaden bildirir ki bu fikirleri Prezident Ilham Eliyev BMT Bas Assambleyasinin 75 ci sessiyasinin umumi debatlarinda videoformatda cixisinda deyib Dovletimizin bascisi qeyd edib ki Ermenistanin bas naziri Azerbaycana qarsi herbi emeliyyatlarda istirak etmeye mecbur edilecek on minlerle mulki vetendasdan ibaret silahlandirilmis mulki konulluler destelerinin yaradilmasini elan edib Ermenistanin mudafie naziri yeni eraziler ugrunda yeni muharibeye cagirir Ermenistan Azerbaycanin boyuk seherlerine ve muhum mulki infrastrukturuna Mingecevir su anbari ve Bakinin yaxinliginda yerlesen dunyanin en iri neft qaz terminallarindan biri olan ve onlarla dovletin enerji tehlukesizliyini temin eden Sengecal terminalina zerbe endirmekle hedeleyir Ermenistan muxtelif olkelerden muzdlular ve terrorcular celb edir onlari Azerbaycana qarsi istifade edir Ermenistan terrorculuga sponsorluq eden olkedir Ermenistan Azerbaycana qarsi 30 dan artiq terror akti toredib Bizde ermeni ASALA terror teskilatinin isgal edilmis erazilerimizde olmasi ile bagli etibarli melumatlar var Ermeni terrorculari 24 turk diplomatini qetle yetirib Paris seherinin Orli hava limaninda terror akti torederek muxtelif olkelerin vetendaslarini qetle yetiren ASALA terror teskilatinin Varujan Karapetyan adli uzvu daha sonra Ermenistana ekstradisiya olunmus ve Ermenistan prezidenti terefinden efv edilmisdir Hemin terrorcu Ermenistanda qehreman kimi qebul edilir