Pandemiya dövründə məktəblər necə işləməlidir? - Səhiyyə Nazirliyi detalları açıqladı
Səhiyyə Nazirliyinin şöbə müdiri COVID-19 pandemiyası dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili haqqında danışıb.
www.NiNa.Az Trend-ə istinadən bildirir ki, Səhiyyə Nazirliyinin şöbə müdiri Nəzifə Mürsəlova bildirib ki, təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili istiqamətdə işlərin aparılması üçün AR Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə" müvafiq qərarı imzalanıb. Bundan sonra Nəzifə Mürsəlova Səhiyyə Nazirliyinin təhsil prosesinin davam etdirilməsinin təşkili istiqamətində atdığı addımlardan söhbət açıb. İlk növbədə, şöbə müdiri qeyd edib ki, sözügedən qərarın icrası məqsədilə Səhiyyə Nazirliyi ilə birlikdə "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları" hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Bu qaydalar ÜST-ün "COVID-19-un yayılması ilə əlaqədar təhsil müəssisələrində sağlamlığın qorunması tədbirlərinə dair tövsiyələri" və Azərbaycanda COVID-19 infeksiyasının yayılmasına qarşı aparılan profilaktik və epidemioloji tədbirlər üzrə əldə edilmiş təcrübələr əsasında hazırlanıb.
Müsahibəsini davam etdirən Nəzifə Mürsəlova uşaqlarını təhsil müəssəsinə göndərən valideynlərə bir neçə məsləhət verib: "Əgər valideyn uşaqda xəstəliyin simptomlarını müşahidə edirsə, uşaq COVID-19-a görə laborator müayinədən keçmiş və nəticəsi pozitiv çıxmışdırsa, ailə üzvlərinin birində test nəticəsi pozitiv çıxıb və ya xəstələnib və sağalmışdırsa, lakin sonuncu test nəticəsinin neqativ olmasından hələ 14 gün keçməmişdirsə, bu zaman valideyndən övladının təhsil müəssisəsinə göndərilməməsi tələb olunur".
Tələbədə xəstəlik şübhəsini yaradan simptomlar haqqında danışan Nəzifə xanım deyib ki, uşaq və ya gəncdə bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən edilərsə və ya xəstəliyin hər hansı əlamətləri (yüksək hərarət, öskürək, nəfəs darlığı, dadbilmə, iybilmə hissinin itməsi, halsızlıq və s.) müşahidə olunarsa, təhsil müəssisəsinin rəhbəri ilk olaraq, uşağın və ya gəncin valideyninə və eyni zamanda müəssisənin tibb nümayəndəsinə bu haqda məlumat verməli və uşağın izolyasiya edilməsi məqsədilə xüsusi karantin otağında yerləşdirməlidir. Uşaqla təmasda olan şəxslərin təhlükəsizliyini təmin etmək üçün onlar fərdi mühafizə vasitələrindən (tibbi maska, əlcək, üz sipəri və baxil) istifadə etməlidirlər və karantin otağında pəncərələr (mümkün olduğu halda) açıq saxlanılmalı və otaq havalandırılmalıdır. Uşaq və ya gənc bu otağı tərk etdikdən sonra otaq 3 saat istifadəsiz saxlanılmalı və 3 saatdan sonra təmizlənib, dezinfeksiya edilməliyini vurğulayan Nəzifə Mürsəlova növbəti məsələyə keçib. Bu mövzu təhsil müəssisəsində yoluxma halları kütləvi xarakter daşısa, görülməli tədbirlərə aid olub. Nəzifə xanım qeyd edib ki, kütləvi xəstəlik şübhəsi hallarında evakuasiya həyata keçirilməli, bu haqda əvvəlcədən təlimatlandırılmış işçi heyətinin nəzarəti altında təhsil müəssisəsində olan bütün şəxslər müəssisədən çıxarılmalı və müəssisə tamamilə dezinfeksiya olunmalıdır.
Nəzifə Müsəlova müsahibəsinin çərçivəsində təhsil müəssisələrində COVID-19 virusuna yoluxma riskini azaltmaq üçün həyata keçirilən profilaktik tədbirlər mövzusuna da vaxt ayırıb. Onun xüsusi qeyd etdiyi tədbirlər bunlar olub: Maskalardan istifadə. 5-ci sinifdən başlayaraq təhsilalanların təhsil müəssisəsində maskadan istifadə etməsi məcburidir, 1-4 siniflərin şagirdləri isə təhsil müəssisəsində maskadan istifadəsi onun valideynlərinin və ya digər qanuni nümayəndələrinin seçiminə verilir. Hərarətin ölçülməsi. Təhsil müəssisənə daxil olan hər şəxsin termal kamera sistemləri və ya təmassız termometr vasitəsilə hərarəti ölçülür, 37.1°C və ya daha yüksək olduğu müəyyən edildikdə, həmin şəxsin müəssisəyə daxil olmasına yol verilməməlidir. Fiziki məsafə. Hər bir sinfə (qrupa) bütün dərs günü ərzində istifadəsi üçün bir sinif otağı və ya auditoriya ayrılır, aralarında 1.5 metr məsafə ilə yerləşdirilən partaların arxasında yalnız bir nəfərin oturmasına icazə verilir.
Nəzifə Mürsəlova Real TV telekanalının "Real İntervyu" verilişinə müsahibəsinin sonunda xüsusi karantin rejimi dövründə məktəblərdə həyata keçirilən bir neçə dəyişikliklər haqqında danışıb. Beləliklə, onun verdiyi məlumata görə, ilk növbədə dərs qrafiki dəyişdirilib. Yəni sinifdə şagirdlərin sayı 10-12 nəfərə qədər azaldılıb, hər bir sinif şagirdləri yarıya bölünərək, növbəli qaydada (səhər/günorta) dərslərdə əyani şəkildə iştirak etməkləri nəzərdə tutulub. Bundan əlavə, əyani formada keçirilən dərs məşğələlərinin sayı uyğunlaşdırılmış tədris planına müvafiq olaraq minimuma endirilib. Bir cox məktəblərdə "şahmat cədvəlinin" tətbiq olunması planlaşdırılıb. Bundan sonra Nəzifə xanım dərslərarası fasilələrin vaxtının uzadılması haqqında məlumat verib. Onun sözlərinə görə, fasilələr 10 dəqiqəyə qədər uzadılıb və bu müddət ərzində şagirdlərin imkan daxilində təmiz hava alması tövsiyə olunub. O, fasilə müddətində sinif otağında pəncərələrin (mümkün olduğu halda) açıq saxlanmalı, sinif otaqlarının havasını mütəmadi dəyişdirilməli olduğunu vurğulayıb. Həmçinin, yeməkxanaların fəalliyətinin dayandırılması da qeyd olunub. Nəzifə xanım təhsilalanların sinif otaqlarında qidalanması, hər bir valideynin uşağını məktəbə göndərdikdə onun su və qida ilə təmin olunmasına əmin olduğunu tövsiyə edib. Bundan başqa, kənar şəxslərin məktəbə girişinə məhdudiyyət qoyulduğunu qeyd edən Nəzifə xanım bildirib ki, təhsilalanların valideynlər və digər qanuni nüməyəndələrin məktəbə girişi tam qadağan olunub. Və Nəzifə Mürsəlovanın qeyd etdiyi sonuncu dəyişiklik mütəmadi dezinfeksiya işlərinin aparılmasına aid olub. Onun verdiyi məlumata əsasən, gündəlik olaraq növbələrarası fasilələrdə partalar (masalar), qapı və pəncərə tutacaqlarının ilkin təmizlənməsi və dezinfeksiyası tələb olunur, həftəsonları isə təhsil müəssisəsində tam və əsaslı dezinfeksiya işləri aparılmalıdır.
Kateqoriya: Cəmiyyət | Baxışlar: 870
Sep 24, 2020 12:01 PM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Pandemiya dovrunde mektebler nece islemelidir Sehiyye Nazirliyi detallari aciqladi b Sehiyye Nazirliyinin sobe mudiri COVID 19 pandemiyasi dovrunde tehsil muessiselerinde tedris ve telim terbiye prosesinin teskili haqqinda danisib b b s b Trend e istinaden bildirir ki Sehiyye Nazirliyinin sobe mudiri Nezife Murselova bildirib ki tehsil muessiselerinde tedris ve telim terbiye prosesinin teskili istiqametde islerin aparilmasi ucun AR Nazirler Kabinetinin Xususi karantin rejimi dovrunde Azerbaycan Respublikasinda fealiyyet gosteren tehsil muessiselerinde tedris ve telim terbiye prosesinin teskili barede muvafiq qerari imzalanib Bundan sonra Nezife Murselova Sehiyye Nazirliyinin tehsil prosesinin davam etdirilmesinin teskili istiqametinde atdigi addimlardan sohbet acib Ilk novbede sobe mudiri qeyd edib ki sozugeden qerarin icrasi meqsedile Sehiyye Nazirliyi ile birlikde Xususi karantin rejimi dovrunde Azerbaycan Respublikasinda fealiyyet gosteren tehsil muessiselerinde tedris ve telim terbiye prosesinin teskilinin muveqqeti qaydalari hazirlanib ve Nazirler Kabineti terefinden tesdiq edilib Bu qaydalar UST un COVID 19 un yayilmasi ile elaqedar tehsil muessiselerinde saglamligin qorunmasi tedbirlerine dair tovsiyeleri ve Azerbaycanda COVID 19 infeksiyasinin yayilmasina qarsi aparilan profilaktik ve epidemioloji tedbirler uzre elde edilmis tecrubeler esasinda hazirlanib Musahibesini davam etdiren Nezife Murselova usaqlarini tehsil muessesine gonderen valideynlere bir nece meslehet verib Eger valideyn usaqda xesteliyin simptomlarini musahide edirse usaq COVID 19 a gore laborator muayineden kecmis ve neticesi pozitiv cixmisdirsa aile uzvlerinin birinde test neticesi pozitiv cixib ve ya xestelenib ve sagalmisdirsa lakin sonuncu test neticesinin neqativ olmasindan hele 14 gun kecmemisdirse bu zaman valideynden ovladinin tehsil muessisesine gonderilmemesi teleb olunur Telebede xestelik subhesini yaradan simptomlar haqqinda danisan Nezife xanim deyib ki usaq ve ya gencde beden heraretinin 37 1 C ve ya daha yuksek oldugu mueyyen edilerse ve ya xesteliyin her hansi elametleri yuksek heraret oskurek nefes darligi dadbilme iybilme hissinin itmesi halsizliq ve s musahide olunarsa tehsil muessisesinin rehberi ilk olaraq usagin ve ya gencin valideynine ve eyni zamanda muessisenin tibb numayendesine bu haqda melumat vermeli ve usagin izolyasiya edilmesi meqsedile xususi karantin otaginda yerlesdirmelidir Usaqla temasda olan sexslerin tehlukesizliyini temin etmek ucun onlar ferdi muhafize vasitelerinden tibbi maska elcek uz siperi ve baxil istifade etmelidirler ve karantin otaginda pencereler mumkun oldugu halda aciq saxlanilmali ve otaq havalandirilmalidir Usaq ve ya genc bu otagi terk etdikden sonra otaq 3 saat istifadesiz saxlanilmali ve 3 saatdan sonra temizlenib dezinfeksiya edilmeliyini vurgulayan Nezife Murselova novbeti meseleye kecib Bu movzu tehsil muessisesinde yoluxma hallari kutlevi xarakter dasisa gorulmeli tedbirlere aid olub Nezife xanim qeyd edib ki kutlevi xestelik subhesi hallarinda evakuasiya heyata kecirilmeli bu haqda evvelceden telimatlandirilmis isci heyetinin nezareti altinda tehsil muessisesinde olan butun sexsler muessiseden cixarilmali ve muessise tamamile dezinfeksiya olunmalidir Nezife Muselova musahibesinin cercivesinde tehsil muessiselerinde COVID 19 virusuna yoluxma riskini azaltmaq ucun heyata kecirilen profilaktik tedbirler movzusuna da vaxt ayirib Onun xususi qeyd etdiyi tedbirler bunlar olub Maskalardan istifade 5 ci sinifden baslayaraq tehsilalanlarin tehsil muessisesinde maskadan istifade etmesi mecburidir 1 4 siniflerin sagirdleri ise tehsil muessisesinde maskadan istifadesi onun valideynlerinin ve ya diger qanuni numayendelerinin secimine verilir Heraretin olculmesi Tehsil muessisene daxil olan her sexsin termal kamera sistemleri ve ya temassiz termometr vasitesile herareti olculur 37 1 C ve ya daha yuksek oldugu mueyyen edildikde hemin sexsin muessiseye daxil olmasina yol verilmemelidir Fiziki mesafe Her bir sinfe qrupa butun ders gunu erzinde istifadesi ucun bir sinif otagi ve ya auditoriya ayrilir aralarinda 1 5 metr mesafe ile yerlesdirilen partalarin arxasinda yalniz bir neferin oturmasina icaze verilir Nezife Murselova Real TV telekanalinin Real Intervyu verilisine musahibesinin sonunda xususi karantin rejimi dovrunde mekteblerde heyata kecirilen bir nece deyisiklikler haqqinda danisib Belelikle onun verdiyi melumata gore ilk novbede ders qrafiki deyisdirilib Yeni sinifde sagirdlerin sayi 10 12 nefere qeder azaldilib her bir sinif sagirdleri yariya bolunerek novbeli qaydada seher gunorta derslerde eyani sekilde istirak etmekleri nezerde tutulub Bundan elave eyani formada kecirilen ders mesgelelerinin sayi uygunlasdirilmis tedris planina muvafiq olaraq minimuma endirilib Bir cox mekteblerde sahmat cedvelinin tetbiq olunmasi planlasdirilib Bundan sonra Nezife xanim derslerarasi fasilelerin vaxtinin uzadilmasi haqqinda melumat verib Onun sozlerine gore fasileler 10 deqiqeye qeder uzadilib ve bu muddet erzinde sagirdlerin imkan daxilinde temiz hava almasi tovsiye olunub O fasile muddetinde sinif otaginda pencerelerin mumkun oldugu halda aciq saxlanmali sinif otaqlarinin havasini mutemadi deyisdirilmeli oldugunu vurgulayib Hemcinin yemekxanalarin fealliyetinin dayandirilmasi da qeyd olunub Nezife xanim tehsilalanlarin sinif otaqlarinda qidalanmasi her bir valideynin usagini mektebe gonderdikde onun su ve qida ile temin olunmasina emin oldugunu tovsiye edib Bundan basqa kenar sexslerin mektebe girisine mehdudiyyet qoyuldugunu qeyd eden Nezife xanim bildirib ki tehsilalanlarin valideynler ve diger qanuni numeyendelerin mektebe girisi tam qadagan olunub Ve Nezife Murselovanin qeyd etdiyi sonuncu deyisiklik mutemadi dezinfeksiya islerinin aparilmasina aid olub Onun verdiyi melumata esasen gundelik olaraq novbelerarasi fasilelerde partalar masalar qapi ve pencere tutacaqlarinin ilkin temizlenmesi ve dezinfeksiyasi teleb olunur heftesonlari ise tehsil muessisesinde tam ve esasli dezinfeksiya isleri aparilmalidir