Tərləmə normal haldır, amma çox tərləmə artıq problem sayılır. Xüsusilə havaların isti olduğu dövrdə bu problem daha qabarıq şəkildə ortaya çıxır. Çox tərləmənin bir çox səbəbləri var.
e-tibb.az Azərbaycan Tibb Universitetinin (ATU) Farmakoqnoziya kafedrasının müdiri, əczaşılıq elmləri doktoru, professor Cavanşir İsayevin normadan artıq tərləmə - hiperhidroz (Hyperhidrosis), onun səbəbləri, müalicəsi, eləcə də bitkilərlə müalicəsi haqda məqaləsini təqdim edir:
Tərləmə bədənin isti və soyuq balansını və bununla da orqanizmin termorequlyasiya mexanizmini tənzimləyir. İnsan bir gündə 500-900 sm³ tər ifraz edir. Yay fəslində tərin miqdarı 2-3 dəfə artır. Tər vəziləri uzun borucuqlar şəklində olub, adətən, üç hissədə qıvrılaraq yumaqcıq əmələ gətirir. Tər vəzilərinin düz axacağı isə dəri üzərinə açılır. Tər vəziləri yumaqcıqlarını qan kapilyarları əhatə edir. Həmin kapilyardan axan qan tər vəzilərinə tərkibində həll olunmuş halda az miqdarda xörək duzu, sidik cövhəri və bəzi başqa maddələr olan su gətirir. Yumaqcıqlarda əmələ gələn tər, tər axacaqları vasitəsilə dəri üzərinə tökülür.
Tər vəzilərinin iki növü var. Sadə və ya merokrin (ekkrin) və apokrin tər vəziləri ayırd olunur. Sadə tər vəziləri (glandulae sudoripare) borulu quruluşa və merokrin sekresiya tipinə (əvvəlki adı ekkrin) malikdir. Onlar hüceyrələrin sekretor fəaliyyəti, həmçinin osmos-diffuziya proseslərinin iştirakı nəticəsində tər hasil edilir. Histokimyəvi olaraq tər vəzilərində RNT, turş fosfatazanın, karboksilazanın, esterazaların, enerji mübadiləsi fermentlərinin fəallaşması nəzərə çarpır. Tər vəzisinin distal hissəsi yumaqcıq şəklində (burulmuş uc hissəsi) adətən derma və dərialtı piy toxumasının sərhəddində yerləşmişdir. Uzun axacaq şaquli istiqamətdə dərinin səthinə doğru yönəlmişdir və burğuşəkilli əyri yarıqla qurtarır. Ovucda, dabanda və üzdə tər vəziləri xüsusilə çoxdur. Tər vəziləri kişilərdə cinsiyyət üzvünün kəlləsində, qadınlarda kiçik cinsiyyət dodaqlarının xarici səthində olmur. Dəri örtüyünün digər sahələrində tər vəziləri disseminasiyalı şəkildə yerləşmişdir. Dərinin 1 sm2 səthində 200-dən 800-ə qədər tər vəziləri var.
Həddindən artıq tərləmə vəziyyətində əksəriyyətimiz tez-tez duş qəbul edir və dezodorantlardan faydalanırıq, lakin bu, daimi bir həll yolu deyil, sadəcə, tər qoxusunun yaranmasının qarşısını alır. Bu, müvəqqəti, qısamüddətli bir həll olacaqdır. Xroniki böyrək çatışmazlığı, tiroid vəzinin düzgün işləməməsi, həddindən artıq alkoqol, qəhvə və ədviyyatlı qida qəbulu, nevroloji və ya hormonal problemlər nəticəsində həddindən artıq tərləmə problemi ilə qarşılaşa bilərik. Bu vəziyyətlərə əlavə olaraq müayinələr tamamilə normal olsa da, həddindən artıq tərləmə görülə bilər.
Hiperhidrozun müalicəsində bir neçə metoddan istifadə olunur:
1. Tərkibində 10-25%%-li aliminium xlorid (AlCl3) olan antiperspirantların istifadəsi;
2. İontoforez (Iontophoresis) - İontoforez, həddindən artıq tərləmənin problem olduğu bölgələrdə yüngül elektrik cərəyanlarını dəriyə keçirən bir müalicədir. Bədənə adi sudan istifadə edərək ötürülür. Ümumi problemli bölgələr qoltuqaltı, əllər və
ayaqlardır, lakin hiperhidroz bədənin hər hansı bir hissəsinə təsir edə bilər;
3. Dərman preparatları - antixolinergik dərmanlar, beta blokatorlar, kalsium kanal blokatorları, QSİƏP preparatlar və s. Bu preparatların istifadəsi bəzi hallarda tərləməni azalda bilər, lakin yan təsirlərinə görə məsləhət görülmür;
4. Botox;
5. Tər vəzilərinin cərrahi üsulla çıxarılması və ya onların aktivliyinin azaldılması;
6. Simpatektomiya (Sympathectomy) - onurğa beynindən çıxan simpatik sinirlərin fəaliyyətinin kimyəvi və ya cərrahi yolla dayandırılması;
7. Fitoterapevtik üsul - digərlərinə nisbətən ən az yan təsirlərə malik metoddur ki, ev şəraitində də istifadəsi mümkündür.
Çobanyastığı hamamı xüsusilə ayaq və əllər üçün istifadə edilə bilər. Vannada yeddi xörək qaşığı çobanyastığı çiçəyinin üstünə iki litr qaynar su əlavə edin. Su ilıq olduqdan sonra ayaqlarınızı və ya əllərinizi 40 dəqiqə suda saxlayın. İki həftə boyunca hər axşam tətbiq edin və səhər saatlarında talk tozu istifadə edin. Bu üsulu palıd qabığı ilə də tətbiq etmək mümkündür.
Gicitkən və adaçayı otunun hər birindən bir xörək qaşığı götürün və üzərinə yarım litr qaynar su əlavə edin, soyuyana qədər gözləyin. Bir ay ərzində gündə 4 dəfə yeməkdən 1saat sonra bir fincan içə bilərsiniz.
Problemli sahələri mümkün qədər tez-tez alma sirkəsinə batırılmış pambıqla silin. Duşdan əvvəl problemli sahələri 10 dəqiqə ərzində kompres edin. Bunu etmək üçün yarım stəkan suya 1 xörək qaşığı sirkə tökün, qarışdırın və problemli yerə tətbiq edin. Qarışıq tətbiq olunduqdan sonra isti su ilə duş qəbul edin. Müalicə müddəti nizamlı olaraq 14 gündür.
Kateqoriya: Sağlamlıq | Baxışlar: 1210
Sep 21, 2020 2:42 AM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv azeri aze azerbaycanli azərbaycanlı azərbaycan azəri azərilərin azerilerin azerbaycanlilarin azərbaycanlıların azeride azəridə. Normadan artiq terleme Sebebleri ve mualicesi Terleme normal haldir amma cox terleme artiq problem sayilir Xususile havalarin isti oldugu dovrde bu problem daha qabariq sekilde ortaya cixir Cox terlemenin bir cox sebebleri var e tibb az Azerbaycan Tibb Universitetinin ATU Farmakoqnoziya kafedrasinin mudiri eczasiliq elmleri doktoru professor Cavansir Isayevin normadan artiq terleme hiperhidroz Hyperhidrosis onun sebebleri mualicesi elece de bitkilerle mualicesi haqda meqalesini teqdim edir Terleme bedenin isti ve soyuq balansini ve bununla da orqanizmin termorequlyasiya mexanizmini tenzimleyir Insan bir gunde 500 900 sm ter ifraz edir Yay feslinde terin miqdari 2 3 defe artir Ter vezileri uzun borucuqlar seklinde olub adeten uc hissede qivrilaraq yumaqciq emele getirir Ter vezilerinin duz axacagi ise deri uzerine acilir Ter vezileri yumaqciqlarini qan kapilyarlari ehate edir Hemin kapilyardan axan qan ter vezilerine terkibinde hell olunmus halda az miqdarda xorek duzu sidik covheri ve bezi basqa maddeler olan su getirir Yumaqciqlarda emele gelen ter ter axacaqlari vasitesile deri uzerine tokulur Ter vezilerinin iki novu var Sade ve ya merokrin ekkrin ve apokrin ter vezileri ayird olunur Sade ter vezileri glandulae sudoripare borulu qurulusa ve merokrin sekresiya tipine evvelki adi ekkrin malikdir Onlar huceyrelerin sekretor fealiyyeti hemcinin osmos diffuziya proseslerinin istiraki neticesinde ter hasil edilir Histokimyevi olaraq ter vezilerinde RNT turs fosfatazanin karboksilazanin esterazalarin enerji mubadilesi fermentlerinin feallasmasi nezere carpir Ter vezisinin distal hissesi yumaqciq seklinde burulmus uc hissesi adeten derma ve derialti piy toxumasinin serheddinde yerlesmisdir Uzun axacaq saquli istiqametde derinin sethine dogru yonelmisdir ve burgusekilli eyri yariqla qurtarir Ovucda dabanda ve uzde ter vezileri xususile coxdur Ter vezileri kisilerde cinsiyyet uzvunun kellesinde qadinlarda kicik cinsiyyet dodaqlarinin xarici sethinde olmur Deri ortuyunun diger sahelerinde ter vezileri disseminasiyali sekilde yerlesmisdir Derinin 1 sm2 sethinde 200 den 800 e qeder ter vezileri var Heddinden artiq terleme veziyyetinde ekseriyyetimiz tez tez dus qebul edir ve dezodorantlardan faydalaniriq lakin bu daimi bir hell yolu deyil sadece ter qoxusunun yaranmasinin qarsisini alir Bu muveqqeti qisamuddetli bir hell olacaqdir Xroniki boyrek catismazligi tiroid vezinin duzgun islememesi heddinden artiq alkoqol qehve ve edviyyatli qida qebulu nevroloji ve ya hormonal problemler neticesinde heddinden artiq terleme problemi ile qarsilasa bilerik Bu veziyyetlere elave olaraq muayineler tamamile normal olsa da heddinden artiq terleme gorule biler Hiperhidrozun mualicesinde bir nece metoddan istifade olunur 1 Terkibinde 10 25 li aliminium xlorid AlCl3 olan antiperspirantlarin istifadesi 2 Iontoforez Iontophoresis Iontoforez heddinden artiq terlemenin problem oldugu bolgelerde yungul elektrik cereyanlarini deriye keciren bir mualicedir Bedene adi sudan istifade ederek oturulur Umumi problemli bolgeler qoltuqalti eller ve ayaqlardir lakin hiperhidroz bedenin her hansi bir hissesine tesir ede biler 3 Derman preparatlari antixolinergik dermanlar beta blokatorlar kalsium kanal blokatorlari QSIEP preparatlar ve s Bu preparatlarin istifadesi bezi hallarda terlemeni azalda biler lakin yan tesirlerine gore meslehet gorulmur 4 Botox 5 Ter vezilerinin cerrahi usulla cixarilmasi ve ya onlarin aktivliyinin azaldilmasi 6 Simpatektomiya Sympathectomy onurga beyninden cixan simpatik sinirlerin fealiyyetinin kimyevi ve ya cerrahi yolla dayandirilmasi 7 Fitoterapevtik usul digerlerine nisbeten en az yan tesirlere malik metoddur ki ev seraitinde de istifadesi mumkundur Cobanyastigi hamami xususile ayaq ve eller ucun istifade edile biler Vannada yeddi xorek qasigi cobanyastigi ciceyinin ustune iki litr qaynar su elave edin Su iliq olduqdan sonra ayaqlarinizi ve ya ellerinizi 40 deqiqe suda saxlayin Iki hefte boyunca her axsam tetbiq edin ve seher saatlarinda talk tozu istifade edin Bu usulu palid qabigi ile de tetbiq etmek mumkundur Gicitken ve adacayi otunun her birinden bir xorek qasigi goturun ve uzerine yarim litr qaynar su elave edin soyuyana qeder gozleyin Bir ay erzinde gunde 4 defe yemekden 1saat sonra bir fincan ice bilersiniz Problemli saheleri mumkun qeder tez tez alma sirkesine batirilmis pambiqla silin Dusdan evvel problemli saheleri 10 deqiqe erzinde kompres edin Bunu etmek ucun yarim stekan suya 1 xorek qasigi sirke tokun qarisdirin ve problemli yere tetbiq edin Qarisiq tetbiq olunduqdan sonra isti su ile dus qebul edin Mualice muddeti nizamli olaraq 14 gundur