Quru meyvələri necə yoxlamaq olar? Rəngi, dadı və digər göstəriciləri...
Gündəlik qidalanmada qurudulmuş meyvələrin də özünəməxsus yeri var. Fəsildən asılı olmayaraq quru meyvələr il boyu qəbul edilir. Bir çoxları təzə meyvələrdən çox qurudulmuş meyvələrə üstünlük verir. Meyvələri özü qurudub istifadə edənlər də çoxdur. Mütəxəssislərin məlumatlarına görə, qurudulmuş meyvələrin təzə meyvələrdən bir çox üstünlükləri də var.
Bəs qurudulmuş meyvələrlə bağlı daha çox nələrə diqqət olunmalıdır? MilliAz bununla bağlı həkim-fitoterapevt Fizuli Hüseynovun fikirlərini təqdim edir:
Qurudulmuş meyvələr il boyu bizlərin faydalı vitamin və minerallarla təmin edən qidalardandır. Ona görə alarkən və yeməzdən öncə bu məqamlara diqqət edin:
Quru meyvə yeyilməzdən əvvəl ilıq su ilə təmiz yuyulmalıdır. Qaynar sudan istifadə etməyin. Çünki qaynar su quru meyvənin tərkibindəki vitaminləri yox edə bilər.
Keyfiyyətli quru meyvə ya bütöv, ya da səliqə ilə doğranmış olmalı və üzərində zədə, ləkə olmamalıdır.
Quru meyvələr nə çox bərk, nə də çox yumşaq olmalıdır, çünki meyvə qurudulan zaman onun tərkibindəki nəmlilik dərəcəsi 18-20 faizədək azalır. Bu isə o deməkdir ki, quru meyvə elastik və rahat yeyilən olmalıdır.
Quru meyvənin üzərinin çox büzüşmüş olması onun düzgün qurudulmadığına işarədir. Bu hal məhsulun keyfiyyətini aşağı salır. Qurudulmuş meyvədə ona xas olmayan əlamətlər (üzərində spirt qıcqırması və kif əlamətləri) varsa, belə quru meyvə insan sağlamlığı üçün təhlükəlidir.
Quru meyvə alarkən rənglərinə də diqqət yetirmək vacibdir. Satışda süni parıltılı quru meyvələrə də rast gəlirik ki, təbii yolla qurudulan meyvənin bu cür qeyri-təbii görünüşü olmur (Ən çox da xurmalarda istifadə edirlər). Keyfiyyətli quru meyvələrin rəngi mat, parıltısız və təbii olmalıdır.
Rənglərə də diqqət edin. Ərik qurusunun rəngi açıq narıncı olmalıdır. Çox açıq və ya qırmızıyabənzər çalarda olan ərik qurusu keyfiyyətli hesab olunmur. Parlaq və cəlbedici rəng isə onun süni yolla qurudulduğuna və sağlamlıq üçün zərərli olduğuna işarədir.
Qurudulma prosesində ağ üzüm də, tündləşir. Satışda çox açıq rəngli kişmiş görsəniz, bu, meyvəyə kimyəvi müdaxilə edildiyinə işarədir.
Alma qurusunun rəngi krem rəngində olmalıdır. Ağ və ya qəhvəyi alma qurusu yüksək keyfiyyətli məhsul hesab olunmur.
Armud qurusunu da alarkən eyni qaydalara əməl edilməlidir. Yadda saxlamaq lazımdır ki, quru meyvənin üzərindəki ağ ləkələr onun təbii rəngidir.
Albalı qurusu tünd qırmızı və qara rəngin qarışımından yaranan çalarda, dadı turş olmalıdır.
Xurma qurusunun üzəri ağ tozlu, rəngi qəhvəyi, tərkibi isə bir qədər elastik və yumşaq olmalıdır.
Qurudulmuş meyvə alarkən onun keyfiyyətini müəyyənləşdirmənin digər yolu meyvələri qoxusuna görə yoxlamaqdır. Düzgün texnologiya ilə hazırlanmış quru meyvə təbii və xarakterik iyə malik olmalıdır. Əgər məhsul üçün spesifik olmayan qoxu varsa, bu, məhsulun keyfiyyətsiz və sağlamlıq üçün zərərli olduğunu göstərir.
Kateqoriya: Sağlamlıq | Baxışlar: 1029
Sep 21, 2020 1:39 AM | Müəllif: NiNa.Az
, azerbaycan xeberleri, olkede ve dunyada bas veren en son xeberleri size catdirirq. Ana Xeber, Ana Xəbər, Aztv, Az Tv, Atv, A tv, Xezer Tv, Xezertv, Xezer Xeber, Xezer, ARB Tv, Arbtv, Lider, Lidertv, Lider tv, Spaces tv, Spacestv, Speyis tv, Speyistv, İdman Kanali, Kanal, Kanali, Kanalı, Idman Tv, Medeniyyet Tv, Medeniyyet, Mədəniyyət, Medeniyyettv . Quru meyveleri nece yoxlamaq olar Rengi dadi ve diger gostericileri Gundelik qidalanmada qurudulmus meyvelerin de ozunemexsus yeri var Fesilden asili olmayaraq quru meyveler il boyu qebul edilir Bir coxlari teze meyvelerden cox qurudulmus meyvelere ustunluk verir Meyveleri ozu qurudub istifade edenler de coxdur Mutexessislerin melumatlarina gore qurudulmus meyvelerin teze meyvelerden bir cox ustunlukleri de var Bes qurudulmus meyvelerle bagli daha cox nelere diqqet olunmalidir MilliAz bununla bagli hekim fitoterapevt Fizuli Huseynovun fikirlerini teqdim edir Qurudulmus meyveler il boyu bizlerin faydali vitamin ve minerallarla temin eden qidalardandir Ona gore alarken ve yemezden once bu meqamlara diqqet edin Quru meyve yeyilmezden evvel iliq su ile temiz yuyulmalidir Qaynar sudan istifade etmeyin Cunki qaynar su quru meyvenin terkibindeki vitaminleri yox ede biler Keyfiyyetli quru meyve ya butov ya da seliqe ile dogranmis olmali ve uzerinde zede leke olmamalidir Quru meyveler ne cox berk ne de cox yumsaq olmalidir cunki meyve qurudulan zaman onun terkibindeki nemlilik derecesi 18 20 faizedek azalir Bu ise o demekdir ki quru meyve elastik ve rahat yeyilen olmalidir Quru meyvenin uzerinin cox buzusmus olmasi onun duzgun qurudulmadigina isaredir Bu hal mehsulun keyfiyyetini asagi salir Qurudulmus meyvede ona xas olmayan elametler uzerinde spirt qicqirmasi ve kif elametleri varsa bele quru meyve insan saglamligi ucun tehlukelidir Quru meyve alarken renglerine de diqqet yetirmek vacibdir Satisda suni pariltili quru meyvelere de rast gelirik ki tebii yolla qurudulan meyvenin bu cur qeyri tebii gorunusu olmur En cox da xurmalarda istifade edirler Keyfiyyetli quru meyvelerin rengi mat pariltisiz ve tebii olmalidir Renglere de diqqet edin Erik qurusunun rengi aciq narinci olmalidir Cox aciq ve ya qirmiziyabenzer calarda olan erik qurusu keyfiyyetli hesab olunmur Parlaq ve celbedici reng ise onun suni yolla qurudulduguna ve saglamliq ucun zererli olduguna isaredir Qurudulma prosesinde ag uzum de tundlesir Satisda cox aciq rengli kismis gorseniz bu meyveye kimyevi mudaxile edildiyine isaredir Alma qurusunun rengi krem renginde olmalidir Ag ve ya qehveyi alma qurusu yuksek keyfiyyetli mehsul hesab olunmur Armud qurusunu da alarken eyni qaydalara emel edilmelidir Yadda saxlamaq lazimdir ki quru meyvenin uzerindeki ag lekeler onun tebii rengidir Albali qurusu tund qirmizi ve qara rengin qarisimindan yaranan calarda dadi turs olmalidir Xurma qurusunun uzeri ag tozlu rengi qehveyi terkibi ise bir qeder elastik ve yumsaq olmalidir Qurudulmus meyve alarken onun keyfiyyetini mueyyenlesdirmenin diger yolu meyveleri qoxusuna gore yoxlamaqdir Duzgun texnologiya ile hazirlanmis quru meyve tebii ve xarakterik iye malik olmalidir Eger mehsul ucun spesifik olmayan qoxu varsa bu mehsulun keyfiyyetsiz ve saglamliq ucun zererli oldugunu gosterir